09 Dekabr 2025 08:35
356
Mədəniyyət
A- A+
ÖZÜMDƏN NARAZIYAM

ÖZÜMDƏN NARAZIYAM



Təbiətin könül açan

Min rəngi, min səsi var.

Hər könülün min arzusu,

Min səsli nəğməsi var.

Bu arzular, bu nəğmələr,

Bu səslər bir saz kimi

Mənim solğun sözlərimdə

Heç dil aça bildimi?

Hissim dərin, sözüm solğun,

Qəlbim geniş, sinəm dar.

Məndən əvvəl doğulubdur

Sinəmdəki duyğular.

Səhv atılan addımları

Sonradan anlayıram.

Baxıb vicdan güzgüsünə

Özümü danlayıram.

Six ey yanlış addımlarım,

Məni dərdə saldınız.

Mən sizinlə döyüşdükcə,

Gün-gündən çoxaldınız.

Mən haqq-hesab istəyirəm

Gecələr gündüzümdən.

Narahatam, narazıyam

Ömrüm boyu özümdən.

Bizim sənət dünyasının

Qırıq telli sazıyam.

Bircə ondan razıyam ki,

Özümdən narazıyam.


ANA HƏDİYYƏSİ


Anam namaz üstə əl açıb göyə

Allaha yalvarır "ya rəbbim! - deyə:

- Sənsən xəlq eliyən göyləri, yeri,

Candan şirin olur bala, ay Allah.

Sən mənim ömrümdən kəsib illəri,

Balamın ömrünə cala, ay Allah!

Bu nədir? Arzuya, diləyə bir bax,

Gör bir nələr keçir ana qəlbindən?

Çoxdur bu dünyada hədiyyə... ancaq

Ömürdən hədiyyə görməmişəm mən.

İstərəm, bir ana, bir bala sözü

Lüğətdə sözlərin önündə gedə.

Uca olduğundan ananın özü

Ucadır, böyükdür hədiyyəsi də.

Çoxdur hədiyyələr insan adına:

Qiymətli ziynətlər, qiymətli daşlar.

Ana həyat verir öz övladına,

Həm də öz ömründən ömür bağışlar.


MƏNİM ŞEİRİM


Əbədi bir od kimi öz içindən közərib

Hey yanır şeirim mənim.

Bu günümdən sabaha

boylanır şeirim mənim.

Gəzib dildə, dodaqda,

Uçur, uçur həmişə özümdən də qabaqda.

İdrakımın gözləri,

Əqidəmin ən təmiz, ən mənalı sözləri,

Duyan ürəyi şeirim,

Bütün diləklərimin ən saf diləyi şeirim.

Sən ayın, ulduzların nurundan yoğrulmusan,

Batan gecələrimin açılan səhərlərə

salamı sən olmusan.

İstərəm sətirlərin bu günümdən səs alan

əks-sədaya dönsün.

Əsrimizin nəbzi də ahəngində döyünsün.

İstəmirəm ki, şeirim nərmənazik qızların

saçında ətir olsun.

İstərəm gün altında pambıq yığan qızların

başında çətir olsun.

Can vermə hər ötərgi dərd-qəmə, şeirim mənim,

Əzmə-büzmə gözələ bənzəmə, şeirim mənim.

Sən atəş ol, sən od ol,

yandır da sən, yax da sən.

İldırım ol, çax da sən.

Göstər öz işığında bu dünyaya özünü,

Bir an yumma gözünü,

Həm gör sən, həm də göstər!

Fərəhləri fərəhdə, qəmi də qəmdə göstər.

Demirəm ki, zərrəni geniş kürrədə göstər.

Qüdrətin varsa sənin,

Sən bu boyda kürrəni kiçik zərrədə göstər.

Sən düşün dərin-dərin, düşündür dərin-dərin,

Vətənini, elini danan tüfeylilərin

Vətənçin yox,

manatçın yanan tüfeylilərin

yumruğa dön başında.

Keşikçi ol bu yurdun torpağında, daşında.

Vüqarı ol, əzmi ol əyilməyən başların,

Qəlbində mərmiyə dön əsl vətəndaşların.

Sonsuz düşüncələrim,

Bu dünyaya sualım,

Hər istəyim, xəyalım,

Eşqim, həsrətim mənim,

İlk məhəbbətim mənim,

Hədsiz şadlığım mənim,

Bu dünyada əbədi narahatlığım mənim.

Sənə qurban verməyə bir ömür çox azdır, az.

Yalnız bircə günümün sonsuz həyəcanını

Nəğməyə çevirməyə on ömür də çatışmaz.

Mən səninçin,

Anamsa mənimçin yandı, şeirim.

"Balamın rahatlığı yoxdur" - deyə o məni

sənə qısqandı, şeirim.

Ancaq o bilmədi ki, mən anamdan doğuldum,

Sənsə mənim qəlbimdə balamtək bəslədiyim

Duyğulardan doğuldun.

Məni anamdan alıb Vətənimə, xalqıma

Oğul edən sən oldun!

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azercell abunəçilərinin nəzərinə

01:09
28 Yanvar

Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar barədə ELAN

01:08
28 Yanvar

Zelenski: Xarkovda sərnişin qatarına edilən dron hücumu nəticəsində 4 nəfər həlak olub  

00:28
28 Yanvar

Marko Yankoviç: Meydanda müsbət nəticə əldə etməyə çalışacağıq  

23:52
27 Yanvar

Qurban Qurbanov: “Liverpul”a qarşı həddindən artıq diqqətli olmalıyıq  

23:51
27 Yanvar

Gürcüstan Prezidenti son 10 gündə ikinci dəfə əfv fərmanı imzalayıb  

23:36
27 Yanvar

Qurban Qurbanov: Futbolçularıma inanıram

23:23
27 Yanvar

Lavrov Rusiyada akkreditə olunmuş MDB ölkələrinin səfirləri ilə görüşüb  

21:53
27 Yanvar

Zelenski ərazi məsələləri və Zaporojye AES-lə bağlı Putinlə görüşə hazırdı  

21:34
27 Yanvar

Rusiya ordusu dronlarla Xarkovda sərnişin qatarına hücum edib, xəsarət alanlar var  

20:26
27 Yanvar

Kanadalı politoloq: Azərbaycan daha geniş iqtisadi və siyasi müzakirələrin ciddi iştirakçısı kimi nəzərdən keçirilir 

20:13
27 Yanvar

Stiven Bay: Həm turistlər, həm də işgüzar şəxslər yüksəkkeyfiyyətli interneti əsas xidmət kimi qəbul edirlər 

19:39
27 Yanvar

Nazirlər Kabinetində Xəzər dənizinin və Bakı buxtasının ekoloji vəziyyətinə dair iclas keçirilib

19:26
27 Yanvar

Konstitusiya Məhkəməsi Plenumunun iclasında Azərbaycan Prokurorluğunun sorğusu əsasında konstitusiya işinə baxılıb  

19:11
27 Yanvar

Azərbaycan və Türkiyə dəmir yolu sektorunda əməkdaşlığı inkişaf etdirəcək

19:03
27 Yanvar

Türkiyə Prezidenti: Suriyadakı proseslər terror təhlükəsinin tam aradan qaldırılacağına inamı gücləndirir  

18:55
27 Yanvar

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib  

18:39
27 Yanvar

Qırmızı Qəsəbədə Holokost qurbanlarının xatirəsi anılıb

18:28
27 Yanvar

ABŞ–Azərbaycan münasibətlərində ümidverici siqnallar müşahidə olunur

18:19
27 Yanvar

Odessaya hava hücumu zamanı ölənlərin sayı 3 nəfərə çatıb  

18:14
27 Yanvar

Londonda Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun iclası keçirilib

18:11
27 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!