26 May 2023 09:10
741
SİYASƏT
A- A+
Moskva görüşündən gözləntilər nədir?

Moskva görüşündən gözləntilər nədir?

 

Ötən gün Moskvada Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Hayastanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilib. Görüş zamanı Azərbaycan-Hayastan münasibətlərinin normallaşması ilə bağlı bir sıra məsələlər müzakirə edilib. Azərbaycan tərəfi bütün platformalarda olduğu kimi, Moskvada da sülhün əldə olunmasında maraqlı olduğunu bir daha bəyan edib. Mövzu ilə bağlı Milli Məclisin deputatlarının fikirlərini öyrəndik. Deputatların sözlərinə görə, bu görüş Azərbaycanla Hayastan arasında danışıqlar prosesinin məntiqi davamıdır.

 

Rusiyanın təşəbbüsü ələ keçirmək istəyi təbiidir

 

Milli Məclisin deputatı Arzu Nağıyev deyib ki, Moskvada keçirilən üçtərəfli görüş də sübut edir ki, Rusiya Azərbaycanla Hayastan arasında sülh müqaviləsinin imzalanmasının bu və ya digər şəkildə iştirakçısı olmağa çalışır: "Geosiyasi vəziyyət də Rusiyadan bunu tələb edir. Müşahidələr göstərir ki, rəsmi Moskva proseslərdə iştirakçı olmaq üçün əlindən gələni edir. Bu istiqamətdə addımlar atıldığının mütəmadi şahidi oluruq. Lakin istənilən halda sülh müqaviləsinin imzalanması əsasən iki dövlətdən - Azərbaycan və Hayastandan asılıdır. Digərlərinin, istər vasitəçilərin, istərsə də iştirakçıların danışıqlar prosesində iştirakının fərqi yoxdur, onların regionda öz siyasi-iqtisadi və hərbi maraqları var".
Deputat qeyd edib ki, Rusiyanın Azərbaycan-Hayastan danışıqlarında təşəbbüsü ələ keçirmək istəyi təbiidir. Çünki bu gün məhz Rusiya-Ukrayna müharibəsinə görə tətbiq edilən sanksiyalar və digər qadağalar Rusiyanın alternativ logistik daşınmaları üçün yollar araşdırmasını zəruri edir.  Bu yol da məhz Cənubi Qafqazdan, əsasən də Azərbaycandan keçir.
Arzu Nağıyev bildirib ki, Moskva görüşünün əhəmiyyəti böyükdür: "Bu görüşdən öncə Azərbaycan və Hayastan xarici işlər nazirlərinin Moskva görüşündə Vaşinqtonda razılaşdırılmamış müddəalara bir daha baxılıb. Baş verən son hadisələrlə bağlı vacib məsələlər, eləcə də Paşinyanın açıqlamaları müzakirə edilib. Yəni bir növ liderlərin görüşünə qədər zəmin hazırlanıb. Əsas odur ki, Azərbaycanın ərazi bütövlüyü Hayastan tərəfindən tanınıb. Açıq qalan digər məsələlər də danışıqlar prosesində həllini tapmalıdır".

 

Bu görüş münasibətlərin normallaşmasında faydalı ola bilər

 

Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Moskvada mayın 25-də baş tutmuş üçtərəfli görüş münasibətlərin normallaşması baxımından kifayət qədər vacibdir: "Vaşinqtondakı görüşdən sonra tərəflər bir sıra vacib məsələlərdə razılığa gəldiklərini praktiki olaraq bəyan ediblər. Belə bir vaxtda ölkə liderlərinin yenidən Moskvada görüşməsi kifayət qədər ciddi irəliləyişlərin əldə olunmasına səbəb ola bilər. Moskva görüşü Azərbaycanla Hayastan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqlara töhfə verəcək. Bu danışıqlar ölkə liderlərinin iyunun 1-nə planlaşdırılan Kişinyov görüşü üçün də əhəmiyyətli olacaq".
Deputatın sözlərinə görə, Azərbaycan  regionda sülhün formalaşmasına dəstək verən dövlətdir: "Biz sülhün əldə olunmasında maraqlı olduğumuzu bütün platformalarda sübut edirik.  Prezident ATƏT-in Parlament Assambleyasının sədri ilə görüşdə də bildirdi ki, Azərbaycan Hayastan və Gürcüstanla birlikdə Cənubi Qafqaz əməkdaşlıq modelinin qurulmasını təklif edən, sülh müqaviləsinin bağlanması ilə bağlı təklifləri ilk təqdim edən dövlətdir. Yəni Azərbaycan tərəfi sülhün əldə edilməsində maraqlıdır. Bunun nəticəsidir ki, bütün danışıqlarda olduğu kimi, Moskva görüşündə də Azərbaycan sülh müqaviləsinin qısa vaxtda imzalanması üçün əlindən gələni edir. Fikrimcə, Moskva görüşü Azərbaycan-Hayastan münasibətlərinin normallaşmasında faydalı ola bilər".
Vüqar Bayramov onu da qeyd edib ki, Rusiyanın Azərbaycanla Hayastan arasında vasitəçilikdə maraqlı olması təbiidir: "Nəzərə almaq lazımdır ki, Rusiya Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biridir, iki ölkə arasındakı ticarət dövriyyəsi illik 3 milyard dolardan çoxdur. Rusiya həmçinin ölkəmizin qeyri-neft ixracında ən böyük ticarət tərəfdaşlarındandır, qeyri-neft ixracının üçdəbir hissəsi Rusiya bazarına yönəldilib. Yəni bir sıra siyasi-iqtisadi məsələlər danışıqlarda  vacib əhəmiyyət kəsb edir".

Nəzrin QARDAŞXANOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!