30 Oktyabr 2026 15:58
174
CƏMİYYƏT
A- A+
DSX-nin ən yaxşı kinoloqları və xidməti itləri müəyyən olunub  

DSX-nin ən yaxşı kinoloqları və xidməti itləri müəyyən olunub  


Cari ilin oktyabrın 13-23-də Dövlət Sərhəd Xidmətinin Xidməti Heyvanlar Təlimçilərinin Hazırlığı mərkəzində hərbi hissələr arasında xidməti it təlimçiləri və bələdçilərinin “Sərhədçilərin dostu” şüarı altında 8-ci kinoloji yarışları keçirilib.

Dövlət Sərhəd Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, kinoloji yarışlara Xidməti Heyvanlar Təlimçilərinin Hazırlığı Mərkəzinin, Sərhəd Qoşunları hərbi hissələrinin və Sərhəd Nəzarəti şöbələrinin kinoloq-mütəxəssisləri cəlb olunub. Yarışların keçirilməsində əsas məqsəd xidməti itlərin təlimçiləri və bələdçilərinin peşəkar hazırlığını inkişaf etdirmək, dövlət sərhədinin mühafizəsi və müdafiəsində xidməti itlərlə sərhəd pozucularının axtarışı və saxlanılması, narkotik maddələrin axtarışı, minatəmizləmə əməliyyatlarında peşəkarlıq səviyyəsinin artırılması, həmçinin ən yaxşı praktiki vərdişlərə malik kinoloq-mütəxəssisləri və yüksək iş qabiliyyəti olan xidməti itləri müəyyən etməkdir. Əvvəlki illərdən fərqli bu il keçirilən 8-ci kinoloji yarışlara ilk dəfə olaraq gözətçi itlərin hazırlığı üzrə yarış əlavə edilib. Bu da xidməti it təlimçiləri arasında sağlam rəqabətin yaranmasına və kinoloji sahəyə diqqətin artırılmasına yönəlmiş addımdır.

Yarışlarda xüsusi təlim keçmiş xidməti itlərlə nəqliyyat vasitələrində, əl çantalarında narkotik maddələrin axtarışı, sərhəd pozucularının izlərlə təqib olunaraq saxlanılması, ərazidə tank və piyadaəleyhinə minaların aşkar edilməsi, itaət komandaları üzrə tapşırıqlar icra edilib.

Sonda qalib olmuş hərbi qulluqçulara kubok, diplom və pul mükafatları təqdim olunub, qalib xidməti itlərə isə yarışda layiq görüldüyü yeri göstərən metal jeton verilib.

Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra sərhədçi kinoloq-mütəxəssislər tərəfindən xidməti itlərlə nümunəvi çıxışlar nümayiş etdirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Plutonun orbitindən kənarda nəhəng buzlu obyekt aşkar edilib

17:22
30 Oktyabr

Green Card gözləyənlərə növbəti zərbə

16:56
30 Oktyabr

Azərbaycan brendi Avropada genişlənir

16:55
30 Oktyabr

Beynimiz şüuru necə yaradır?  

16:47
30 Oktyabr

Bakıətrafı qəsəbələrə qatar gəlir

16:47
30 Oktyabr

“The Guardian”: süni intellektin uşaqlarla “dostluq etməsi” qadağan olundu  

16:44
30 Oktyabr

Dünya bazarında neftin qiymətində bahalaşma müşahidə olunur  

16:42
30 Oktyabr

Bakıda texnologiya həftəsi keçiriləcək

16:41
30 Oktyabr

Ticarətdən tərəfdaşlığa: Bakıda Qırğız Ticarət Evinin açılışı nə vəd edir?

16:39
30 Oktyabr

Bakı İrəvandan əməli addımlar və konkret nəticələr gözləyir  

16:33
30 Oktyabr

Ombudsmanın seçilməsi ilə bağlı məsələ parlamentin plenar iclasına tövsiyə edilib  

16:28
30 Oktyabr

Şuşa və Xocavənd sakinlərinin sosial məsələlərlə bağlı müraciətləri dinlənilib  

16:25
30 Oktyabr

DSX-nin ən yaxşı kinoloqları və xidməti itləri müəyyən olunub  

15:58
30 Oktyabr

Noyabr ayına olan hava proqnozu açıqlanıb  

15:43
30 Oktyabr

Bu ilin 9 ayında 246 milyon 273 min manat dəyərində narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb  

15:37
30 Oktyabr

Quzeyxırman kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub  

15:30
30 Oktyabr

Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

15:26
30 Oktyabr

Azərbaycançılıq – birliyimizin, dövlətçiliyimizin və dəyərlərimizin ideologiyası  

15:15
30 Oktyabr

İrakli Kobaxidze: Azərbaycanla münasibətlərimizdə müsbət dinamika gələcəkdə də davam edəcək  

15:05
30 Oktyabr

Hacıqabulda istehsal olunan istilik izolyasiya lövhələri xarici bazarlara çıxarılır  

14:56
30 Oktyabr

Korrupsiya barədə məlumat verənlərin həvəsləndirilməsi haqqında qanun layihəsi müzakirə olunur  

14:43
30 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!