21 Oktyabr 2024 16:48
539
CƏMİYYƏT
A- A+
Başqırdıstanda “Heydər Əliyev – Həyatın 100 anı” kitabının təqdimatı keçirilib

Başqırdıstanda “Heydər Əliyev – Həyatın 100 anı” kitabının təqdimatı keçirilib

“Ulu Öndər Heydər Əliyevin irsinə həsr olunmuş kitabların nəşri” beynəlxalq layihəsi çərçivəsində Başqırdıstan Respublikasının Elmlər Akademiyasında Azərbaycanın böyük dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş “Heydər Əliyev – Həyatın 100 anı” kitabının təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, Rusiya Federasiyasının Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərində Başqırdıstan Respublikasının Elmlər Akademiyasının inzibati binasında keçirilən təqdimat mərasimində yerli icra hakimiyyəti orqanlarının, ictimaiyyətin və Başqırdıstanda fəaliyyət göstərən Azərbaycan diasporunun nümayəndələri, ictimai-siyasi, elm, təhsil və mədəniyyət xadimləri iştirak edib.

Tədbir kitabın müəllifi, “Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru, Beynəlxalq Elmlər Akademiyasının akademiki Emil Nəsirlinin təşəbbüsü ilə, Başqırdıstan Respublikası Elmlər Akademiyasının (BREA) prezidenti Kamil Ramazanovun və BREA akademiki, fizika-riyaziyyat elmləri doktoru, professor Ramil Baxtizinin təşkilati dəstəyi ilə təşkil olunub.

“Heydər Əliyev – Həyatın 100 anı” kitabının müəllifi E.Nəsirli Ulu Öndərin nəsillər üçün örnək olan həyat yolu, eləcə də Azərbaycan dövlətinin möhkəmlənməsi və dünyada layiqli yer tutması istiqamətində həyata keçirdiyi siyasi fəaliyyəti haqqında məlumat verib.

E.Nəsirli müəllifi olduğu və “Ulu Öndər Heydər Əliyevin irsinə həsr olunmuş kitabların nəşri” beynəlxalq layihəsi çərçivəsində Azərbaycan, rus və ingilis dillərində nəşr olunmuş “Heydər Əliyev – Həyatın 100 anı” kitabı haqqında məlumat verərək qeyd edib ki, Azərbaycan dövlətinin müstəqillik əldə etməsindən sonra Ulu Öndərin ən mühüm məqsədlərindən biri hüquqi və sivil dövlət yaratmaq olub. Belə ki, 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul olunub. Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti nəticəsində mediada senzura aradan qaldırılıb və 1998-ci ildə ölüm hökmü ləğv olunub. Ümumxalq səsverməsi yolu ilə 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilmiş Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkədə siyasi və iqtisadi sabitlik yaranıb, bərpa işləri başlanıb.

Ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpa edilməsi xalqın müdrik oğlunun həyat vəzifəsi olub. Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etməyə başladığı gündən bəri Azərbaycanda müstəqillik, iqtisadi inkişaf, azadlıq və elmi tərəqqi dövrü başlanıb. Azərbaycan tədricən dünya ölkələri arasında öz mövqeyini tutub. Ulu Öndərin müstəqillik dövründə həyata keçirdiyi mühüm islahatlar çərçivəsində ordu və sənaye quruculuğunda, iqtisadiyyatda və bir çox digər sahələrdə tərəqqi əldə olunub.

E.Nəsirli Ulu Öndərin güclü tarixi şəxsiyyət olduğunu vurğulayaraq onun öz xalqını dövrün mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxardığını və davamlı mübarizə yolu ilə ona müstəqillik qazandırdığını bildirərək Ümummilli Liderin zəngin həyat yolundan, Azərbaycan xalqı və dövləti qarşısında əvəzsiz xidmətlərindən söhbət açıb.

Təqdimat mərasimində çıxış edən Başqırdıstan Respublikası Qurultayının deputatı Rüstəm Maratoviç Axmadinurov, Başqırdıstan Respublikası Elmlər Akademiyasının (BREA) prezidenti Kamil Ramazanov, BREA-nın akademiki Ramil Nazifoviç Baxtizin, BREA-nın baş elmi katibi, akademik Ruslan İrşatoviç Ableyev, sənətşünaslıq professoru, Başqırdıstan Respublikası Dizaynerlər İttifaqının sədri Mars Lironoviç Axmadullin, neft sənayesi veteranı, tarixçi Engel Axmetoviç Zaynetdinov, “Başqırdıstan veteranı” jurnalının baş redaktoru Svetlana Fainovna Bellinder, BREA-nın vitse-prezidenti Aleksandr Nikolayeviç Deqtaryov, Başqırdıstan Respublikası üzrə Ümumrusiya ixtiraçılar və rasionalizatorlar cəmiyyətinin nümayəndəsi Albert Mirqazimoviç Axmetşin, BREA-nın müxbir üzvü, “BREA-nın carçısı” və “Şərqşünaslıq problemləri” jurnallarının məsul nümayəndəsi Aytuqan İrikoviç Akmanov, BREA-nın Başqırdıstan ensiklopediyası İnstitutunun direktor müavini Bulat Naziroviç və digər natiqlər Ulu Öndər Heydər Əliyevin müstəqil dövlətçilik ənənələrindən söhbət açaraq qeyd ediblər ki, müasir Azərbaycan dövlətinin banisinin həyat yolu hər bir azərbaycanlı üçün əsl örnəkdir. Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin xarici siyasətində xüsusi yeri olan Azərbaycanın qonşu və qeyri-qonşu dövlətləri ilə qarşılıqlı fayda verəcək münasibətlərin, eləcə də Cənubi Qafqazda maraqlara və nüfuza malik olan iri və regional dövlətlərlə münasibətlərin formalaşdırılması haqqında geniş fikir mübadiləsi aparıb.

Sonda E.Nəsirli tədbirin iştirakçılarına “Heydər Əliyev – Həyatın 100 anı” kitabını təqdim edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Cenevrədə fransız müstəmləkəçiliyinin nəticələrinə dair beynəlxalq konfrans keçiriləcək

22:29
21 Oktyabr

Tamta Meqrelişvili: “Gürcü Arzusu-Demokratik Gürcüstan” ölkədə sülhün qarantıdır

22:28
21 Oktyabr

İƏT-in Əmək Mərkəzi ilə Beynəlxalq Əmək Təşkilatının Təlim Mərkəzi arasında əməkdaşlıq sənədi imzalanıb  

21:50
21 Oktyabr

Milli Məclisdə “COP29-a qarşı hibrid təhdidlər” mövzusunda müzakirə təşkil olunub YENİLƏNİB

21:45
21 Oktyabr

Antoni Blinkenin Yaxın Şərqə səfəri başlayır

20:50
21 Oktyabr

Ombudsman Aparatında könüllü fəaliyyətini başa vuran bir qrup gənc mükafatlandırılıb

19:49
21 Oktyabr

Lənkəranda vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

19:39
21 Oktyabr

Azərbaycan və Belçika Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb

19:33
21 Oktyabr

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında iki məsələ müzakirə edilib

19:18
21 Oktyabr

Səfir: Milli Məclis Türkiyə-Azərbaycan münasibətlərinin dərinləşməsinə mühüm töhfələr verir

18:13
21 Oktyabr

BMT-nin İnsan Hüquqları Komitəsinin iclasında BTQ-nin icraçı direktoru Abbas Abbasov bəyanatla çıxış edib  

18:03
21 Oktyabr

Milli Məclisdə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu yaradılıb

17:56
21 Oktyabr

Ehtiyac anında hissələrini kəsə bilən robot istehsal edilib

17:33
21 Oktyabr

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri BMT Baş katibinin müavini ilə görüşüb

17:26
21 Oktyabr

Rusiyanın səfiri XİN-nə çağırıldı

17:16
21 Oktyabr

Senatordan Kral Çarlzın çıxışına etiraz

17:15
21 Oktyabr

NASA-nın yeni tədqiqatı Marsda həyat əlamətlərinin ola biləcəyini göstərir

17:14
21 Oktyabr

CO29 çərçivəsində Azərbaycanın “Yaşıl iqtisadiyyat” ölkəsinə çevrilməkdə olduğu bütün dünyaya nümayiş etdiriləcək

17:12
21 Oktyabr

Siyəzəndə on gündə 12 minə yaxın ağac əkiləcək

17:11
21 Oktyabr

AYNA: “Qırmızı körpü” gömrük postunda 300 avtomobil gözləyir

17:10
21 Oktyabr

Cenevrədə beynəlxalq konfransda Azərbaycanda qadın hüquqları sahəsində görülən işlərdən danışılıb

17:08
21 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!