04 İyun 2025 08:25
1442
SİYASƏT
A- A+
Müstəqilliyimizi və dövlətçiliyimizi xilas edən lider

Müstəqilliyimizi və dövlətçiliyimizi xilas edən lider


1993-cü ilin iyununda Gəncə hadisələri ilə başlanan ağır və faciəli proseslərin qarşısını Heydər Əliyev dühası aldı


1993-cü ilin Gəncə hadisələrindən 32 il ötür.  Həmin vaxt baş verən faciəli hadisələr, qardaş qanının tökülməsi AXC-Müsavat iqtidarının naşı idarəçiliyinin, ölkədə yaratdığı dərin siyasi böhranın nəticəsi idi.  

Bütün bunlar isə Azərbaycanı uçuruma, müstəqilliyimizin itirilməsinə, dövlətçiliyimizin məhvinə aparırdı. Yalnız Heydər Əliyevin proseslərə müdaxiləsi ölkəmizi və xalqımızı xilas etdi.

Azərbaycan xalqının dövlət müstəqilliyinə gedən yolu digər postsovet respublikaları xalqlarından fərqli oldu. Bu yolda milli mübarizə apardıq, şəhidlər verdik, əziyyətlərə qatlaşdıq. Lakin müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan siyasi qruplaşmalar azadlığı qoruyub saxlamağın onu əldə etməkdən nə qədər çətin olması həqiqətini anlaya bilmədilər. Onlar müstəqil dövlətçiliyimizin təməllərini möhkəmləndirmək və dövlət quruculuğunu həyata keçirmək əvəzinə hakimiyyət uğrunda mübarizə apardılar, öz iqtidarlarını gücləndirməyə çalışdılar və bununla da Azərbaycanı dərin böhranlara sürüklədilər. Ermənistanın işğalçı planları qarşısında torpaqlarımızın müdafiəsiz qalaraq işğal olunması, ərazilərimizdə separatçı meyillərin baş qaldırması bütün bunların, hakimiyyətdə bir-birini əvəzləyən siyasi qaragüruhların öz maraqları naminə xəyanətkar fəaliyyətlərinin nəticəsi idi.

1993-cü ilin yayına doğru isə siyasi və hərbi böhran daha da dərinləşmiş, mərkəzdənqaçma prosesi özünün ən yüksək səviyyəsinə çatmışdı. AXC-Müsavat iqtidarı faktiki olaraq hakimiyyət orqanlarına, o cümlədən, ordu qüvvələrinə nəzarəti itirmişdi.  Cəmiyyət həyatının bütün sahələrində anarxiya, xaos baş alıb gedirdi. Cəbhədə döyüşməli olan hərbi hissələr hakimiyyət uğrunda mübarizəyə qoşulmuşdular. 1993-cü ilin  may ayında prezident Ə.Elçibəyin yanında keçirilmiş iclas da ölkədəki siyasi böhranın nə qədər dərin olduğunu və mövcud iqtidarın problemlərin qarşısında aciz qaldığını göstərirdi. Dövlət idarəetmə aparatı öz qarşısında dayanan vəzifələri yerinə yetirə bilmirdi. Belə bir şəraitdə isə torpaqlarımızın işğalı və  vətəndaş müharibəsinin baş verməsi qaçılmaz idi. 

1993-cü ilin fevralında prezident Ə.Elçibəy keçmiş korpus komandiri S.Hüseynovun rəhbəlik etdiyi 709 saylı hərbi hissənin ləğv edilməsi haqqında sərəncam imzalamışdı. Ölkədəki mərkəzdənqaçmanın, hakimiyyətin yerlərdə nəzarəti itirməsinin nəticəsi idi ki, bu sərəncamın tələbləri yerinə yetirilmədi. 709 saylı hərbi hissənin rəhbərliyinin dəyişdirilməsi və onun Ağcabədi rayonuna köçürülməsi haqqında yeni sərəncam da kağız üzərində qalmışdı. Ölkəni idarə edə bilməyən AXC-Müsavat iqtidarı S.Hüseynovun qarşısında əsir-yesirə çevrilmişdi. Bundan sonra hakimiyyət 709 saylı hərbi hissənin tərksilah edilməsi ilə bağlı növbəti qərar qəbul etmişdi. 1993-cü il iyunun əvvəllərində isə Gəncə şəhərində sözügedən hərbi hissənin şəxsi heyəti ilə hökumət qüvvələri arasında silahlı toqquşma baş verdi, qardaş qanı töküldü. Bu, AXC-Müsavat qaragüruhunun idarəçilikdə buraxdığı kobud səhvin artıq özünün ən son həddinə çatmasından xəbər verirdi.  Çoxsaylı insan ölümünə səbəb olan bu hadisə həm də ölkədəki siyasi anarxiyanın, AXC-Müsavat iqtidarına qarşı ümumxalq inamının olmamasının göstəricisi idi.

Gəncədə baş verən qanlı hadisədən sonra ölkədəki vəziyyət daha da ağırlaşdı. Hakimiyyət orqanları faktiki olaraq iflic vəziyyətinə düşdülər. Ölkədə idarəolunmaz bir şərait yarandı. Belə bir vəziyyətdə S.Hüseynovun tabeçiliyindəki silahlı dəstə Gəncə və ətraf rayonlarda hakimiyyət strukturlarını devirərək Bakıya doğru hərəkət etməyə başlaması isə daha böyük faciələrdən xəbər verirdi. Ölkə vətəndaş müharibəsinin astanasında idi. Ən acınacaqlısı o idi ki, hələ kövrək olan müstəqilliyimizin, dövlətçiliyimizin taleyi sual altına düşmüşdü.  

Həmin ağır günlərdə Ulu Öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi xalqın sabaha olan inamını bərpa etdi. Heydər Əliyev çıxışlarının birində bununla bağlı demişdi: "1993-cü ilin iyun ayında Azərbaycanda böyük dövlət böhranı yarandı. Azərbaycan dağılmağa başladı və ovaxtkı iqtidar ölkəni idarə edə bilmədi. Gəncədə toqquşma baş verdi və qan töküldü. Gəncədə başlayan hərəkat Azərbaycanın ərazisinin, demək olar ki, yarısından çoxunda hakimiyyəti öz əlinə aldı. Vaxtilə məni təqib edən, Naxçıvanda məni devirmək və Azərbaycandan sıxışdırıb çıxarmaq istəyən o vaxtkı iqtidar, belə bir zamanda, əlacsız qaldı və mənə müraciət etdi. Ancaq ondan əvvəl mənə müraciət edənlər bizim partiyanın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri və ziyalıları oldu. Onlar məni yenidən Bakıya dəvət etdilər". 

Azərbaycanın müstəqilliyini itirmək və parçalanmaq təhlükəsi ilə üzləşdiyi vaxtda xalqımızın özünün böyük oğluna, həyatı və mübarizəsi üçün ümummilli liderlik missiyası xarakterik olan Heydər Əliyevə üz tutması təsadüfi deyildi. Çünki ölkəmizdəki hərbi-siyasi böhranı, Gəncədə başlanmış qardaş qırğınını, qanunsuz silahlı dəstələrin Bakıya yürüşünü, xaosu, anarxiyanı yalnız Heydər Əliyev dühası aradan qaldıra bilərdi. Bunun üçün Heydər Əliyevin ünvanına saysız-hasabsız teleqramlar göndərilir, Ulu Öndər Bakıya dəvət olunur. Bu mənada Heydər Əliyevin xalqın çağırışı ilə Bakıya gəlişi Azərbaycan dövlətçiliyinin yaşaması, hələ kövrək olan müstəqilliyimizin qorunması üçün verilən tarixi qərar idi.  1993-cü il iyun ayının 9-da Bakıya gələn Heydər Əliyev ilk gündən xilaskarlıq missiyasını həyata keçirməyə başladı, Gəncəyə gedərək vəziyyətlə yerində tanış oldu, hadisələrin daha faciəli nəticələrə gətirib çıxarmaması üçün öz dəyərli sözünü dedi. Elə bu səfərlə Ulu Öndər ölkədə vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını aldı. Yalnız Heydər Əliyev kimi güclü və dəmir iradəli şəxsiyyət öz çiynini belə ağır, son dərəcə məsuliyyətli yükün altına verə bilərdi. Bu addımı vətəni və xalqı naminə hər cür fədakarlığa hazır olan adam ata bilərdi. 

Xilaskarlıq missiyasını qətiyyətlə yerinə yetirən Heydər Əliyevin 1993-cü il iyun ayının 15-də Ali Sovetin Sədri seçilməsi Ulu Öndərə olan ümumxalq inamının bariz təsdiqi idi. Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı ilə Azərbaycan bütün təhlükələrdən qurtuldu, xilas oldu. Ulu Öndərin siyasi hakimiyyətə gəlişi Azərabycanın tarixində  yeni siyasi  eranın başlanğıcına çevrildi. 

32 il əvvəl Heydər Əliyevin xilas etdiyi, inkişaf yoluna çıxardığı Azərbaycan bu gün tarixinin qüdrətli dövrünü yaşayır. Ulu Öndərin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın azad olunması və ərazi bütövlüyümüzün tam bərpa edilməsi tariximizi şərəfləndirir, gələcəyimizə işıq salır. Bütün bunlar göstərir ki,  dövlət və xalq yalnız özünün əsl, vətənpərvər və qətiyyətli liderləri ilə güclü olur.


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!