01 Oktyabr 2026 18:59
69
CƏMİYYƏT
A- A+
 FHN-dən kiçikhəcmli gəmi istifadəçilərinə xəbərdarlıq  

 FHN-dən kiçikhəcmli gəmi istifadəçilərinə xəbərdarlıq  


Su üzərində təhlükəsizlik qaydalarına əməl olunması ilə bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən maarifləndirici tədbirlər davam etdirilir. FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən növbəti tədbirlər Bakı şəhərinin Pirallahı rayonunun Gürgan qəsəbəsində, Mingəçevir Su anbarının Yevlax rayonunun Xanabad kəndi ərazisində, həmçinin Siyəzən, Neftçala və Astara rayonlarında keçirilib.

“Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda keçirilən görüşlərdə gəmi istifadəçilərinə, o cümlədən balıqçılıq fəaliyyəti ilə məşğul olan şəxslərə əsas təhlükəsizlik tələbləri izah olunub.

İştirakçıların diqqətinə kiçikhəcmli gəmilərin zəruri avadanlıqlarla təchiz edilməsi, texniki baxışdan keçirilməsi və gəmi idarə etmək üçün müvafiq sürücülük vəsiqəsinin alınmasının vacibliyi çatdırılıb. Gəmi sürücülərinə, həmçinin kollektiv və fərdi xilasedici vasitələrdən, eləcə də naviqasiya avadanlıqlarından düzgün istifadə qaydaları barədə məlumat verilib. Tədbirlərin sonunda iştirakçılara kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı və təchizat avadanlıqları ilə bağlı maarifləndirici broşürlər paylanılıb.

FHN bildirir ki, bu cür tədbirlər kiçikhəcmli gəmi istifadəçilərinin təhlükəsizlik qaydaları barədə məlumatlılığının artırılması və su hövzələrində bədbəxt hadisələrin qarşısının alınması məqsədi daşıyır.

 “Azərbaycan”



Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Alp dağları əriyir: İsveçrənin buzlaqları daha bir rekordun astanasında

19:04
01 Oktyabr

 FHN-dən kiçikhəcmli gəmi istifadəçilərinə xəbərdarlıq  

18:59
01 Oktyabr

SOCAR Serbiyada 500 MVt-lıq elektrik stansiyası tikəcək

18:25
01 Oktyabr

Kəpənəklərin qanadları onlara hücum edən yırtıcılarda optik illüziyalar yaradır  

17:47
01 Oktyabr

“Azneft”: İstehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib

17:32
01 Oktyabr

İctimai Şura üzvləri ilə 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri müzakirə edilib  

17:31
01 Oktyabr

Oktyabrda Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb

17:29
01 Oktyabr

Futbol meydanında nəsillər görüşdü

17:26
01 Oktyabr

 Soyuqdəymə zamanı özünümüalicədə buraxılan səhvlər açıqlanıb

17:19
01 Oktyabr

Dəmir Yolları: Bakı-Tbilisi-Bakı marşrutu üzrə gündəlik 4 reys həyata keçiriləcək  

17:15
01 Oktyabr

Yaxın 5 il ərzində süni intellekt üzərində nəzarətin itirilməsi riski var 

17:04
01 Oktyabr

Baş Prokurorluq Gəncədə orta məktəbdə baş vermiş zəhərlənmə faktı ilə bağlı məlumat yayıb – YENİLƏNİB 2  

16:51
01 Oktyabr

“Birliyin Gücü – 2026” təlimində Xocavənddə müxtəlif döyüş tapşırıqları icra olunub

16:46
01 Oktyabr

Yeni proqram təminatı faydalı qazıntıların axtarışına kömək edəcək

16:19
01 Oktyabr

Şuxrat Xalmuxamedov: “Birliyin Gücü – 2026” hərbi qulluqçular arasında döyüş təcrübəsinin mübadiləsinə imkan yaradır  

15:48
01 Oktyabr

Yaşar Gülər: Bölgəmizdəki bütün vəziyyətləri nəzərə alaraq, “müharibəyə hazır ol” deməkdən başqa şansımız yoxdur  

15:48
01 Oktyabr

AQEM Media Forumu əməkdaşlıq imkanlarını institusional müstəviyə çıxarır  

15:46
01 Oktyabr

Zakir Həsənov: “Birliyin Gücü – 2026” təlimi regionda sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək  

15:45
01 Oktyabr

Zaqrebdə Azərbaycan-Xorvatiya əlaqələri müzakirə olunub

15:44
01 Oktyabr

Bill Qeyts süni intellektin zərərlərinin faydalarından çox olacağını bildirib

15:41
01 Oktyabr

Azərbaycan və Rusiya Baş prokurorluqları arasında Əməkdaşlıq Proqramı imzalanıb  

15:39
01 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!