19 Oktyabr 2024 09:40
375
Təhsil
A- A+
Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib

Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib


Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib. Tədbir institut tələbələrinin iştirakı ilə baş tutub.

İlahiyyat fakültəsinin dekanı, tədbirin moderatoru, dosent Elnurə Əzizova 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Bildirib ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyi əldə etməsi tarixi hadisədir və ölkə vətəndaşları üçün əlamətdar gündür. E.Əzizova bu səpkili seminar və tədbirlərə tələbələrin fəal surətdə qatılmasını tövsiyə edib, belə tədbirlərin onların  şəxsiyyət kimi formalaşmasında oynayacağı mühüm rolu diqqətə çəkib.

Dekan qeyd edib ki, Ulu Öndərin layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyevin apardığı uğurlu, məqsədyönlü daxili və xarici siyasət dövlətimizin daha da güclənməsinə, Azərbaycanın regionun liderinə çevrilməsinə gətirib çıxarıb.

İlahiyyat fakültəsi İslamşünaslıq kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru, dosent  Rəşad Mustafa çıxış edərək tarixboyu dünyada öz dövlətini, onun müstəqilliyini qoruyan xalqlardan nümunələr gətirib, onların hansı çətinliklərlə üzləşdiyini diqqqətə çatdırıb.

R.Mustafa Azərbaycanın müstəqillik tarixinə nəzər salıb. Cümhuriyyət dövrünü, bu mərhələdə aparılan mübarizələri, ortaya çıxan problemləri xatırladıb. İstər sovet dövrü, istərsə də müstəqilliyimiz bərpa olunandan sonrakı vaxtda dövlət-din münasibətlərinə diqqət çəkib. Məruzəçi dövlət müstəqilliyimizin əhəmiyyətindən, Azərbaycanın siyasi, iqtisadi, mədəni sahələrdə qazandığı nailiyyətlərdən geniş  bəhs edib. Ölkəmizin suverenlik qazandığı yeni bir dönəmin başlanğıcına - 44 günlük Vətən müharibəsinə diqqət çəkərək, savaşdan sonrakı dövrdə Qarabağın dirçəliş tarixinə də nəzər yetirib.

Tədbir müzakirələrlə davam edib.


"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Səfir: Milli Məclis Türkiyə-Azərbaycan münasibətlərinin dərinləşməsinə mühüm töhfələr verir

18:13
21 Oktyabr

BMT-nin İnsan Hüquqları Komitəsinin iclasında BTQ-nin icraçı direktoru Abbas Abbasov bəyanatla çıxış edib  

18:03
21 Oktyabr

Milli Məclisdə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu yaradılıb

17:56
21 Oktyabr

Ehtiyac anında hissələrini kəsə bilən robot istehsal edilib

17:33
21 Oktyabr

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri BMT Baş katibinin müavini ilə görüşüb

17:26
21 Oktyabr

Rusiyanın səfiri XİN-nə çağırıldı

17:16
21 Oktyabr

Senatordan Kral Çarlzın çıxışına etiraz

17:15
21 Oktyabr

NASA-nın yeni tədqiqatı Marsda həyat əlamətlərinin ola biləcəyini göstərir

17:14
21 Oktyabr

CO29 çərçivəsində Azərbaycanın “Yaşıl iqtisadiyyat” ölkəsinə çevrilməkdə olduğu bütün dünyaya nümayiş etdiriləcək

17:12
21 Oktyabr

Siyəzəndə on gündə 12 minə yaxın ağac əkiləcək

17:11
21 Oktyabr

AYNA: “Qırmızı körpü” gömrük postunda 300 avtomobil gözləyir

17:10
21 Oktyabr

Cenevrədə beynəlxalq konfransda Azərbaycanda qadın hüquqları sahəsində görülən işlərdən danışılıb

17:08
21 Oktyabr

Dövlət Komissiyası qeydiyyatdan kənarda qalmış itkinlərin ailələrinə müraciət edib

17:07
21 Oktyabr

Xərçəngi aşkarlayan süni zəka sistemi təqdim edilib

17:04
21 Oktyabr

“Məşğulluğa dəstək” layihəsi üzrə 17 mindən çox şəxs üçün kiçik bizneslər yaradılıb

17:03
21 Oktyabr

Naxçıvana mövsümün ilk qarı yağıb

16:50
21 Oktyabr

İntizam Komitəsində Azərbaycan Kubokunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib

16:49
21 Oktyabr

Başqırdıstanda “Heydər Əliyev – Həyatın 100 anı” kitabının təqdimatı keçirilib

16:48
21 Oktyabr

Macarıstanın Baş naziri: Avropa İttifaqı avropalıları unudub

16:41
21 Oktyabr

“Harrisin qalibiyyəti, bu şəbəkənin sonu olacaq” - Kim Dotcom

16:34
21 Oktyabr

Qazaxıstanın ən uzun körpüsü açıldı

16:26
21 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!