27 Oktyabr 2024 09:25
452
İQTİSADİYYAT
A- A+
Yaşam tərzimiz də dəyişəcək

Yaşam tərzimiz də dəyişəcək


"Yaşıl bina"lar təbiətin saflığına, insanların sağlamlığına xidmət edəcək


Ölkəmizin gələn ay evsahibliyi edəcəyi COP29-a hazırlıq çərçivəsində tikinti sektorunun iqlim dəyişmələrinə təsirlərinin azaldılması məsələsi də diqqət mərkəzindədir. Bu istiqamətdə tədbirlərə hazırlığın hələ ilk mərhələlərindən yer ayrılıb. 

Tədbirlərdən birində - "Azərbaycanda Dayanıqlı Yaşıl Tikinti" mövzusunda baş tutan "dəyirmi masa"da yerli və xarici tikinti şirkətləri,  eləcə də aidiyyəti dövlət qurumları təmsil olunurdu. Bu tədbirin məqsədi tikinti sahəsinin ətraf mühitə təsirləri nəzərə alınaraq yerli tikinti şirkətlərini, tikinti-istehsal müəssisələrini, xarici şirkət və ekspertləri, eyni zamanda dövlət orqanlarının nümayəndələrini bir araya gətirməklə, dayanıqlı və sıfır karbonlu tikintiyə keçid istiqamətində əməkdaşlıq platformasının yaradılması idi. Odur ki, "dəyirmi masa" ətrafında dekarbonizasiya yolunda beynəlxalq imkanlar, aşağı emissiyalı tikinti materiallarına keçidin ekoloji faydaları və bu yolda potensial çətinliklər, dayanıqlı inkişaf və iqlim dəyişmələri ilə mübarizə istiqamətində görülmüş və planlaşdırılan işlər müzakirə olundu.

Tədbir çərçivəsində "PMD Qrup", Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti, "Paşa Real Estate Qrup", "6-cı mərtəbə", "Aral Qrup", "Hünər Qrup", "SR Construction", "Kristal Abşeron", "Avant Qrup", "Baku City Residence" nümayəndələri tərəfindən qlobal dekarbonizasiya hədəflərinə nail olunmasını nəzərdə tutan "Azərbaycanda Dayanıqlı Yaşıl Tikinti" üzrə bəyannamə imzalandı. İmzalanan sənəd dekarbonizasiya hədəflərinin təşviqi, emissiyaların ölçülməsi və hesabatlılıq, eləcə də şəffaflıq və əməkdaşlığın təmin edilməsi, bilik və təcrübə mübadiləsi, iqlim fəaliyyətlərinin biznes modellərinə inteqrasiyası kimi müxtəlif öhdəliklər ətrafında kollektiv səylərə yönəldilmişdir.

Məlumdur ki, ətraf mühitə təsir edən, ekoloji tarazlığı pozan çoxsaylı faktorlar mövcuddur. Bunlardan biri də tikinti sektorunda qarşıya çıxan əngəllərdir. Ölkəmizdə həyata keçirilən yeni memarlıq layihələrinə heyrətlənməmək mümkün deyil. Onların sayəsində Bakıda tikilən çoxmərtəbəli yaşayış evləri, infrastruktur obyektləri paytaxtımızı yaxşı mənada tanınmaz edib. Tikintinin belə geniş miqyası isə iqlim dəyişmələrinin fəsadlarının get-gedə artdığı indiki zamanda "yaşıl tikinti"nin idarə olunmasını tələb edir. 

Qeyd edək ki, Azərbaycanda davamlı memarlığın ilk nümunələrindən biri 2011-ci ildə başlanmış Bakı Ağ Şəhər layihəsidir. Bu şəhər regenerasiyası layihəsi Bakını daha dayanıqlı və ekoloji cəhətdən təmiz şəhərə çevirmək məqsədi daşıyırdı. Ölkənin "yaşıl tikinti" tarixində digər mühüm mərhələ 2013-cü ildə Azərbaycan "Yaşıl Tikinti" Şurasının (AzGBC) yaradılmasıdır. AzGBC ölkədə davamlı tikinti təcrübələrini təşviq edən və dəstəkləyən qeyri-kommersiya təşkilatıdır. O, sertifikatlaşdırma və təlim proqramları təqdim edir, həmçinin "yaşıl tikinti" prinsipləri və texnologiyaları haqqında məlumat yayır. 2015-ci ildə Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf üzrə 2030-cu il gündəliyinə qoşularaq davamlı inkişafa dair öhdəlik götürüb. Bu addım hökumətin uzunmüddətli inkişaf planlarına "yaşıl tikinti" də daxil olmaqla davamlı təcrübələrin daxil edilməsinə sadiqliyini göstərir. Azərbaycanda diqqətəlayiq "yaşıl tikinti" layihəsi 2016-cı ildə tamamlanan Port Bakı Yaşayış Qüllələridir.

Ümumiyyətlə, tikinti sektorunda "yaşıl binalar" yeni bir sahə və istiqamətdir. Bəs bina hansı xüsusiyyətlərinə görə "yaşıl" sayılır? Belə binalarda enerji, su və digər mənbələrdən səmərəli istifadə edilməlidir. Həm də günəş enerjisi kimi bərpaolunan enerjidən istifadə olunmalıdır. Çirklənmə və tullantıların azaldılması tədbirləri görülməli və təkrar istifadə təmin edilməlidir. Binada daxili hava keyfiyyəti yaxşı olmalıdır. Zəhərli olmayan, etik və davamlı materiallardan istifadə edilməlidir. Dizayn, tikinti və istismarda ətraf mühit, eyni zamanda sakinlərin həyat keyfiyyəti nəzərə alınmalıdır və s. 

Lakin hər yerdə iqlim eyni olmadığı üçün "yaşıl binalar" da eyni olmamalıdır.

Belə isə ölkəmizdə tikilən hündürmərtəbəli binalarda "yaşıl enerji" necə tətbiq edilir? Daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov bildirib ki, bu texnologiyalar çox bahalıdır: "Bu səbəbdən də çoxmənzilli binaların tikintisi ilə məşğul olan şirkətlər belə texnologiyaları tətbiq etmir. Tikinti normativlərimizdə də ekoloji bina anlayışı hələ ki, yoxdur. Hətta günəş panelləri binanın elektrik enerjisini ödəsə belə, fərqi yoxdur. Lakin Bakıda "yaşıl enerji"nin tətbiqi üçün kifayət qədər şərait var". 

Ekspertin sözlərinə görə, son illər Avropada ekoloji binaların tikintisi artıb: "Belə binaların qiyməti də bahadır. Lakin idarə olunması çox rahatdır. Həyət evlərində isə günəş panelləri tətbiq olunur. Bunun üçün heç bir xüsusi icazəyə ehtiyac yoxdur".

Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) dayanıqlı maliyyə mütəxəssisi Leyla Hüseynli Bakıda keçirilən "Dayanıqlı mikromaliyyə üçün innovativ həllər" konfransında deyib: "IFC olaraq həmçinin Mərkəzi Bank ilə bir neçə istiqamət üzrə əməkdaşlıq edirik. Yaxın gələcəkdə IFC "yaşıl tikinti" sektoru üçün yeni tənzimləmə və dəstək mexanizmi yaratmağı planlaşdırır. Bu, Dövlət Arxitektura və Şəhərsalma Komitəsi ilə bağladığımız memorandumun nəticəsi olacaq. Azərbaycanda "yaşıl bina"ların tikintisi üzrə yol xəritəsi hazırlanacaq və təqdim olunacaq."

Yol xəritəsinin COP29-dan əvvəl təqdim ediləcəyi gözlənilir.


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xarici səyyah: Xudafərin körpüsü qədim tarixi özündə əks etdirir

12:57
28 Oktyabr

Bloomberg: “Boeing” reytinq itirməmək üçün 15 milyard dollar cəlb edəcək

12:56
28 Oktyabr

Nyu-Dehlidə “Yaşıl dünya naminə həmrəylik ili”nə və COP29-a həsr olunmuş veloyürüş keçirilib

12:52
28 Oktyabr

Çex Respublikasının Prezidenti Zati-aliləri cənab Petr Pavelə

12:40
28 Oktyabr

Qanda şəkərin miqdarına nəzarət edən tətbiq sınaqdan keçirilir

12:34
28 Oktyabr

Misli Premyer Liqasında XI tur başa çatıb

12:32
28 Oktyabr

“Samsung” ölçüsünü dəyişdirə bilən smart üzük üzərində çalışır

12:28
28 Oktyabr

Yaponiyada seçkilərdə hakim çoxluğun gözlənilməz məğlubiyyəti

12:26
28 Oktyabr

Dünya səyyahları işğaldan azad olunan torpaqların Ermənistan tərəfindən minalarla çirkəndirilməsi barədə məlumatlandırılıb 

12:19
28 Oktyabr

Ali Məhkəmə yanında Elmi-məsləhət şurasının hibrid formatda növbəti iclası keçirilib

12:16
28 Oktyabr

Niderlandlı səyyah: Azad edilən torpaqlarda görülən işlər insanı heyrətləndirir

12:14
28 Oktyabr

Vado Şakarişvili: Seçkilərdə yalnız müxalifətə deyil, Gürcüstanda ikinci cəbhə açmaq istəyən düşmənlərə də qalib gəldik

12:14
28 Oktyabr

BRICS platformasında əməkdaşlığın böyük perspektivləri mövcuddur

11:51
28 Oktyabr

COP29: ekoloji problemlərin həllində yeni mərhələ

11:37
28 Oktyabr

DYP elektron tərəzilərin istifadəyə verilməsi ilə bağlı yükdaşıma fəaliyyəti göstərən şəxslərə müraciət edib

11:36
28 Oktyabr

“Qarabağ”dan 150-ci böyükhesablı qələbə

11:33
28 Oktyabr

Azərbaycanın Baş naziri gürcüstanlı həmkarına təbrik məktubu ünvanlayıb

11:32
28 Oktyabr

Bakıda Azərbaycanın NATO-nun Sülh naminə Tərəfdaşlıq Çərçivə Sənədinə qoşulmasının 30 illiyi münasibətilə dəyirmi masa keçirilib 

11:15
28 Oktyabr

Londonda Zəfər Gününə həsr olunan döyüş turniri keçirilib

10:47
28 Oktyabr

İsveçli rəssamın itmiş sayılan əsəri Niderlandda satışa çıxarılıb

10:45
28 Oktyabr

Dünya səyyahları Xudafərin körpüsü ilə tanış olublar - YENİLƏNİB

10:23
28 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!