01 Oktyabr 2026 16:46
762
SİYASƏT
A- A+
“Birliyin Gücü – 2026” təlimində Xocavənddə müxtəlif döyüş tapşırıqları icra olunub

“Birliyin Gücü – 2026” təlimində Xocavənddə müxtəlif döyüş tapşırıqları icra olunub


“Birliyin Gücü – 2026” birgə hərbi təlimi çərçivəsində oktyabrın 1-də Xocavənd rayonunun Qızılqaya Təlim Mərkəzində müxtəlif döyüş tapşırıqları icra olunub.

AZƏRTAC xəbər verir ki, təlimdə iştirak edən Azərbaycan, Türkiyə və Özbəkistan hərbi qulluqçuları hibrid təhdidlərə və terror fəaliyyətlərinə qarşı mübarizə, yaşayış məntəqələrində antiterror əməliyyatlarının keçirilməsi, müştərək planlaşdırma və qanunsuz silahlı qruplaşmaların zərərsizləşdirilməsi üzrə tapşırıqları birgə yerinə yetiriblər.

Təlimin əsas məqsədi iştirakçı ölkələrin orduları arasında əməkdaşlığın genişləndirilməsi, şəxsi heyətin praktiki vərdişlərinin təkmilləşdirilməsi, təcrübə mübadiləsi, bölmələr arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi, dayanıqlı sülh və təhlükəsizliyə töhfə verməkdir.

Təlim başlamazdan əvvəl qonaqlara onun məqsədi, ssenarisi, təhlükəsizlik qaydaları və icra ediləcək tapşırıqlar barədə məlumat verilib. Həmçinin birliyin idarəetmə məntəqəsi və “rəqəmsal ordu” konsepsiyası təqdim olunub.

Təlim zamanı kibertəhlükəsizliyin təmin edilməsi, kiberhəmlələrin aşkarlanması və zərərsizləşdirilməsi, dezinformasiyaya qarşı mübarizə, eləcə də PUA-lardan məlumatlandırma məqsədilə istifadə üzrə fəaliyyətlər nümayiş olunub.

Ssenariyə uyğun olaraq, terrorçuların mövqelərinə raket-artilleriya və aviasiya vasitələri, eləcə də PUA-larla zərbələr endirilib. Yandankeçmə dəstələri döyüş mövqelərini dövrələyərək ələ keçirib, əsas qüvvələrin əməliyyata cəlb olunması üçün şərait yaradılıb.

Növbəti mərhələlərdə yaşayış məntəqəsinin bloklanması və terrorçulardan təmizlənməsi, nəzarət-buraxılış məntəqələrinin qurulması, humanitar minatəmizləmə, yaralıların tibbi təxliyəsi, mina sahələrindən və dağıntılardan keçidlərin açılması, körpünün qurulması və PUA hücumlarının qarşısının alınması üzrə tapşırıqlar icra olunub.

Təlimin ayrı-ayrı epizodlarının ölkənin müxtəlif bölgələrində keçirilməsi ilə əlaqədar qonaqların bütün prosesləri real vaxt rejimində izləməsi üçün iriölçülü monitorlar quraşdırılıb. Monitorlarda, həmçinin dövlət sərhədinin mühafizəsi, dəniz sərhədlərində əməliyyatlar, PUA hücumlarının qarşısının alınması, girovların azad olunması və dəniz desantının çıxarılması kimi epizodlar nümayiş etdirilib.

Təlim çərçivəsində aviasiya və artilleriya sistemlərinin praktiki tətbiqi, real atışlar, bölmələrin taktiki fəaliyyəti və çoxmillətli əməliyyatlarda qarşılıqlı fəaliyyət məsələləri də işlənilib.

“Birliyin Gücü – 2026” təlimi iştirakçı ölkələrin hərbi qulluqçuları arasında qarşılıqlı fəaliyyətin və təcrübə mübadiləsinin gücləndirilməsinə, birgə əməliyyatlara hazırlığın və bölmələrin koordinasiyasının artırılmasına xidmət edir.

Sonda “Birliyin Gücü – 2026” birgə hərbi təliminin uğurla başa çatdırılmasında fəal iştirak edən, qarşıya qoyulmuş tapşırıqların icrasında yüksək peşəkarlıq və hazırlıq nümayiş etdirən bir qrup hərbi qulluqçu təltif olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bilmək istəyirəm

08:45
31 Oktyabr

Mediasiya Şurasında ilk həmkarlar ittifaqı təşkilatı yaradılıb

08:40
31 Oktyabr

ZƏFƏR gündəliyi

08:35
31 Oktyabr

Heydər Əliyev prospekti - paytaxtın müasir memarlıq azmanlarının ünvanı

08:30
31 Oktyabr

Dövlətin aqrar sektora dəstəyi kimi ondan gözləntisi də çoxdur

08:25
31 Oktyabr

NDU-da doktorantların və gənc tədqiqatçıların respublika elmi konfransı öz işinə başlayıb

08:20
31 Oktyabr

Milli məqsədləri reallığa çevirən rəhbər

08:15
31 Oktyabr

ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı - "Məhsul bayramı" təşkil edilib

08:10
31 Oktyabr

"Pulsuz hüquqi yardım haqqında" qanun layihəsi müzakirəyə çıxarıldı

08:05
31 Oktyabr

Andına sadiq Lider

08:00
31 Oktyabr

Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında

01:45
31 Oktyabr

TDT-nin 13-cü Zirvə Görüşü – Azərbaycan sədrliyi Türkiyəyə təhvil verib  

22:31
30 Oktyabr

Qırğızıstan Prezidenti Azərbaycana təşəkkür edib

21:43
30 Oktyabr

Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm  

21:14
30 Oktyabr

Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a uduzub

20:57
30 Oktyabr

Azərbaycan və Türkiyə arasında münasibətlərin cari vəziyyəti müzakirə olunub  

20:38
30 Oktyabr

Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir  

20:34
30 Oktyabr

Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının iclası keçirilib  

20:26
30 Oktyabr

Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

19:49
30 Oktyabr

Bakıda FIFA U-15 dünya çempionatının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib  

19:31
30 Oktyabr

İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub

18:58
30 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!