22 Oktyabr 2024 10:32
277
İQTİSADİYYAT
A- A+
Pekində Çin şirkətləri ilə yaşıl enerji əməkdaşlığının genişləndirilməsi müzakirə edilib

Pekində Çin şirkətləri ilə yaşıl enerji əməkdaşlığının genişləndirilməsi müzakirə edilib

“Kəmər və Yol” Enerji Nazirlərinin 3-cü iclasında iştirak etmək üçün Çində səfərdə olan energetika naziri Pərviz Şahbazov bir sıra Çin şirkətlərinin rəhbərləri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşlərdə Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamənin qəbulu və ölkə liderlərinin təşviq etdiyi siyasi müstəvidə yaşıl enerji əməkdaşlığının inkişafı diqqət mərkəzində olub.

“China Energy International Group Co.,Ltd.” şirkətinin vitse-prezidenti Lin Siadon ilə görüşdə Azərbaycanın enerji sisteminə əlavə həcmlərdə bərpaolunan enerji güclərinin inteqrasiyası, Xəzər dənizində külək enerjisi layihələrinin həyata keçirilməsi, bərpaolunan enerji avadanlıqlarının yerli istehsalının təşkili və yaşıl enerji dəhlizləri üzrə şirkətlə tərəfdaşlıq məsələləri müzakirə edilib. Füzuli rayonunda 60 MVt-lıq və 100 MVt-lıq Günəş elektrik stansiyalarının tikintisinin icra vəziyyəti və şəbəkəyə qoşulma imkanları dəyərləndirilib, İcra Müqaviləsinin tezliklə imzalanmasının vacibliyi qeyd edilib. Həmçinin şirkətin bərpaolunan enerji sahəsində tədqiqat və inkişaf mərkəzinin yaradılması prosesinin tərkib hissəsi olması təklif edilib. “China Energy” şirkəti ilə günəş enerjisi, dənizdə külək enerjisi layihələrini irəli aparmaq, prioritet istiqamətlərdə əməkdaşlığa başlamaq üçün işçi qrupunun yaradılması razılaşdırılıb, bütün bu məsələləri əhatə edən müvafiq Anlaşma Memorandumunun imzalanması niyyəti ifadə olunub.

“China Energy”nin vitse-prezidenti Azərbaycanda külək və günəş enerjisi layihələrinə investisiyaların genişləndirilməsi niyyətində olduqlarını bildirib. Şirkət tərəfindən Azərbaycanda külək turbinləri və onların bəzi komponentlərinin istehsalı, həmçinin tədqiqat mərkəzi ilə bağlı əməkdaşlığa dəstək ifadə edilib. Söhbət zamanı COP29-da Enerji Günü çərçivəsində əməkdaşlığa dair məsələlərə də toxunulub.

“China Datang Corporation Limited” şirkətinin İdarə Heyətinin sədri Cou Ley ilə görüşdə isə Azərbaycanın “Kəmər və Yol” təşəbbüsünün fəal iştirakçısı olaraq, enerji və nəqliyyat sahələrində mühüm layihələrdə iştirakından, ikitərəfli əlaqələrin inkişafında enerji əməkdaşlığının vacib rolundan və ölkəmizin etibarlı enerji təchizatçısı missiyasının yaşıl enerji ilə genişləndirilməsində Çin şirkətləri ilə tərəfdaşlığın əhəmiyyətindən bəhs edilib.

Bildirilib ki, Azərbaycan Avropaya yaşıl enerjinin ixracı üçün Xəzər dənizindən keçən yaşıl enerji dəhlizləri təşəbbüsləri ilə çıxış edir və bu istiqamətdə Avropa ölkələri, Türkiyə, Qazaxıstan və Özbəkistan ilə əməkdaşlıq edir. Çin isə bu layihələrdə investor, texnologiya təminatçısı kimi fəal rol oynaya bilər. O da qeyd olunub ki, iki ölkə arasında strateji tərəfdaşlığa dair Bəyannamə hər iki tərəfin qlobal iqlim dəyişikliyi problemlərinin həllində enerji əməkdaşlığını gücləndirməsini təşviq edir.

“China Datang” şirkətinin yalnız ölkədə deyil, Çin xaricində də karbon qazının idarə edilməsində təcrübəsinin olduğunu deyən şirkət rəsmisi enerji transformasiyasına töhfə verməyə hazır olduqlarını bildirib.

Görüşdə bərpaolunan enerji layihələrinin planlaşdırılması, dizaynı, tikintisi, istismarı və maliyyələşdirilməsi sahəsində geniş imkanlara malik “China Datang” şirkəti ilə Günəş elektrik stansiyaları, quruda və dənizdə külək elektrik stansiyaları, enerji saxlama, və yaşıl hidrogen istehsalı layihələri üzrə investisiya əməkdaşlığı imkanları müzakirə edilib. Şirkətlə müvafiq əməkdaşlıq sənədinin yaxın vaxtlarda imzalanması, eləcə də Azərbaycanda elektrik enerjisinin planlaşdırılması və mühəndislik institutunun yaradılması üzrə əməkdaşlıq razılaşdırılıb.

Energetika naziri Pərviz Şahbazovun “Huawei” şirkətinin vitse-prezidenti Kay Son ilə də görüşündə Azərbaycanla şirkət arasında enerji sektorunda əməkdaşlıq perspektivləri müzakirə olunub. Bu əməkdaşlıq çərçivəsində “Huawei” şirkətinin texnoloji potensialı və rəqəmsal enerji sahəsindəki təcrübəsinin Azərbaycanın yaşıl enerji layihələri ilə vəhdətinin enerji keçidi və enerji təhlükəsizliyinə mümkün töhfələrindən danışılıb. Bildirilib ki, “Huawei”in günəş enerjisi (PV), rəqəmsal enerji, “ağıllı şəbəkə” infrastrukturu və enerji layihələrinin inkişafı üçün texnoloji həllər üzrə zəngin təcrübəsi var. Azərbaycan isə Avropa və Asiya arasında yaşıl enerji dəhlizləri və fiber-optik kabel layihələrini həyata keçirməyi planlaşdırır. Bu imkanlar çərçivəsində “Huawei” şirkəti ilə yaşıl enerji əsaslı məlumat mərkəzinin yaradılması üzrə əməkdaşlıq edilə bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə

02:54
26 Oktyabr

"Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 noyabr tarixli 636 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

02:53
26 Oktyabr

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 2 aprel tarixli 46 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

02:53
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol"un təsdiq edilməsi barədə

02:52
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi"nin təsdiq edilməsi haqqında

02:52
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:51
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol"un təsdiq edilməsi barədə

02:51
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Tranzit Ticarət Sazişi"nin təsdiq edilməsi haqqında

02:50
26 Oktyabr

"Avropa Yenidənqurma və İnkişaf Bankının təsis edilməsi haqqında" Sazişdə dəyişikliklərin təsdiq edilməsi barədə

02:50
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Özbəkistan Respublikası ərazisində müvəqqəti işləyən Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycan Respublikası ərazisində müvəqqəti işləyən Özbəkistan Respublikası vətəndaşlarının əmək fəaliyyəti və hüquqlarının müdafiəsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:49
26 Oktyabr

"Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Özbəkistan Respublikasının Milli Qvardiyası arasında əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:49
26 Oktyabr

"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" və "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunlarında dəyişiklik edilməsi barədə

02:48
26 Oktyabr

Türkiyə və Şimali Kipr mediası İlham Əliyevlə Nikol Paşinyanın sammitdəki görüşünü geniş işıqlandırıb

02:46
26 Oktyabr

Azərbaycanın XVI BRICS Sammitində iştirakı: Multilateralizmin əsasları

02:45
26 Oktyabr

Avropa Parlamentinin qətnaməsi Cənubi Qafqazdakı reallığı dəyişmək gücündə deyil

02:44
26 Oktyabr

"Avropa Parlamentinin qəbul etdiyi qətnamələr Azərbaycan üçün heç bir önəm daşımır"

02:43
26 Oktyabr

Avropa Parlamenti BMT TŞ-nin qətnamələri ilə maraqlanmayıb

02:42
26 Oktyabr

Qubadlının azad edilməsi tarixi Qələbəmizi yaxınlaşdırdı

02:41
26 Oktyabr

"Erməni bölmələri itirdiyi mövqeləri bərpa etməyə dəfələrlə cəhd göstərdilər"

02:40
26 Oktyabr

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2021-ci il 19 fevral tarixli 1290 nömrəli, “Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti haqqında Əsasnamənin, Xidmətin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” 2021-ci il 22 dekabr tarixli 1509 nömrəli və “Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamənin, Agentliyin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” 2021-ci il 22 dekabr tarixli 1510 nömrəli fərmanlarının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

02:33
26 Oktyabr

Azercell abunəçilərinin nəzərinə

02:32
26 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!