23 Oktyabr 2026 00:56
178
Fərmanlar
A- A+
"Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, "Sosial sığorta haqqında", "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" və "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 30 sentyabr tarixli 476-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

"Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, "Sosial sığorta haqqında", "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" və "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 30 sentyabr tarixli 476-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında


Azərbaycan Respublikası Prezidentinin Fərmanı



Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, "Sosial sığorta haqqında", "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" və "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 30 sentyabr tarixli  476-VIIQD nömrəli Qanununun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 101.7.1-ci maddəsinin ikinci cümləsində, 102.1.21-ci maddəsinin birinci abzasının birinci cümləsində, 102.1.21.1-ci maddəsinin ikinci cümləsində, 102.1.21.3-cü maddəsinin birinci cümləsində, 102.1.21-1.1-ci maddəsinin ikinci cümləsində, 102.10.6-cı maddəsində, 106.1.13-cü maddəsinin birinci abzasının birinci cümləsində, 106.1.13.1-ci maddəsinin ikinci cümləsində, 106.1.13.3-cü maddəsinin birinci cümləsində, 106.1.13-1.1-ci maddəsinin ikinci cümləsində, 106.1.40-cı maddəsinin ikinci cümləsində, 106.11.6-cı maddəsində, 113.2-ci maddəsinin üçüncü cümləsində, 199.7-ci və 207.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Məcəllənin 102.1.21-ci və 106.1.13-cü maddələrinin birinci abzaslarının birinci cümlələrində, 199.7-ci və 207.3-cü maddələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

1.3. həmin Məcəllənin 101.7.1-ci, 102.1.21.1-ci, 102.1.21-1.1-ci, 106.1.13.1-ci və 106.1.13-1.1-ci maddələrinin ikinci cümlələrində, 113.2-ci maddəsinin üçüncü cümləsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.4. həmin Məcəllənin 102.1.21.3-cü və 106.1.13.3-cü maddələrinin birinci cümlələrində, 106.1.40-cı maddəsinin ikinci cümləsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;

1.5. həmin Məcəllənin 102.10.6-cı və 106.11.6-cı maddələrində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur;

1.6. "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 14.9.1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.7. həmin Qanunun 14.9.1-ci maddəsinin ikinci cümləsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

1.8. "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.3-cü və 46.4-1-ci maddələrinin birinci cümlələrində və 46.4-2-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.9. həmin Qanunun 1.3-cü və 46.4-1-ci maddələrinin birinci cümlələrində və 46.4-2-ci maddəsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla aşağıdakı normativ hüquqi aktları təsdiq etsin:

2.1.1. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təklifləri nəzərə alınmaqla:

2.1.1.1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 101.7.1-ci, 102.1.21.1-ci, 102.1.21-1.1-ci, 106.1.13.1-ci və 106.1.13-1.1-ci maddələrinin ikinci cümlələrinə,  "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 14.9.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq, texnologiyalar parkının rezidenti olan iri sahibkarlıq subyektlərinin təqvim ili ərzində ümumi gəlirlərində ixracdan əldə edilən gəlirlərin xüsusi çəkisinin minimum həddini;

2.1.1.2. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 113.2-ci maddəsinin üçüncü cümləsinə uyğun olaraq, innovasiya məhsulunun hazırlanması çərçivəsində elmi-tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərinə nağdsız qaydada çəkilən əməliyyat xərclərinin (əsas vəsaitlərin və qeyri-maddi aktivlərin alınması istisna olmaqla) dairəsinin və istiqamətlərinin, habelə texnoloji və sənaye uğursuzluqlarının nəticəsinin təsdiqi prosedurunu və qaydasını;

2.1.2. Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təklifləri nəzərə alınmaqla:

2.1.2.1. "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun  1.3-cü maddəsinin birinci cümləsinə uyğun olaraq, texnoloji həll formasında olan malın (işin, xidmətin) innovasiya məhsulu olmasına dair təsdiqedici sənədin verilməsi qaydasını;

2.1.2.2. həmin Qanunun 46.4-1-ci maddəsinin birinci cümləsinə uyğun olaraq, pilot tətbiq prosesinin həyata keçirilməsinə dair rəyin verilməsi qaydasını;

2.1.2.3. həmin Qanunun 46.4-2-ci maddəsinə uyğun olaraq, pilot tətbiq müqaviləsinin nümunəvi formasını;

2.2. "Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, "Sosial sığorta haqqında", "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" və "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 30 sentyabr tarixli 476-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

3. "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 7 aprel tarixli 568 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 349 (Cild I); 2024, № 5 (I kitab), maddə 513, № 6 (I kitab), maddə 661, № 11, maddə 1199; 2025, № 4 (I kitab), maddə 331, № 12 (I kitab), maddə 1154) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.2-1-ci bəndə "maddələrində" sözündən sonra ", 14.9.1-ci maddəsinin ikinci cümləsində" sözləri əlavə edilsin;

3.2. 2.4-cü bəndə üçüncü halda "maddələrində," sözündən sonra "14.9.1-ci maddəsinin ikinci cümləsində," sözləri əlavə edilsin.

4. "Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və bu qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000,   № 8 (III kitab), maddə 616 (Cild I); 2024, № 5 (I kitab), maddə 513, № 6 (I kitab), maddələr 653, 661, № 8, maddə 947, № 12 (I kitab), maddə 1289, (II kitab), maddə 1375; 2025, № 4 (I kitab), maddələr 331, 334, № 5, maddə 461, № 6, maddə 541, № 8, maddə 747, № 11, maddələr 1018, 1023, № 12 ( I kitab), maddə 1154; 2026, № 1, maddə 35, № 2, maddələr 123, 125, № 6, maddələr 510, 518, № 7 (I kitab), maddələr 665, 668, № 8, maddə 807) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

4.1. 1.1-ci bənddə ", 102.1.1-ci (hər iki halda) maddələrində" sözləri "maddələrində, 101.7.1-ci maddəsinin ikinci cümləsində, 102.1.1-ci (hər iki halda) maddəsində" sözləri ilə, ", 102.1.21-ci" sözləri "maddələrində, 102.1.21-ci maddəsinin birinci abzasının birinci cümləsində, 102.1.21.1-ci maddəsinin ikinci cümləsində, 102.1.21.3-cü maddəsinin birinci cümləsində, 102.1.21-1.1-ci maddəsinin ikinci cümləsində" sözləri ilə, ", 106.1.13-cü" sözləri "maddələrində, 106.1.13-cü maddəsinin birinci abzasının birinci cümləsində, 106.1.13.1-ci maddəsinin ikinci cümləsində, 106.1.13.3-cü maddəsinin birinci cümləsində, 106.1.13-1.1-ci maddəsinin ikinci cümləsində" sözləri ilə əvəz olunsun və həmin bəndə "106.1.35-ci" sözlərindən sonra "maddələrində, 106.1.40-cı maddəsinin ikinci cümləsində, 106.11.6-cı" sözləri, "102.1.44-cü," sözlərindən sonra "102.10.6-cı," sözləri və "111.4-cü maddələrində," sözlərindən sonra "113.2-ci maddəsinin üçüncü cümləsində," sözləri əlavə edilsin; 

4.2. 1.2-ci bənddə ", 102.1.21-ci" sözləri "maddələrində, 102.1.21-ci maddəsinin birinci abzasının birinci cümləsində" sözləri ilə, ", 106.1.13-cü" sözləri "maddələrində, 106.1.13-cü maddəsinin birinci abzasının birinci cümləsində" sözləri ilə əvəz edilsin;

4.3. 1.7-ci bəndə "101.1-4-cü" sözlərindən sonra "maddələrində, 101.7.1-ci maddəsinin ikinci cümləsində" sözləri, "102.1.14.33-cü" sözlərindən sonra "maddələrində, 102.1.21.1-ci və 102.1.21-1.1-ci maddələrinin ikinci cümlələrində" sözləri, "104.9-cu" sözlərindən sonra "maddələrində, 106.1.13.1-ci və 106.1.13-1.1-ci maddələrinin ikinci cümlələrində" sözləri, "111.4-cü" sözlərindən sonra "maddələrində, 113.2-ci maddəsinin üçüncü cümləsində" sözləri əlavə edilsin;

4.4. 1.10-cu bənddə "150.3.3-cü, 150.3-1-ci maddələrinin" sözləri "102.10.6-cı, 106.11.6-cı, 150.3.3-cü maddələrində, 150.3-1-ci maddəsinin" sözləri ilə əvəz edilsin;

4.5. aşağıdakı məzmunda 1.19-1-ci bənd əlavə edilsin:

"1.19-1. həmin Məcəllənin 102.1.21.3-cü və 106.1.13.3-cü maddələrinin birinci cümlələrində, 106.1.40-cı maddəsinin ikinci cümləsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;".

5. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 oktyabr tarixli 1082 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 10, maddə 1641 (Cild I); 2024, № 7, maddə 811, № 8, maddə 937; 2025, № 9, maddə 817) ilə təsdiq edilmiş "ASAN Viza" sistemi haqqında Əsasnamə"yə aşağıdakı məzmunda 6.1-1-ci bənd əlavə edilsin:

"6.1-1. Rəqəmsal səyyahlar tərəfindən elektron vizanın verilməsi ilə bağlı edilən müraciətlər üzrə sərhədkeçmə sənədinin fotoşəkil olan səhifəsinin skan edilmiş surəti, bu Əsasnamənin 7.4-cü və 7.4-1-ci bəndlərində nəzərdə tutulan digər məlumatlar, eləcə də elektron viza verilməsi və ya verilməsindən imtina ilə bağlı məlumatlar Sistem tərəfindən real vaxt rejimində Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə göndərilir.".

6. "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 988-VIQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 19 avqust tarixli 2307 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 8 (I kitab), maddə 1174 (Cild I); 2025, № 7, maddə 652, № 11, maddə 1108; 2026, № 3, maddə 214, № 7 (I kitab), maddə 649) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

6.1. 1.1-ci bəndə "1.1.15-ci" sözlərindən sonra "maddəsində, 1.3-cü maddəsinin birinci cümləsində" sözləri, "42.2-ci" sözlərindən sonra "maddələrində, 46.4-1-ci maddəsinin birinci cümləsində, 46.4-2-ci" sözləri əlavə edilsin;

6.2. 1.4-cü bəndə "Qanunun" sözündən sonra "1.3-cü maddəsinin birinci cümləsində" sözləri,"42.2-ci" sözlərindən sonra "maddələrində, 46.4-1-ci maddəsinin birinci cümləsində, 46.4-2-ci" sözləri əlavə edilsin.

7. Bu Fərmanın 1-ci və 3-6-cı hissələri "Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, "Sosial sığorta haqqında", "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" və "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 30 sentyabr tarixli 476-VIIQD nömrəli Qanunu ilə eyni gündə qüvvəyə minir.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 22 oktyabr 2026-cı il


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, “Sosial sığorta haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

01:01
23 Oktyabr

"Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa Əlavə -"Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik edilməsi barədə

00:58
23 Oktyabr

E.M.Yusubovun Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi vəzifəsindən azad edilməsi haqqında

00:57
23 Oktyabr

"Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, "Sosial sığorta haqqında", "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" və "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 30 sentyabr tarixli 476-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

00:56
23 Oktyabr

Azərbaycanın Avropa siyasətində ən etibarlı tərəfdaşı   

22:30
22 Oktyabr

Media və Yayım Şurası: Azərbaycanda hicabla əlaqədar kütləvi həbslər barədə məlumatlar dezinformasiyadır  

22:09
22 Oktyabr

Türkiyə Prezidenti: Ankara ilə Ottava arasında dialoq strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilib  

20:39
22 Oktyabr

“Meta”nın gəliri artıb

20:31
22 Oktyabr

SOCAR-la İtaliyanın “Eni” şirkəti arasında əməkdaşlığın inkişafı müzakirə edilib  

19:51
22 Oktyabr

Yaponiya polisinin yarısının şəxsi məlumatları kiberhücum nəticəsində sızıb  

19:42
22 Oktyabr

İqtisadiyyat nazirinin müavini Ağdamda vətəndaşların müraciətlərini dinləyib

19:32
22 Oktyabr

Jenşenin təzyiqi salma xüsusiyyəti üzə çıxıb 

19:26
22 Oktyabr

Bitki mənşəli yeni nəsil ağrıkəsici hazırlanıb  

19:09
22 Oktyabr

“METROTIME”ın sentyabr buraxılışı oxucularla görüşə hazırdır

18:48
22 Oktyabr

Böyük Sfinksin tikildiyi süxurlarda qədim timsah növü aşkarlanıb

18:34
22 Oktyabr

Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb

18:29
22 Oktyabr

Microsoft: Hakerlər süni intellektdən istifadə edərək yüzlərlə təşkilatı hədəf alıb

18:16
22 Oktyabr

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin inkişafı nəzərdən keçirilib  

17:59
22 Oktyabr

ABŞ və Avropa banklarda süni intellektə nəzarəti nə üçün sərtləşdirir?

17:23
22 Oktyabr

Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub  

17:01
22 Oktyabr

Ukrayna Rusiyadan 252 nəfərin meyitini geri alıb  

16:43
22 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!