01 Oktyabr 2026 18:25
1059
İQTİSADİYYAT
A- A+
SOCAR Serbiyada 500 MVt-lıq elektrik stansiyası tikəcək

SOCAR Serbiyada 500 MVt-lıq elektrik stansiyası tikəcək


SOCAR Serbiyanın enerji bazarında yeni layihəyə başlayır. Azərbaycan şirkəti Niş şəhərində gücü 500 MVt olacaq kombinə edilmiş buxar-qaz elektrik stansiyasının tikintisi üçün Serbiyanın EPS və “Srbijagas” şirkətləri ilə birgə müəssisə yaradacaq.

Bununla bağlı Belqradda Səhmdar Sazişi imzalanıb. Sənədə SOCAR prezidentinin müşaviri, “SOCAR Türkiye”nin baş direktoru Elçin İbadov, EPS-in baş direktoru Duşan Jivkoviç və “Srbijagas”ın baş direktoru Duşan Bayatoviç imza atıblar.

Razılaşmaya əsasən, birgə müəssisədə Azərbaycan tərəfinin payı 50 faiz, Serbiya iştirakçılarının ümumi payı isə 50 faiz olacaq. Tərəflər layihənin hazırlanması, maliyyələşdirilməsi və idarə olunması üzrə əsas prinsipləri də müəyyənləşdiriblər.

Serbiya rəsmiləri və SOCAR nümayəndələri layihənin iki ölkə arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsinə xidmət etdiyini bildiriblər. Yeni elektrik stansiyasının Serbiyanın enerji təhlükəsizliyinin gücləndirilməsinə və elektrik sisteminin sabitliyinə töhfə verməsi gözlənilir.

 “Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bitki mənşəli yeni nəsil ağrıkəsici hazırlanıb  

19:09
22 Oktyabr

“METROTIME”ın sentyabr buraxılışı oxucularla görüşə hazırdır

18:48
22 Oktyabr

Böyük Sfinksin tikildiyi süxurlarda qədim timsah növü aşkarlanıb

18:34
22 Oktyabr

Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb

18:29
22 Oktyabr

Microsoft: Hakerlər süni intellektdən istifadə edərək yüzlərlə təşkilatı hədəf alıb

18:16
22 Oktyabr

“Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin inkişafı nəzərdən keçirilib  

17:59
22 Oktyabr

ABŞ və Avropa banklarda süni intellektə nəzarəti nə üçün sərtləşdirir?

17:23
22 Oktyabr

Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub  

17:01
22 Oktyabr

Ukrayna Rusiyadan 252 nəfərin meyitini geri alıb  

16:43
22 Oktyabr

Dünya Bankı ilə Yaşıl Enerji Dəhlizinin inkişafı nəzərdən keçirilib

16:42
22 Oktyabr

Azərbaycan orta güc mərkəzinə çevrilir  

16:33
22 Oktyabr

Nazir: Qızların təhsilinə yatırılan maliyyə vəsaiti uzunmüddətli perspektivdə cəmiyyətin inkişafı deməkdir  

16:26
22 Oktyabr

İslam Əməkdaşlıq Təşkilatının gələcəyə baxış prizması: Dəyişən dünyada İƏT-in missiyasına yeni yanaşma  

16:24
22 Oktyabr

Kainat və biz necə var olmuşuq?

16:22
22 Oktyabr

Bahar Muradova: Qızların elmə marağının dəstəklənməsi xüsusi əhəmiyyət daşıyır

16:14
22 Oktyabr

Ölkəmiz öz gücü ilə regiona sabitlik gətirib  

16:07
22 Oktyabr

2027-də səyahət üçün dünyanın ən gözəl yerləri açıqlanıb

16:03
22 Oktyabr

COP17-yə evsahibliyi etməyə Ermənistanın mənəvi haqqı varmı?  

15:54
22 Oktyabr

Təkhüceyrəli yosun xatirələrin, davranışların necə formalaşdığını müəyyən edir  

15:42
22 Oktyabr

İrəvanın manipulyasiyaları kövrək sülhü təhdid edir  

15:36
22 Oktyabr

Xəzərdən Avropaya “yaşıl enerji”: bazar və satış imkanları müzakirə olunub

15:35
22 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!