15 Iyul 2024 23:53
132
İDMAN
A- A+

Paris-2024-ə lisenziya qazanan olimpiyaçılarımızla bağlı tədbir keçirilib


İyulun 15-də "Sea Breeze"də yerləşən "Costa Coffee" məkanında Milli Olimpiya Komitəsinin təşkilatçılığı, Azərbaycan Olimpiya yığmasının məğrur tərəfdaşı VISA-nın dəstəyi ilə  Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edəcək olimpiyaçılarımızın yolasalma mərasimi və əyləncəli tədbir keçirilib. 
Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, VISA-nın Azərbaycan üzrə baş direktoru Nurlan Hacıyev, Olimpiya çempionları, Paris-2024 Yay Oyunlarına lisenziya qazanan idmançılar və idman ictimaiyyətinin  nümayəndələri iştirak ediblər. Mərasimdə çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə Parisə yollanacaq idmançılara uğurlar arzulayıb. Qeyd edib ki, lisenziya qazanan atletlərimiz onlara bəslənilən ümidləri doğruldacaq, bayrağımızı fəxri kürsüdə qürurla dalğalandıracaqlar. 
"Biz Parisə böyük komanda ilə yola düşürük. Olimpidaya 48 nəfər idmançı ilə yollanırıq. Sevindirici haldır ki, ilk dəfə olaraq Azərbaycan komanda idman növündə də təmsil olunacaq. İnanıram ki, Paris Olimpiadasında qazanılan medallarımızın sayı əvvəlki illərdən fərqlənəcək. Düşünürəm ki, atletlərimiz Vətənə ən azı 9-10 medalla dönəcəklər", - deyə Çingiz Hüseynzadə bildirib. 
Nurlan Hacıyev çıxışında idmançılarımızın Paris-2024-ə qədər böyük bir yol keçdiyini qeyd edib: "Olimpiya Oyunlarında iştirak etmək hər bir idmançının böyük arzusudur. Əziz idmançılarımız, siz bu arzuya çatmısınız. Məlumat üçün bildirim ki, VİSA şirkəti 1986-ci ildən etibarən Beynəlxalq Olimpiya Komitəsinin rəsmi tərəfdaşıdır. Bu əməkdaşdaşlıq 2032-ci ilə qədər davam edəcək. Biz 2023-cü ildən Milli Olimpiya Komitəsinin rəsmi tərəfdaşıyıq. İnanıram ki, idmançılarımız üçrəngli bayrağımızı Parisdə dədalğalandıracaqlar. Biz sizə inanırıq". 
Tədbirdə Azərbaycan Dövlət Reklam Agentliyi, "Paşa Holdinq"in tərkibində "Paşa Malls" şirkəti, Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin dəstəyi ilə Bakı, Sumqayıt və Gəncə şəhərlərinin müxtəlif yerlərində yayımlanan, idmançılarımızı bütün ölkəyə tanıdan videoçarx nümayiş etdirilib. 
Tədbirdə VISA şirkəti tərəfindən idmançılara hədiyyələr verilib.
Mərasim rəsmi hissədən sonra əyləncəli proqramla davam edib. 
İyulun 26-dan avqustun 11-dək keçiriləcək Paris-2024 Yay Olimpiya Oyunlarında Azərbaycan 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunacaq. 


"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video