21 Oktyabr 2024 17:08
502
CƏMİYYƏT
A- A+
Cenevrədə beynəlxalq konfransda Azərbaycanda qadın hüquqları sahəsində görülən işlərdən danışılıb

Cenevrədə beynəlxalq konfransda Azərbaycanda qadın hüquqları sahəsində görülən işlərdən danışılıb

Ailə, Qadın, və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti oktyabrın 21-də İsveçrənin Cenevrə şəhərində işə başlayan BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) və BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Gücləndirilməsi üzrə Agentliyinin (UN Women) birgə təşkilatçılığı ilə keçirilən "Pekin+30" Regional Baxış Görüşünün açılış mərasimində iştirak edib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə BMT Baş katibinin müavini və Birləşmiş Millətlər Avropa İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Tatyana Molcean gündəlikdə duran məsələlər barədə məlumat verib.

Sonra BMT Qadınlar Təşkilatının Normativ Dəstək, BMT Sistem Koordinasiyası və Proqram nəticələri üzrə icraçı direktorun müavini Nyaradzayi Qumbonzvanda və Parlamentlərarası İttifaqın Baş katibi, Beynəlxalq Gender Çempionları Qlobal Şurasının sədri Martin Çunqonq çıxış ediblər.

“Avropa İqtisadi Komissiyası regionunda gender bərabərliyinin sürətləndirilməsi üçün Pekin öhdəliklərinin 30 ilinə nəzər salınması” mövzusuna həsr olunan tədbirdə açılış çıxışlarından sonra təşkilati məsələlərə baxılıb, tədbirin gündəliyi səsə qoyularaq qəbul edilib və sədr seçilib. Sonra iştirakçılar birgə foto çəkdiriblər.

Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova "Pekin+30" Regional Baxış Görüşünün "Avropa İqtisadi Komissiyası (ECE) Regionu üzrə gender bərabərliyi ilə bağlı əsas tendensiyalar" mövzusunda sessiyasında məruzə ilə çıxış edib.

Bu mühüm tədbirə geniş tərkibli nümayəndə heyəti ilə qatılan Azərbaycanın son otuz ildə bu sahədə qazandığı təcrübəni bölüşməyə hazır olduğunu vurğulayan B.Muradova bu barədə açılış mərasimindən əvvəl təşkil olunan “Dövlət rəqəmsal transformasiyası vasitəsilə kənd qadınlarının iqtisadi səlahiyyətlərinin artırılması” adlı yan tədbirdə ətraflı məlumat verildiyini diqqətə çatdırıb.

Qeyd olunub ki, Azərbaycanın müstəqilliyinin bərpasından sonra üzləşdiyi çağırışlara, ərazi və insan itkilərinə baxmayaraq, bərabər hüquqlar məsələsi ölkəmiz üçün milli dəyər kimi qiymətləndirilib: “Bu öhdəlik bizi Pekin Fəaliyyət Platforması ilə bağlı əhəmiyyətli irəliləyiş əldə etməyə vadar etdi. Ölkədə, xüsusən də işğaldan azad edilmiş ərazilərdə, o cümlədən “ağıllı” şəhər və kəndlərdə müasir infrastrukturun inkişafı, rəqəmsal xidmətlər qadınların həyatını asanlaşdırır”.

Məlumat verilib ki, Azərbaycanda insan hüquqlarının müdafiəsi ilə bağlı 10 qanun, 12 normativ akt, 4 fəaliyyət planı, 1 strategiya qəbul edilərək həyata keçirib. CEDAW tövsiyələrinə uyğun olaraq, gender bərabərliyi ilə bağlı problemləri həll etmək üçün yeni hüquqi tədbirlər reallaşdırılıb. Hazırda ailə qanunvericiliyinin təkmilləşdirilməsi, Məişət Zorakılığına qarşı ikinci Milli Fəaliyyət Planının və Gender Bərabərliyi üzrə Milli Fəaliyyət Planının layihəsinin hazırlanması üzərində iş aparılır.

Qadınlar üçün iş məhdudiyyətlərinin azaldıldığını, ödənişli atalıq məzuniyyəti haqqında yeni qanunun hazırlandığını vurğulayan B.Muradova bildirib ki, gender bərabərliyini təşviq etmək, qadınların səlahiyyətlərini artırmaq, məişət zorakılığına qarşı mübarizə aparmaq, həm mərkəzi, həm də yerli səviyyədə monitorinq qrupları kimi institusional mexanizmləri gücləndirmək üçün qanunvericiliyə dəyişikliklər edilib.

Komitə sədri qeyd edib ki, Birinci Pekin Konfransından ötən müddətdə Azərbaycan öhdəliklərini həyata keçirmək və qadınlarımızın səlahiyyətlərini gücləndirməyə kömək etmək üçün daim çalışıb. Belə ki, beş dəfə Azərbaycan Qadınlarının Konqresi və bir dəfə Forumu keçirilib. İctimai-siyasi həyatda da mühüm irəliləyişlər əldə olunub. Son parlament seçkilərində qadınlar 20,8 faiz yer tutmuşdu. Hazırda Azərbaycanda qadınlar hakimlərin 21 faizini, bələdiyyə üzvlərinin isə 39 faizini təşkil edir. Dayanıqlı İnkişaf Məqsədləri kontekstində Dayanıqlı İnkişaf üzrə Milli Koordinasiya Şurası "2030 Gündəliyi" öhdəliklərinə nəzarət edir. Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Gündəliyinin icrasına dair dördüncü Könüllü Milli Hesabatı təqdim edən regionda ilk və dünyanın beş ölkəsindən biridir.

Noyabrda Azərbaycanın COP29-a ev sahibliyi edəcəyini xatırladan B.Muradova konfrans çərçivəsində “Gender Günü”nün təşkil olunacağını vurğulayıb. Ölkəmizdə qadınların təhsil imkanlarının genişləndirilməsi məsələsinə də toxunan Komitə sədri bildirib: “Həssas qruplar xüsusi təqaüd proqramları vasitəsilə dəstəklənir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Ailə Biznesinə Asan Dəstək (ABAD), Azərbaycan Kənd Qadınları və Qadın Sahibkarlıq assosiasiyaları, o cümlədən Qadın Resurs mərkəzləri qadınların imkanlarının genişləndirilməsində mühüm rol oynayır. Buna görə də biz Pekin Bəyannaməsinə sadiq qalırıq və qadınların bütün sahələrdə bərabər iştirakına töhfə verməyə davam edəcəyik”.

Tədbir çərçivəsində Pekin Bəyannaməsi və Fəaliyyət Platformasının həyata keçirilməsi istiqamətində regional tərəqqi və problemlər haqqında üzv dövlətlərin və vətəndaş cəmiyyətinin bəyanatları qəbul olunub.

“Pekin+30” Regional Baxış Görüşünə oktyabrın 22-də yekun vurulacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Cenevrədə fransız müstəmləkəçiliyinin nəticələrinə dair beynəlxalq konfrans keçiriləcək

22:29
21 Oktyabr

Tamta Meqrelişvili: “Gürcü Arzusu-Demokratik Gürcüstan” ölkədə sülhün qarantıdır

22:28
21 Oktyabr

İƏT-in Əmək Mərkəzi ilə Beynəlxalq Əmək Təşkilatının Təlim Mərkəzi arasında əməkdaşlıq sənədi imzalanıb  

21:50
21 Oktyabr

Milli Məclisdə “COP29-a qarşı hibrid təhdidlər” mövzusunda müzakirə təşkil olunub YENİLƏNİB

21:45
21 Oktyabr

Antoni Blinkenin Yaxın Şərqə səfəri başlayır

20:50
21 Oktyabr

Ombudsman Aparatında könüllü fəaliyyətini başa vuran bir qrup gənc mükafatlandırılıb

19:49
21 Oktyabr

Lənkəranda vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

19:39
21 Oktyabr

Azərbaycan və Belçika Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb

19:33
21 Oktyabr

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında iki məsələ müzakirə edilib

19:18
21 Oktyabr

Səfir: Milli Məclis Türkiyə-Azərbaycan münasibətlərinin dərinləşməsinə mühüm töhfələr verir

18:13
21 Oktyabr

BMT-nin İnsan Hüquqları Komitəsinin iclasında BTQ-nin icraçı direktoru Abbas Abbasov bəyanatla çıxış edib  

18:03
21 Oktyabr

Milli Məclisdə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu yaradılıb

17:56
21 Oktyabr

Ehtiyac anında hissələrini kəsə bilən robot istehsal edilib

17:33
21 Oktyabr

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri BMT Baş katibinin müavini ilə görüşüb

17:26
21 Oktyabr

Rusiyanın səfiri XİN-nə çağırıldı

17:16
21 Oktyabr

Senatordan Kral Çarlzın çıxışına etiraz

17:15
21 Oktyabr

NASA-nın yeni tədqiqatı Marsda həyat əlamətlərinin ola biləcəyini göstərir

17:14
21 Oktyabr

CO29 çərçivəsində Azərbaycanın “Yaşıl iqtisadiyyat” ölkəsinə çevrilməkdə olduğu bütün dünyaya nümayiş etdiriləcək

17:12
21 Oktyabr

Siyəzəndə on gündə 12 minə yaxın ağac əkiləcək

17:11
21 Oktyabr

AYNA: “Qırmızı körpü” gömrük postunda 300 avtomobil gözləyir

17:10
21 Oktyabr

Cenevrədə beynəlxalq konfransda Azərbaycanda qadın hüquqları sahəsində görülən işlərdən danışılıb

17:08
21 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!