25 Oktyabr 2024 09:25
290
İQTİSADİYYAT
A- A+
Heyvandarlıq sığortası üzrə 2,5 milyon manat ödənilib

Heyvandarlıq sığortası üzrə 2,5 milyon manat ödənilib


300 min baş qaramal identikləşdirilərək AQTİS-ə daxil edilib


Heyvandarlıq həm çətin, həm də gəlirli sahədir. O səbəbdən aqrar sahənin bu sektoruna dövlət səviyyəsində də böyük diqqət və dəstək verilir. Əsas məqsəd isə əhalinin sağlam və təmiz yerli heyvandarlıq məhsulları ilə təminatıdır.    

Azərbaycanın təsərrüfat subyektlərində hazırda 2,5 milyon başdan çox qaramal var. Onların 300 min başa yaxını identikləşdirilərək Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminə (AQTİS) daxil edilib. Bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Aparatının Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev məlumat verib. Onun sözlərinə görə, hazırda ölkə üzrə qaramal heyvandarlıq təsərrüfatlarının strukturuna 537 min 721 təsərrüfat subyekti daxildir: "Qaramalın 92 faizi 10 başadək heyvanı olan xırda təsərrüfatlarda cəmləşib. Bunun təxminən 39 faizi 1-2, 30 faizə yaxını 3-4, 20 faizi 5-9, az bir hissəsi isə 50 başdan yuxarı heyvan saxlanılan təsərrüfatlardır. Hazırda ölkəyə müxtəlif məqsədlərlə, yəni həm damazlıq, həm də kəsim üçün gətirilən heyvanların idxaldan öncə identikləşdirilməsi bir şərt kimi qarşıya qoyulub. Yalnız belə olan halda gətirilən heyvanlar bizim qeydiyyat sisteminə daxil olunur".

Aqrar Sığorta Fondu (ASF) indiyə qədər heyvandarlıq sığortası üzrə 2,5 milyon manat ödəniş edib. Fonddan bildirilib ki, son məlumata görə, vəhşi heyvanların hücumu ilə bağlı 20-yə yaxın hadisə qeydə alınıb və ödəniş olunub. Təkcə bu ilin 7 ayında vəhşi heyvanların təsərrüfatlara hücumu ilə bağlı 8 hadisə qeydə alınıb, 8 baş kənd təsərrüfatı heyvanı tələf olub və ona görə fermerlərə ümumilikdə 37485 manat ödənilib. Yeri gəlmişkən, xatırladaq ki, 2022-ci ildə heyvandarlıq sığortası üzrə 710 min, 2023-cu ildə 910 min, 2024-cü ilin 8 ayında  770 min manat sığorta ödənişi edilib.

Bir daha vurğulayaq ki, ölkəmizdə aqrar sığorta haqqına 50 faizlik dövlət dəstəyi mövcuddur, başqa sözlə, kənd təsərrüfatı  bitkilərinin və heyvanlarının sığortası zamanı hesablanmış sığorta haqqının yarısını dövlət ödəyir. Sığorta haqqı heyvanın qiymətinə əsasən hesablanır, tarif 5,2-8,2 faiz arasında dəyişir. Belə ki, 300 manatlıq qoyun və ya keçinin illik sığortası 8-12, 1000 manatlıq qaramalın sığorta haqqı 26-41 manat civarındadır. 2000 manatlıq inək üçün isə sığorta haqqı 52-82 manat arasında dəyişir. Hadisə baş verərsə, yəni məsələn, vəhşi heyvanların hücumu nəticəsində heyvan tələf olarsa, sahibi onun qiymətinin 90 faizi qədər ödəniş alır. Məsələn, 300 manatlıq qoyun tələf olarsa, fermerə 270, 2000 manatlıq inək tələf olduqda 1800 manat sığorta pulu verilir.


Qurban MƏMMƏDOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya səyyahları Xudafərin körpüsü ilə tanış olublar - YENİLƏNİB

10:23
28 Oktyabr

Prezident İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədrini qəbul edib YENİLƏNƏCƏK

10:09
28 Oktyabr

Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir

10:04
28 Oktyabr

Bakıda bəzi yerlərdə yağış yağacaq - PROQNOZ

09:31
28 Oktyabr

Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü ordularının reytinqində yer alıb

07:52
28 Oktyabr

Şalva Papuaşvili: Gürcüstanın yeni parlamentinin ilk iclası noyabrda keçiriləcək

21:57
27 Oktyabr

“Azərbaycanlılar Gürcüstanın ictimai-siyasi həyatında mühüm rol oynayırlar” - Açıqlama

20:34
27 Oktyabr

Rotterdamda “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası”na həsr olunan konfrans keçirilib 

19:36
27 Oktyabr

Xidmət rəisi: Kanaldan çıxarılan maral Şahdağ Milli Parkında nəzarət altındadır

18:41
27 Oktyabr

Gürcüstan MSK səsvermənin ilkin nəticələrini açıqlayıb

18:36
27 Oktyabr

Beynəlxalq səyahətçilər Kəlbəcər və Laçına səfər ediblər

17:01
27 Oktyabr

Taksi sürücülərinin və daşımalarla bağlı fəaliyyət operatorunun məsul şəxslərinin hazırlığının qiymətləndirilməsi imtahanı keçirilib

16:21
27 Oktyabr

COP29-la bağlı tədbir məkanında nəqliyyat monitorinqləri aparılıb

16:03
27 Oktyabr

Ombudsman və Aparatın əməkdaşları Özbəkistanda seçki prosesini izləyirlər

15:53
27 Oktyabr

“Gürcü Arzusu” partiyası parlamentdə 89 deputat mandatı qazanıb  

15:46
27 Oktyabr

Özbəkistanda parlament seçkiləri keçirilir

15:28
27 Oktyabr

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

15:25
27 Oktyabr

Balaxanı tullantı poliqonunun ətrafında ağacəkmə aksiyası keçirilib

15:22
27 Oktyabr

İrakli Kobaxidze: Gürcü xalqı yeganə, mübahisəsiz seçim etdi, sülhü seçdi

15:18
27 Oktyabr

MN: Seyfəli poliqonunda istismar müddəti başa çatmış döyüş sursatları məhv ediləcək

15:16
27 Oktyabr

Bakıda COP29-la bağlı nəqliyyatın idarə edilməsi üzrə gecə monitorinqləri başa çatıb

14:05
27 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!