17 Dekabr 2025 09:42
184
CƏMİYYƏT
A- A+
Əfv və amnistiya institutları humanizm prinsiplərinin hüquqi ifadəsidir

Əfv və amnistiya institutları humanizm prinsiplərinin hüquqi ifadəsidir


Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının təmin edilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu siyasətin mühüm tərkib hissəsini cəza siyasətində humanizm, mərhəmət və fərdi yanaşma prinsiplərinin tətbiqi təşkil edir. Əfv və amnistiya institutları məhz bu prinsiplərin hüquqi mexanizmləri kimi çıxış edərək, cəzanın tərbiyəvi mahiyyətinin gücləndirilməsinə və məhkumların cəmiyyətə yenidən islah olunmuş şəxs kimi qayıdışına xidmət edir.

Ümummilli Lider Heydər Əliyevin insan hüquq və azadlıqlarının qorunması sahəsində həyata keçirdiyi hüquqi islahatlardan biri də cəza siyasətinin humanistləşdirilməsi, beynəlxalq hüquqi aktlarda və milli qanunvericilikdə təsbit olunmuş əsas təbii hüquqlardan biri olan yaşamaq hüququnun təmini ilə bağlı olmuşdur.

Məlum olduğu kimi, 1993-cü ilin iyun ayından ölkəmizdə ölüm cəzasının tətbiqinə faktiki moratorium qoyulmuş və sonrakı beş il ərzində müxtəlif ağır cinayətlərə görə ölüm cəzasına məhkum edilmiş 120-dən çox şəxs barəsində ölüm hökmü icra olunmamışdır. Bunun ardınca isə Azərbaycan Respublikasında ölüm cəzasının ləğv olunması ilə əlaqədar Cinayət, Cinayət-Prosessual və İslah-Əmək Məcəllələrinə dəyişikliklər və əlavələr edilməsi haqqında 1998-ci il 10 fevral tarixli Qanuna əsasən, ölüm cəzasına məhkum olunmuş bütün məhkumların cəzası ömürlük azadlıqdan məhrum etmə ilə əvəz edilmişdir.

Bir sıra ölkələrdə ölüm cəzasının ləğvi barədə hələ də qəti qərar qəbul edilmədiyi halda, cəza-icra siyasətinin humanistləşdirilməsi nəticəsində ən ağır cəza növü olan ölüm cəzasının Şərqdə ilk dəfə məhz bizim ölkədə cinayət qanunvericiliyindən çıxarılması humanizm prinsiplərinə əsaslanan dövlət siyasətinin parlaq təzahürü kimi qiymətləndirilərək dünyada böyük əks-səda yaratmışdır.

Əfv və amnistiya aktları yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüquqlarının təmini baxımından xüsusi əhəmiyyətə malikdir. Buna görə də cəzanın humanistliyini, adekvatlığını və tərbiyəvi əhəmiyyətini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev 1995-ci ildə müstəqil dövlətimizin tarixində ilk əfv fərmanını imzalamaqla ölkəmizdə əfv institutunun bərpa edilməsinə nail olmuşdur. Beləliklə, 1995-2003-cü illər ərzində imzalanmış 32 əfv fərmanı və sərəncamı ilə ümumilikdə 3104 məhkum cəzanın çəkilməmiş hissəsindən azad olunmuşdur.

Azərbaycanda amnistiya aktlarının qəbulunu müsbət bir ənənəyə çevirmiş Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilmiş 7 amnistiya aktı nəticəsində 77 mindən artıq məhkum həbsdən azad edilərək ailələrinə və cəmiyyətə qovuşmuşdur.

Əsası Ümummilli Lider tərəfindən qoyulmuş humanizm siyasətinə sadiq qalan ölkə Prezidenti cənab İlham Əliyevin də hazırkı rəhbərliyi dövründə əfv sərəncamlarının imzalanması və amnistiya aktlarının qəbulu təşəbbüsünün irəli sürülməsi təcrübəsi uğurla davam etdirilir.

Qeyd etmək lazımdır ki, 1995-2025-ci illər ərzində əvvəlcə Ulu Öndər Heydər Əliyevin, sonra isə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin imzalamış olduqları ümumilikdə 71 əfv fərman və sərəncamları, 1996-cı ildən başlayaraq qəbul olunmuş 12 amnistiya aktı minlərlə məhkumun cəzanın çəkilməyən hissəsindən azad edilməsi ilə nəticələnmişdir.

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən hələ Milli Məclisin deputatı olduğu dövrdə irəli sürülmüş təşəbbüs əsasında 4 amnistiya aktının qəbul olunması, sonuncu akt əsasında isə 10 min məhkumun azadlığa qovuşması ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanmışdır.

Təbii ki, dövlətin mütəmadi olaraq davam etdirdiyi humanizm siyasəti məhkumlarda, onların ailə üzvləri və digər yaxınlarında böyük sevinc hissi doğurmuş, eyni zamanda cəmiyyətdə ciddi tərbiyəvi məzmun kəsb etmişdir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) öz mandatına uyğun olaraq, ötən il ərzində də azadlıqdan məhrumetmə yerlərində saxlanılan şəxslərin hüquqlarının müdafiəsi, onların müraciətlərinə baxılması və fərdi yanaşmanın təmin edilməsi istiqamətində ardıcıl fəaliyyət göstərmişdir. Bu çərçivədə Ombudsman tərəfindən təqdim edilən müraciətlər əsasında bir sıra hallarda əfv institutundan istifadə edilmiş, humanizm prinsiplərinin real hüquqi nəticələr doğurması təmin olunmuşdur.

Müsbət haldır ki, humanist cəza siyasətinin davamı olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən amnistiya aktı barədə qərar layihəsinin Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilməsi təşəbbüsü irəli sürülmüşdür. Növbəti amnistiya ilə bağlı qanun layihəsinin Milli Məclisə təqdim olunması dövlətin ardıcıl və sistemli humanist siyasətinin davamı kimi qiymətləndirilə bilər. Amnistiya aktları yalnız hüquqi mexanizm deyil, eyni zamanda sosial ədalətin, mərhəmətin və insan ləyaqətinə hörmətin təzahürüdür. Azərbaycan suverenliyinin tam bərpa olunduğu, Konstitusiyanın ali hüquqi qüvvəsinin ölkənin bütün ərazilərində təmin edildiyi tarixi bir mərhələdə bu təşəbbüs dövlətin gücünü və hüquqi yetkinliyini nümayiş etdirir.

Həmçinin qeyd edək ki, son illərdə Azərbaycan Respublikasında bir sıra əməllərin dekriminallaşdırılması, alternativ cəzaların tətbiqinin genişləndirilməsi və azadlıqdan məhrumetmənin son çarə kimi nəzərdə tutulması hüquqi islahatların əsas istiqamətlərindəndir. Bu yanaşma beynəlxalq hüquq normalarına uyğun olmaqla yanaşı, insan hüquqlarının müdafiəsi baxımından da mühüm əhəmiyyət daşıyır.

Ombudsman tərəfindən həyata keçirilən monitorinqlər, qəbul edilmiş müraciətlərin araşdırılması və aidiyyəti dövlət orqanları ilə aparılan yazışmalar nəticəsində əfv olunmuş şəxslərin ailə mühitinə qovuşması, sosial adaptasiya imkanlarının genişlənməsi və onların cəmiyyətə reinteqrasiyası baxımından mühüm nəticələr əldə edilmişdir. Bu fəaliyyət eyni zamanda penitensiar sistemdə hüquqi nəzarətin və şəffaflığın gücləndirilməsinə xidmət etmişdir.

Ombudsman institutu amnistiya aktının qəbul edilməsi və icrası prosesində də öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarının təmin olunması, cəzadan azad edilən şəxslərin hüquqlarının qorunması və onların cəmiyyətə uğurlu reinteqrasiyası istiqamətində fəaliyyətini gücləndirəcəkdir.

Beləliklə, növbəti amnistiya ilə bağlı qanun layihəsinin Milli Məclisə təqdim olunması Azərbaycan dövlətinin insan hüquqlarına sadiqliyinin, hüquqi islahatlara və humanist dəyərlərə əsaslanan siyasətinin bariz nümunəsidir.

Azərbaycan Ombudsmanı olaraq ölkə başçısının bu təşəbbüsünü insan hüquq və azadlıqlarının təmin edilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətin sağlam inkişafı baxımından mühüm addım kimi dəyərləndirirəm.

Bu istiqamətdə atılan addımlar bir daha göstərir ki, Azərbaycan Respublikasında hüquq sistemi yalnız qanunun aliliyini deyil, insan ləyaqətinin qorunmasını da əsas məqsəd kimi qarşıya qoyur.


Səbinə ƏLİYEVA,

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman), hüquq üzrə fəlsəfə doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Cozef Bayden: Əgər ABŞ dünya lideri olmasa, onun yerini Rusiya və ya Çin tutacaq  

11:10
17 Dekabr

SOCAR “ENOC Group” ilə enerji sektorunun müxtəlif istiqamətləri üzrə əməkdaşlığı müzakirə edib  

11:08
17 Dekabr

Muxtar Babayev: COP29-un uğuru Azərbaycanın iqlim diplomatiyasına gətirdiyi vizyonla bağlıdır  

11:07
17 Dekabr

Naxçıvan Ali Məhkəməsinə sədr təyinatı ilə bağlı tədbir keçirilib  

10:39
17 Dekabr

Dünya birjalarında neft bahalaşıb  

10:22
17 Dekabr

Qazaxıstanda neft hasilatı və ixracı artıb  

09:43
17 Dekabr

Əfv və amnistiya institutları humanizm prinsiplərinin hüquqi ifadəsidir

09:42
17 Dekabr

Keçmiş məcburi köçkün: Xatirələrimizə qayıdırıq  

09:40
17 Dekabr

Xocavənd sakini: Uzun illərdən sonra doğma yurda qayıtmaq böyük xoşbəxtlikdir  

09:37
17 Dekabr

Keçmiş məcburi köçkün: Şükür edirəm ki, yenidən doğma yurduma qayıdıram  

09:36
17 Dekabr

Laçın şəhərinə, Xocavənd rayonun Hadrut və Qırmızı Bazar qəsəbələrinə və Ağdamın Xıdırlı kəndinə köç karvanları yola salınıb  

09:35
17 Dekabr

Arktikada temperatur rekord həddə çatıb  

09:34
17 Dekabr

Azərbaycan və Slovakiya arasında aviasiya sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

09:23
17 Dekabr

Sənətkar ömrü

09:10
17 Dekabr

Qəlblərdə yaşayan şair

09:05
17 Dekabr

Aprel zəfərinin Mühüd zirvəsi

09:00
17 Dekabr

Ağcabədi bələdiyyəsi nümunə göstərir

08:55
17 Dekabr

Özü cavan, yaşı qoca Lənkəran

08:50
17 Dekabr

Azərbaycan üzərindən daşınan tranzit yüklərin həcmi artır

08:45
17 Dekabr

BP və ADA Universitetinin birgə sosial layihəsi uğurla yekunlaşdı

08:43
17 Dekabr

Ölkəmizin enerji sektorunda daha bir yenilik

08:40
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!