01 Oktyabr 2026 17:31
926
İQTİSADİYYAT
A- A+
İctimai Şura üzvləri ilə 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri müzakirə edilib  

İctimai Şura üzvləri ilə 2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri müzakirə edilib  


Oktyabrın 1-də Maliyyə Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə növbəti görüş keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə maliyyə nazirinin müavini Himalay Məmişov 2027-ci il üzrə dövlət və icmal büdcələrinin layihələrinin hazırlanması, büdcə təqviminə uyğun olaraq həyata keçirilən tədbirlər və növbəti üç ili əhatə edən ortamüddətli büdcə göstəriciləri barədə məlumat verib.

Bildirilib ki, büdcə təqviminə uyğun olaraq hazırlanmış 2027-ci il üzrə dövlət və icmal büdcələrinin layihələri, növbəti üç il üçün icmal büdcənin göstəriciləri və büdcə zərfinə daxil olan digər sənədlər Maliyyə Nazirliyi tərəfindən Nazirlər Kabinetinə təqdim edilib. Ardınca “2027-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” sənədi Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilərək ictimaiyyətə təqdim olunub.

Qeyd olunub ki, ötən həftə 2027-ci ilin dövlət və icmal büdcələrinin layihələri Nazirlər Kabinetinin iclasında müzakirə olunaraq bəyənilib və qanunvericiliklə müəyyən edilmiş büdcə prosesinin növbəti mərhələsinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi barədə qərar qəbul edilib.

İlkin büdcə göstəricilərinə əsasən, 2027-ci ildə dövlət büdcəsinin gəlirlərinin 39 milyard 234 milyon manat, xərclərinin isə 42 milyard 400 milyon manat məbləğində proqnozlaşdırıldığı diqqətə çatdırılıb.

Nazir müavini bildirib ki, mövcud qlobal və regional inkişaf meyilləri, dövlət başçısının tapşırıqları, habelə müxtəlif strategiya və dövlət proqramlarından irəli gələn vəzifələr nəzərə alınmaqla, növbəti ildə dövlət büdcəsinin əsas prioritetlərini dayanıqlı və yüksək iqtisadi artımın dəstəklənməsi, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma, bərpa və məskunlaşdırma tədbirlərinin davam etdirilməsi, rəqəmsal inkişaf üzrə müəyyən edilmiş prioritetlərin həyata keçirilməsi, əhalinin sosial müdafiəsinin və rifahının təmin olunması, iqtisadiyyata dövlət büdcəsindən maliyyə dəstəyinin davam etdirilməsi, müdafiə olunan xərclərin maliyyə təminatı, dövlət proqramları və tədbirlərin maliyyələşdirilməsi, təmiz ətraf mühitin qorunması və “yaşıl artım”ın təmin edilməsi təşkil edəcək.

Həmçinin bildirilib ki, növbəti ildə gəlirlər sahəsində həyata keçiriləcək tədbirlər iqtisadi fəallığın və sahibkarlığın stimullaşdırılmasına, investisiya mühitinin daha da yaxşılaşdırılmasına və ölkənin rəqabət qabiliyyətinin gücləndirilməsinə yönəldiləcək.

Görüş zamanı dövlət maliyyəsinin idarə olunmasında şəffaflığın və ictimai hesabatlılığın gücləndirilməsinin, büdcə məlumatlarının sadə, aydın və anlaşılan formada vətəndaşlara təqdim edilməsinin Nazirliyin fəaliyyətində əsas prioritetlərdən biri olduğu vurğulanıb.

Qeyd olunub ki, Maliyyə Nazirliyi əvvəlki illərdə əsasən təsdiq edilmiş dövlət büdcəsinə dair “Vətəndaşın Büdcə Bələdçisi” hazırlayaraq ictimaiyyətə təqdim edirdisə, artıq bu ildən dövlət və icmal büdcələrinin icrasına dair də vətəndaşlar üçün bələdçinin hazırlanmasına və dərc olunmasına başlanılıb. Eyni zamanda, vahid büdcə informasiya bazasının formalaşdırılması, habelə büdcə proseslərində rəqəmsal həllərin tətbiqini genişləndirmək məqsədilə Elektron Büdcə Bələdçisi portalı istifadəyə verilib. Bu yanaşmaların büdcə məlumatlarının əlçatanlığının artırılmasına, vətəndaşların dövlət maliyyəsinin idarə olunması prosesləri barədə məlumatlılığının genişləndirilməsinə və ictimai iştirakçılığın gücləndirilməsinə xidmət etdiyi bildirilib.

Görüş zamanı İctimai Şuranın sədri İnqilab Əhmədov və digər şura üzvləri 2027-ci il və növbəti ortamüddətli dövr üzrə ilkin büdcə göstəricilərinin maliyyə resurslarının səmərəli və məqsədyönlü istifadəsi, sosial-iqtisadi sabitliyin qorunması və strateji inkişaf hədəflərinin reallaşdırılması nəzərə alınmaqla hazırlanmasını müsbət qiymətləndiriblər.

Şura üzvləri büdcə prosesində şəffaflığın və büdcə məlumatlarına əlçatanlığın genişləndirilməsi istiqamətində Maliyyə Nazirliyi tərəfindən son dövrlərdə həyata keçirilən tədbirlərin, xüsusilə vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığa verilən önəmin əhəmiyyətini vurğulayıblar.

Görüşdə həmçinin İctimai Şuranın fəaliyyətinin səmərəli təşkili, büdcə prosesinin ictimai müzakirələrə açıq olması və dövlət maliyyəsinin idarə olunması sahəsində vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, “Sosial sığorta haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

01:01
23 Oktyabr

"Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa Əlavə -"Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə

00:58
23 Oktyabr

E.M.Yusubovun Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi vəzifəsindən azad edilməsi haqqında

00:57
23 Oktyabr

"Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, "Sosial sığorta haqqında", "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" və "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 30 sentyabr tarixli 476-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

00:56
23 Oktyabr

Azərbaycanın Avropa siyasətində ən etibarlı tərəfdaşı   

22:30
22 Oktyabr

Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır  

22:09
22 Oktyabr

Türkiyə Prezidenti: Ankara ilə Ottava arasında dialoq strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilib  

20:39
22 Oktyabr

“Meta”nın gəliri artıb

20:31
22 Oktyabr

SOCAR-la İtaliyanın “Eni” şirkəti arasında əməkdaşlığın inkişafı müzakirə edilib  

19:51
22 Oktyabr

Yaponiya polisinin yarısının şəxsi məlumatları kiberhücum nəticəsində sızıb  

19:42
22 Oktyabr

İqtisadiyyat nazirinin müavini Ağdamda vətəndaşların müraciətlərini dinləyib

19:32
22 Oktyabr

Jenşenin təzyiqi salma xüsusiyyəti üzə çıxıb 

19:26
22 Oktyabr

Bitki mənşəli yeni nəsil ağrıkəsici hazırlanıb  

19:09
22 Oktyabr

“METROTIME”ın sentyabr buraxılışı oxucularla görüşə hazırdır

18:48
22 Oktyabr

Böyük Sfinksin tikildiyi süxurlarda qədim timsah növü aşkarlanıb

18:34
22 Oktyabr

Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb

18:29
22 Oktyabr

Microsoft: Hakerlər süni intellektdən istifadə edərək yüzlərlə təşkilatı hədəf alıb

18:16
22 Oktyabr

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin inkişafı nəzərdən keçirilib  

17:59
22 Oktyabr

ABŞ və Avropa banklarda süni intellektə nəzarəti nə üçün sərtləşdirir?

17:23
22 Oktyabr

Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub  

17:01
22 Oktyabr

Ukrayna Rusiyadan 252 nəfərin meyitini geri alıb  

16:43
22 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!