31 Oktyabr 2026 08:10
243
CƏMİYYƏT
A- A+
ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı - "Məhsul bayramı" təşkil edilib

ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı - "Məhsul bayramı" təşkil edilib


ADA Universitetinin nəzdində fəaliyyət göstərən ADA Məktəbində ənənəvi Payız festivalı - "Məhsul bayramı" təşkil olunub.

AZƏRTAC xəbər verir ki, festivalda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, eləcə də dövlət və hökumət rəsmiləri, tərəfdaş şirkətlərin nümayəndələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

ADA "Məhsul bayramı" çərçivəsində Heykəltaraşlıq Simpoziumunun yekunu olaraq, ADA Məktəbində üç yeni heykəltaraşlıq əsərinin açılışı keçirilib. Əsərlərin müəllifləri Azərbaycan heykəltaraşları Kamran Əsədov, Müşfiq Heydərov və İmran Mehdiyevdir. Layihənin əsas məqsədi məktəbliləri yaradıcılıq prosesinə cəlb etmək, onların ideya və təxəyyüllərini heykəllərin ilkin eskizlərinin hazırlanmasında əks etdirmək olub.

Tədbirin əsas məqsədi şagird və tələbələrdə məsuliyyətli vətəndaşlıq duyğusunu formalaşdırmaq, milli-mənəvi dəyərləri təbliğ etmək, xeyriyyəçilik ənənələrini yaşatmaq və gənc nəsli erkən yaşlardan cəmiyyət üçün faydalı şəxsiyyətlər kimi yetişdirməkdir.

Tədbir bədii proqramla davam edib.

ADA Məktəbinin, Q.Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbinin, F.Əmirov adına 6 nömrəli 11 illik Uşaq İncəsənət Məktəbinin, həmçinin 24 və 33 nömrəli 11 illik musiqi məktəblərinin şagirdlərinin hazırladıqları musiqi, rəqs və yaradıcı çıxışlar festivala xüsusi bayram əhvali-ruhiyyəsi qatıb.

Tədbir çərçivəsində ADA Məktəbinin şagirdlərinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin əl işlərindən, eləcə də tərəfdaş şirkətlərin məhsullarından ibarət xeyriyyə sərgi-satışı təşkil olunub. Sərgi-satışdan əldə edilən vəsait təhsilyönümlü sosial layihələrin həyata keçirilməsinə yönəldiləcək.

Qeyd edək ki, keçənilki "Məhsul bayramı" zamanı toplanmış 27,309 AZN məbləğində vəsait hesabına 4 vacib sosial layihə - "Tikiş Bacarıqlarından Peşəyə", "Sənətkarlıq Dərsləri", "Bir ADA-nın sirri", eləcə də 3 saylı Uşaq evi sosial xidmət müəssisəsinin uşaqlarının birgə iştirakı ilə həyata keçirilən "Dostluq Körpüsü" layihəsi uğurla reallaşdırılıb. Ümumilikdə 600 nəfərin bəhrələndiyi bu təşəbbüslər uşaqların yaradıcılığını, sosial inteqrasiyasını, peşə bacarıqlarını və şəxsi inkişafını dəstəkləməklə yanaşı, müxtəlif sosial mühitlərdən olan uşaqlar arasında dostluq və əməkdaşlıq körpüsü yaradır. 

Bayramda ölkəmizin müxtəlif bölgələrində yetişdirilən meyvə-tərəvəz, çörək və şirniyyat məhsulları, digər yerli istehsal nümunələri, eləcə də qeyri-qida malları satışa çıxarılıb.

Tədbirin təşkilati dəstəkçiləri sırasında "Azərpambıq", "Təmiz Şəhər", "AZ Projects GROUP" və "Liv Bona Dea Hospital" yer alıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bilmək istəyirəm

08:45
31 Oktyabr

Mediasiya Şurasında ilk həmkarlar ittifaqı təşkilatı yaradılıb

08:40
31 Oktyabr

ZƏFƏR gündəliyi

08:35
31 Oktyabr

Heydər Əliyev prospekti - paytaxtın müasir memarlıq azmanlarının ünvanı

08:30
31 Oktyabr

Dövlətin aqrar sektora dəstəyi kimi ondan gözləntisi də çoxdur

08:25
31 Oktyabr

NDU-da doktorantların və gənc tədqiqatçıların respublika elmi konfransı öz işinə başlayıb

08:20
31 Oktyabr

Milli məqsədləri reallığa çevirən rəhbər

08:15
31 Oktyabr

ADA Məktəbində xeyriyyə məqsədli ənənəvi Payız festivalı - "Məhsul bayramı" təşkil edilib

08:10
31 Oktyabr

"Pulsuz hüquqi yardım haqqında" qanun layihəsi müzakirəyə çıxarıldı

08:05
31 Oktyabr

Andına sadiq Lider

08:00
31 Oktyabr

Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında

01:45
31 Oktyabr

TDT-nin 13-cü Zirvə Görüşü – Azərbaycan sədrliyi Türkiyəyə təhvil verib  

22:31
30 Oktyabr

Qırğızıstan Prezidenti Azərbaycana təşəkkür edib

21:43
30 Oktyabr

Şavkat Mirziyoyev: TDT çərçivəsində münasibətlərin inkişafına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edirəm  

21:14
30 Oktyabr

Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a uduzub

20:57
30 Oktyabr

Azərbaycan və Türkiyə arasında münasibətlərin cari vəziyyəti müzakirə olunub  

20:38
30 Oktyabr

Ceyhun Bayramov: TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi əsas prioritetlərdəndir  

20:34
30 Oktyabr

Yeni Azərbaycan Partiyasının Təftiş Komissiyasının iclası keçirilib  

20:26
30 Oktyabr

Prezident İlham Əliyev “FIFA U-15 World Cup and Festival”ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

19:49
30 Oktyabr

Bakıda FIFA U-15 dünya çempionatının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib  

19:31
30 Oktyabr

İspaniya millisi Bakıda keçirilən FIFA U-15 dünya çempionatının qalibi olub

18:58
30 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!