01 Oktyabr 2026 19:04
815
CƏMİYYƏT
A- A+
Alp dağları əriyir: İsveçrənin buzlaqları daha bir rekordun astanasında

Alp dağları əriyir: İsveçrənin buzlaqları daha bir rekordun astanasında


Bəzən iqlim dəyişikliyini böyük rəqəmlərdən çox, bir dağın görünüşündəki kiçik dəyişiklik hiss etdirir. Dünən qarla örtülü olan yamacın bu gün bir az daha çılpaq görünməsi, buzun hər il bir neçə metr geri çəkilməsi. Bu mənada İsveçrənin qarla örtülü dağları bu il əvvəlkindən bir qədər də “yüngül” qışa girir. Alp dağlarının buzlaqları isti və quraq yayın, eləcə də az qarlı qışın təsiri ilə bir il ərzində kütləsinin 5 faizindən çoxunu itirib.

İsveçrə Ali Texnologiya Məktəbinin məlumatına görə, bu itki buzlaqların orta qalınlığının 2,5-4 metr azalması deməkdir. Bəzi buz axınlarında isə ərimə 10 metrə çatıb. Rəqəmlərin arxasında isə daha böyük bir mənzərə var: iyul-sentyabr aylarında İsveçrə buzlaqlarından təxminən 2,2 trilyon litr su axıb. Bu, ölkədəki bütün ev təsərrüfatlarının bir il ərzində istifadə etdiyi suyun təxminən dörd qatına bərabərdir.

İqlimşünasların hesablamalarına görə, İsveçrənin buzlaqları bu il təxminən 2,5 kub kilometr həcm itirib. Bu göstərici ötənilki 3 faizlik itkidən xeyli çoxdur və 2022-ci ildə qeydə alınan rekord – 5,9 faiz – səviyyəsinə yaxınlaşır. Daha narahatedici rəqəm isə son beş ilə aiddir. Bu müddətdə İsveçrə buzlaqlarının ümumi həcmi təxminən 20 faiz azalıb.

Alimlər bu dəyişiklikləri GLAMOS layihəsi çərçivəsində izləyirlər. İsveçrə iqlimşünasları Alp dağlarındakı ən böyük 23 buzlağa mütəmadi ekspedisiyalar təşkil edir, peyklər və müxtəlif müşahidə sistemləri vasitəsilə buzların vəziyyətini izləyirlər. Alpların buzları yavaş-yavaş yox olur. Və onların əridiyi hər damla su, əslində, iqlimin dəyişdiyini göstərən səssiz bir siqnaldır.

Züleyxa ƏLİYEVA, 

 “Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında mühüm sənəd imzalanıb

20:58
26 Oktyabr

Azərbaycan-İƏT tərəfdaşlığı strateji xarakter daşıyır 

20:31
26 Oktyabr

Vestminster abbatlığındakı Roma sarkofaqı orta əsr rahibinin qalıqlarını saxlamış ola bilər  

20:05
26 Oktyabr

ABŞ heliumu “ciddi maddə” elan edib

20:03
26 Oktyabr

Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının Baş katibini qəbul edib

19:56
26 Oktyabr

D vitamini çatışmazlığı ilə mübarizədə gözlənilməz üsul

19:44
26 Oktyabr

Pensiyaya yeni əlavə kimlərə şamil olunacaq?  

19:32
26 Oktyabr

Hörmüz boğazında gəmilərə hücumlar artıb

19:13
26 Oktyabr

Omikronun yeni variantı uşaqlar arasında niyə daha sürətlə yayılır?  

19:02
26 Oktyabr

Piylənmə ilə mübarizənin səmərəli yolu məlum olub

18:44
26 Oktyabr

Saxta IMEI-lərə qarşı mübarizə: 86 mindən çox kod bloklanıb

18:31
26 Oktyabr

Baş prokuror: Üçüncü yüksəksəviyyəli görüş Azərbaycan ilə İƏT arasında əməkdaşlığın daha da genişləndirilməsinə töhfə verəcək  

18:23
26 Oktyabr

Alimlər orqanizmdə maye dövranını izləyən yeni model yaradıblar  

18:03
26 Oktyabr

Avropada fırtına nəqliyyatı iflic edib, minlərlə evi işıqsız qoyub

18:00
26 Oktyabr

  İtaliyanın Milan şəhərində təhlükəsizlik tədbirləri gücləndirilib

17:56
26 Oktyabr

Hikmət Hacıyev: Azərbaycan və Yaponiya arasında vizasız rejimin genişləndirilməsi mümkündür 

17:54
26 Oktyabr

Qırğızıstan nümayəndə heyəti Azərbaycan Prokurorluğunun fəaliyyətində rəqəmsallaşmanın tətbiqi ilə maraqlanıb  

17:53
26 Oktyabr

İslam Əməkdaşlıq Təşkilatının Baş katibi “ASAN xidmət”də  

17:53
26 Oktyabr

Ceyhun Bayramov niderlandlı həmkarı ilə görüşüb: 2026–2028-ci illər üzrə Yol Xəritəsi müzakirə olunub YENİLƏNİB  

17:52
26 Oktyabr

Prezidentin köməkçisi: Afrika ölkələri ilə münasibətləri daha da inkişaf etdirmək niyyətindəyik 

17:50
26 Oktyabr

Türkiyə Prezidentinin baş müşaviri Oktay Saral vəzifəsindən ayrılıb  

17:48
26 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!