21 Oktyabr 2024 17:12
526
COP29
A- A+
CO29 çərçivəsində Azərbaycanın “Yaşıl iqtisadiyyat” ölkəsinə çevrilməkdə olduğu bütün dünyaya nümayiş etdiriləcək

CO29 çərçivəsində Azərbaycanın “Yaşıl iqtisadiyyat” ölkəsinə çevrilməkdə olduğu bütün dünyaya nümayiş etdiriləcək

Qlobal istiləşmə və ətraf mühitin deqradasiyası ilə mübarizənin aktuallığı getdikcə özünü daha qabarıq şəkildə büruzə verir. Bütün bəşəriyyətin taleyinə təsir edən bu çağırışlara adekvat reaksiya sərgilənməsi üçün beynəlxalq dialoqa və əməkdaşlığa həmişəkindən daha çox ehtiyac duyulur. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının (COP) əsas məqsədlərindən biri də budur. Bu qəbildən olan Konfransın 29-cu Sessiyasına ev sahibliyi edəcək Azərbaycan beynəlxalq dialoq üçün müvafiq platformanın təmin edilməsi istiqamətində genişmiqyaslı fəaliyyət həyata keçirir.

CO29 qlobal iqlim məqsədlərinə çatılması baxımından heç şübhəsiz ki, mühüm bir mərhələnin başlanğıcı olacaq. Bu fonda COP29 gündəliyinə 14 böyük təşəbbüs daxil edilib. İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondu, İqlim maliyyəsi, investisiya və ticarət üzrə Bakı Təşəbbüsü, COP Atəşkəs çağırışı, Bakı Qlobal İqlim Şəffaflığı Platforması və digər təşəbbüslər COP tarixində mühüm yeniliklərə yol açacaq. Elə bu səbəbdən də Azərbaycanın irəli sürdüyü təşəbbüslərə beynəlxalq miqyasda da yüksək maraq ifadə olunur.

AZƏRTAC xəbər verir ki, bu barədə Media Təhlil Mərkəzi (MTM) Analitik Qrupunun hazırladığı “CO29 çərçivəsində Azərbaycanın “Yaşıl iqtisadiyyat” ölkəsinə çevrilməkdə olduğu bütün dünyaya nümayiş etdiriləcək” sərlövhəli məqalədə bildirilib.

Qeyd edilib ki, CO29 zəngin karbohidrogen resursları ilə tanınan Azərbaycanın artıq “yaşıl iqtisadiyyat”, eləcə “yaşıl texnologiyalar” ölkəsinə çevrilməkdə olduğunu bütün dünyaya nümayiş etdirəcək bir platforma olacaq. Bu, həm də “yaşıl iqtisadiyyat”a keçid baxımından Azərbaycanın yaratdığı uğurlu bir modelin dünyaya təqdimatı üçün olduqca önəmlidir. Azərbaycanın “yaşıl iqtisadiyyat”a keçidlə bağlı qazandığı nailiyyətləri dünyaya təqdim etməsinin bir sıra digər mühüm səbəbləri də mövcuddur. Məsələ burasındadır ki, hazırda dünya boyu iqlim dəyişikliyi, ətraf mühitin deqradasiyası və resursların tükənməsi ilə bağlı narahatlıqlar artdıqca, “yaşıl iqtisadiyyat” daha böyük önəm kəsb edir. Çünki belə iqtisadiyyat ekosistemlərə xələl gətirmədən iqtisadi tərəqqini təşviq edir. Bu transformasiyanın mərkəzində karbon emissiyalarını azaltmaq, resurslara qənaət etmək, istehsal və istehlakın ətraf mühitə təsirlərini minimuma endirmək üçün nəzərdə tutulan “yaşıl texnologiyalar”ın inkişafı dayanır. “Yaşıl iqtisadiyyat”ın və “yaşıl texnologiyalar”ın inkişaf etdirilməsi cəmiyyətlərdə ekoloji davamlılıq və iqtisadi rifahın bir-birinə qarışan problemlərinin həllində köklü dəyişikliyi əks etdirir.

Ümumiyyətlə, “yaşıl iqtisadiyyat” davamlılığı və inklüzivliyi prioritetləşdirən iqtisadi modeldir. BMT-nin Ətraf Mühit Proqramına görə, “yaşıl iqtisadiyyat” ekoloji riskləri və problemləri əhəmiyyətli dərəcədə azaltmaqla yanaşı, insanların rifahının yüksəlməsinə də ciddi təsir edir. Bu model, uzunmüddətli ekoloji dayanıqlılıq hesabına qısamüddətli mənfəət və artıma üstünlük verən ənənəvi iqtisadi sistemlərdən fərqlənir. O, karbon emissiyalarını azaldan, biomüxtəlifliyi qoruyan, enerji və təbii ehtiyatlardan səmərəli istifadə edən sənayenin, buna müvafiq yeni iş yerlərinin yaradılmasını təşviq edir. Məsələn, bərpa olunan enerjiyə keçid təkcə karbon emissiyalarını azaltmağa kömək etmir, həm də külək, günəş və su enerjisi kimi sektorlarda yeni iş imkanları yaradır. Bunun əyani nümunəsini Azərbaycanın timsalında görmək mümkündür. Bu nümunənin geniş yayılması Azərbaycan üçün prioritetdir, çünki o, iqlim dəyişmələrinin mənfi fəsadlarının aradan qaldırılmasına böyük dəstək ifadə edir.

Ekoloji cəhətdən təmiz hesab oluna “yaşıl texnologiyalar” da enerji səmərəliliyini artırmaq, tullantıları azaltmaq və bərpa olunan mənbələrdən istifadəni dəstəkləməklə insan fəaliyyətinin ətraf mühitə təsirlərini minimum həddə endirmək məqsədi güdür. Belə texnologiyanın ən mühüm sektorlarından biri bərpa olunan enerjidir. Günəş, külək, su və digər bərpa edilən enerji texnologiyalarının əsas enerji mənbələrinə çevrilməsi günümüzdə zəruri şərtdir. Bu istiqamətdə də Azərbaycanda genişmiqyaslı fəaliyyət həyata keçirilir, xarici tərəfdaşlarla uğurlu iş aparılır. Eyni zamanda xarici investisiyalar hesabına Azərbaycanda “yaşıl enerji” istehsalında mühüm nailiyyətlərə imza atılır. Qeyd edilənlərin ən bariz nümunəsi ötən ilin oktyabrın 26-da istifadəyə verilən 230 meqavat gücündə Qaradağ Günəş Elektrik Stansiyasıdır. Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən inşa olunan bu stansiyaya xarici sərmayə qoyuluşu 262 milyon ABŞ dolları dəyərindədir. O, ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır. Stansiyada hər il 500 milyon kilovat-saat elektrik enerjisi istehsal edilir ki, bu da 110 milyon kubmetr həcmində təbii qaza qənaət, eyni zamanda, atmosferə atılan karbon emissiyasının 200 min ton azaldılması deməkdir.

Qarabağın, Şərqi Zəngəzurun və Naxçıvanın “yaşıl enerji” zonalarına çevrilməsi istiqamətində ölkəmizdə genişmiqyaslı fəaliyyət həyata keçirilir. Bu istiqamətdə xarici tərəfdaşlarla, o cümlədən Böyük Britaniyanın BP, Səudiyyə Ərəbistanının “ACWA Power”, Çinin “China Gezhouba Group Overseas Investment” şirkətləri ilə sıx işbirliyi həyata keçirilir. Günəş işığı, külək və su kimi təbii ehtiyatlardan istifadə etməklə, bərpa olunan enerji texnologiyaları bərpa olunmayan mənbələrdən asılılığı aradan qaldırır və iqlim dəyişikliyinin təsirlərini azaltmağa kömək edir.

“Yaşıl texnologiyalar”ın inkişafının digər mühüm sahəsi enerji səmərəliliyidir. Binalarda, nəqliyyatda və sənaye proseslərində enerjidən istifadənin səmərəliliyini artıran texnologiyalar ümumi enerji tələbatının və emissiyaların azaldılmasında mühüm rol oynayır. “Yaşıl texnologiyalar”, həmçinin tullantıları minimuma endirməyə və resurs səmərəliliyini maksimuma çatdırmağa yönəlmiş dairəvi iqtisadiyyatın inkişafına da mühüm töhfələr verir. Bu və digər istiqamətlərdə ölkəmizdə görülən işlər, əldə olunan nailiyyətlər COP29 çərçivəsində bütün dünyaya təqdim olunacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Cenevrədə fransız müstəmləkəçiliyinin nəticələrinə dair beynəlxalq konfrans keçiriləcək

22:29
21 Oktyabr

Tamta Meqrelişvili: “Gürcü Arzusu-Demokratik Gürcüstan” ölkədə sülhün qarantıdır

22:28
21 Oktyabr

İƏT-in Əmək Mərkəzi ilə Beynəlxalq Əmək Təşkilatının Təlim Mərkəzi arasında əməkdaşlıq sənədi imzalanıb  

21:50
21 Oktyabr

Milli Məclisdə “COP29-a qarşı hibrid təhdidlər” mövzusunda müzakirə təşkil olunub YENİLƏNİB

21:45
21 Oktyabr

Antoni Blinkenin Yaxın Şərqə səfəri başlayır

20:50
21 Oktyabr

Ombudsman Aparatında könüllü fəaliyyətini başa vuran bir qrup gənc mükafatlandırılıb

19:49
21 Oktyabr

Lənkəranda vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

19:39
21 Oktyabr

Azərbaycan və Belçika Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb

19:33
21 Oktyabr

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında iki məsələ müzakirə edilib

19:18
21 Oktyabr

Səfir: Milli Məclis Türkiyə-Azərbaycan münasibətlərinin dərinləşməsinə mühüm töhfələr verir

18:13
21 Oktyabr

BMT-nin İnsan Hüquqları Komitəsinin iclasında BTQ-nin icraçı direktoru Abbas Abbasov bəyanatla çıxış edib  

18:03
21 Oktyabr

Milli Məclisdə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu yaradılıb

17:56
21 Oktyabr

Ehtiyac anında hissələrini kəsə bilən robot istehsal edilib

17:33
21 Oktyabr

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri BMT Baş katibinin müavini ilə görüşüb

17:26
21 Oktyabr

Rusiyanın səfiri XİN-nə çağırıldı

17:16
21 Oktyabr

Senatordan Kral Çarlzın çıxışına etiraz

17:15
21 Oktyabr

NASA-nın yeni tədqiqatı Marsda həyat əlamətlərinin ola biləcəyini göstərir

17:14
21 Oktyabr

CO29 çərçivəsində Azərbaycanın “Yaşıl iqtisadiyyat” ölkəsinə çevrilməkdə olduğu bütün dünyaya nümayiş etdiriləcək

17:12
21 Oktyabr

Siyəzəndə on gündə 12 minə yaxın ağac əkiləcək

17:11
21 Oktyabr

AYNA: “Qırmızı körpü” gömrük postunda 300 avtomobil gözləyir

17:10
21 Oktyabr

Cenevrədə beynəlxalq konfransda Azərbaycanda qadın hüquqları sahəsində görülən işlərdən danışılıb

17:08
21 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!