21 Oktyabr 2024 17:26
482
CƏMİYYƏT
A- A+
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri BMT Baş katibinin müavini ilə görüşüb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri BMT Baş katibinin müavini ilə görüşüb

Cenevrədə səfərdə olan Azərbaycan nümayəndə heyətinin rəhbəri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova oktyabrın 21-də BMT Baş katibinin müavini və BMT-nin Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Tatyana Molcean ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə T.Molcean UNECE-nin və BMT-nin Gender Bərabərliyi və Qadınların Səlahiyyətlərinin Gücləndirilməsi üzrə Agentliyinin (UN Women) birgə təşkilatçılığı ilə keçirilən "Pekin+30" Regional Baxış Görüşündə Azərbaycan nümayəndə heyətinin iştirakından məmnunluğunu bildirərək, bunun fəal əməkdaşlığın göstəricisi olduğunu qeyd edib.

Ötən il SPECA-nın Zirvə görüşü ilə əlaqədar ölkəmizə səfər etdiyini və bu ilin noyabrında Bakıda keçiriləcək COP29-da iştirak edəcəyini vurğulayan T.Molcean Azərbaycanın gender bərabərliyinə nail olunması, o cümlədən "Pekin+30" öhdəliyi üzrə mühüm uğurlar qazandığını, vacib islahatlar həyata keçirdiyini bildirib. O, qarşıdakı dövrdə əməkdaşlıq üçün yeni sahələrin müəyyənləşdirilməsi və əlaqələrin daha da dərinləşdirilməsi üçün təcrübə mübadiləsinin vacib rol oynadığını vurğulayıb, bu baxımdan belə görüşlərin önəmini qeyd edib.

Dünyada gender bərabərliyinin, insan hüquqlarının yalnız təhlükəsizlik və sülh şəraitində mümkün olduğunu vurğulayan B.Muradova Azərbaycanın Ermənistanın işğalına məruz qaldığı otuz il ərzində yüz minlərlə vətəndaşımızın, o cümlədən qadınların hüquqlarının pozulduğunu qeyd edib. Təəssüf hissi ilə bildirilib ki, hazırda dünyada artan gərginliklər, müharibə və münaqişələr fonunda insan hüquqları, o cümlədən gender bərabərliyi ciddi təhdidlə üzləşib, milyonlarla insan ağır çətinliklər qarşısında qalıb. Hədəflərə çatmaq üçün bu təhdidlərə qarşı konkret mövqenin ortaya qoyulmasının önəmini vurğulayan B.Muradova bildirib ki, hazırda dünyada davam edən münaqişələrin qarşısının alınması üçün BMT fəal tənzimləyici rol oynamalıdır.

Komitə sədri qeyd edib ki, Ermənistan-Azərbaycan münaqişəsinin başa çatmasına baxmayaraq, mina hadisələri nəticəsində hələ də mülki insanlar həlak olur və ya yaralanırlar. Bir neçə onilliklər ərzində davam edəcəyi ehtimal olunan minatəmizləmə əməliyyatlarını Azərbaycan heç bir yardım almadan təkbaşına həyata keçirir.

Azərbaycanın CEDAW tövsiyələri, eləcə də Pekin Bəyannaməsinin 12 kritik sahəsi üzrə mühüm uğurlar qazandığını və yaxşı təcrübələrinin olduğunu deyən nümayəndə heyətinin rəhbəri işğaldan azad olunan ərazilərdə "ağıllı şəhər" və "ağıllı kənd"lərin yaradıldığını xatırladıb. Qeyd edib ki, insanların qabaqcıl biliklərə yiyələnməsini tələb edən Azərbaycan bu sahədə BMT-nin aidiyyəti qurumları ilə fəal əməkdaşlıq edə bilər.

BMT Baş katibinin müavini münaqişələrin insanlara, xüsusən qadınların həyatına daha çox təsir göstərdiyini deyərək, hazırda yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi istiqamətində fəal iş aparıldığını, Azərbaycan ilə təcrübə mübadiləsinin bu baxımdan maraqlı olduğunu ifadə edib.

Münaqişələrin qarşısının alınmasında qadınların təşəbbüslərinin rolunu xüsusi qeyd edən T.Molcean Pekin Platformasının da imkanlarından istifadə edilərək ticarət və standartlar sahəsinə gender bərabərliyi elementinin daxil olunması, rəqəmsallaşma, "ağıllı" istifadəçilər üçün təlimlərin təşkili, tədqiqatlar, innovasiyalar sahələrində müvafiq qanunvericilik təşəbbüslərində, qərar və qanunların hazırlanması prosesində qadınların fəal iştirakı, dayanıqlı inkişafın mühüm elementlərindən olan təhsil sahəsində yeni təşəbbüslər və əməkdaşlıq sahələrinin hazırlanması istiqamətində görülən işlərdən danışıb.

Dayanıqlı inkişafın əsas elementləri olan ətraf mühit, iqtisadiyyat və sosial sahələrdə görülən işlərdə Azərbaycanın da iştirakının önəmini qeyd edən BMT Baş katibinin müavini ölkəmizin qazandığı uğurlardan məmnunluğunu ifadə edib, bir sıra öhdəliklərin icrasında qlobal və regional səviyyədə dəstək verməyə hazır olduqlarını vurğulayıb. O, həmçinin UNECE-nin Azərbaycanda keçmiş məcburi köçkünlərə müvafiq sahələrdə dəstək göstərməyə hazır olduğunu da diqqətə çatdırıb.

Əməkdaşlığın genişləndirilməsinə dair təkliflərə görə minnətdarlığını bildirən B.Muradova Azərbaycanın BMT-nin bütün qurumları ilə əməkdaşlıqda maraqlı olduğunu ifadə edib.

Görüşün sonunda T.Molceana azərbaycanlı qadınların əl işlərindən ibarət xatirə hədiyyələri təqdim olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Cenevrədə fransız müstəmləkəçiliyinin nəticələrinə dair beynəlxalq konfrans keçiriləcək

22:29
21 Oktyabr

Tamta Meqrelişvili: “Gürcü Arzusu-Demokratik Gürcüstan” ölkədə sülhün qarantıdır

22:28
21 Oktyabr

İƏT-in Əmək Mərkəzi ilə Beynəlxalq Əmək Təşkilatının Təlim Mərkəzi arasında əməkdaşlıq sənədi imzalanıb  

21:50
21 Oktyabr

Milli Məclisdə “COP29-a qarşı hibrid təhdidlər” mövzusunda müzakirə təşkil olunub YENİLƏNİB

21:45
21 Oktyabr

Antoni Blinkenin Yaxın Şərqə səfəri başlayır

20:50
21 Oktyabr

Ombudsman Aparatında könüllü fəaliyyətini başa vuran bir qrup gənc mükafatlandırılıb

19:49
21 Oktyabr

Lənkəranda vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

19:39
21 Oktyabr

Azərbaycan və Belçika Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb

19:33
21 Oktyabr

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında iki məsələ müzakirə edilib

19:18
21 Oktyabr

Səfir: Milli Məclis Türkiyə-Azərbaycan münasibətlərinin dərinləşməsinə mühüm töhfələr verir

18:13
21 Oktyabr

BMT-nin İnsan Hüquqları Komitəsinin iclasında BTQ-nin icraçı direktoru Abbas Abbasov bəyanatla çıxış edib  

18:03
21 Oktyabr

Milli Məclisdə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu yaradılıb

17:56
21 Oktyabr

Ehtiyac anında hissələrini kəsə bilən robot istehsal edilib

17:33
21 Oktyabr

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri BMT Baş katibinin müavini ilə görüşüb

17:26
21 Oktyabr

Rusiyanın səfiri XİN-nə çağırıldı

17:16
21 Oktyabr

Senatordan Kral Çarlzın çıxışına etiraz

17:15
21 Oktyabr

NASA-nın yeni tədqiqatı Marsda həyat əlamətlərinin ola biləcəyini göstərir

17:14
21 Oktyabr

CO29 çərçivəsində Azərbaycanın “Yaşıl iqtisadiyyat” ölkəsinə çevrilməkdə olduğu bütün dünyaya nümayiş etdiriləcək

17:12
21 Oktyabr

Siyəzəndə on gündə 12 minə yaxın ağac əkiləcək

17:11
21 Oktyabr

AYNA: “Qırmızı körpü” gömrük postunda 300 avtomobil gözləyir

17:10
21 Oktyabr

Cenevrədə beynəlxalq konfransda Azərbaycanda qadın hüquqları sahəsində görülən işlərdən danışılıb

17:08
21 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!