27 Oktyabr 2024 09:05
484
İQTİSADİYYAT
A- A+
Naxçıvanı işıqlı günə çıxaran "yaşıl enerji" mənbələri

Naxçıvanı işıqlı günə çıxaran "yaşıl enerji" mənbələri


Mövcud elektrik stansiyaları muxtar respublikanı xarici şirkətlər üçün daha da cəlbedici edir


Culfa rayonunun külək-günəş hibrid elektrik stansiyası ilə yaxından tanış olduqdan sonra Naxçıvanın  "yaşıl enerji" mənbələrinin növbəti ünvanına - Babək rayonuna yollanırıq...  

Günəşin və suyun bəxş etdiyi enerji mənbələrinə doğru irəliləyirik... 

Muxtar respublikanın çətin dövründə onun xilasına yetişən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilən, Naxçıvanı işıqlığa çıxaran "Araz" Su-Elektrik Stansiyasına gedirik. 1964-cü ildə inşasına başlanılan "Araz" SES-in tikintisi 1970-ci ildə tamamlanıb. Stansiyanın istismarına isə 1971-ci ildə başlanılıb.

Araz çayı üzərində, İranla sərhəddə yerləşən stansiyanın ərazisinə daxil oluruq. Bir qədər yol qət etdikdən sonra Araz Su Anbarı üzərindəki stansiyaya gəlib çatırıq. SES SSRİ dövründə Azərbaycan SSR və İran arasındakı razılaşma əsasında inşa edilib. Stansiya torpaq tipli bəndə malik olub, hazırda İran və Azərbaycan ərazisində yerləşməklə iki binaya malikdir.


"Araz" SES müasir standartlara uyğun yenidən qurulacaq


Stansiyadan Araza baxıb fikrə dalırıq... Arazın nisgilli xatirələri beynimizdə dolaşır. 

Stansiyanın direktoru Şəmil Əmirov buradakı işlərlə bizi məlumatlandırır. Bəlli olur ki, son illər digər çaylardakı kimi, Arazın da suyu azalıb. Təbii ki, bu da enerji alınmasına təsir edən faktorlardandır.

Söhbətə qoşulan Dövlət Energetika Xidmətinin rəis müavini Tural Murtuzəliyev bildirir ki, "Araz" SES Naxçıvanın enerji qıtlığı baxımından çətinlik çəkdiyi dövrlərdə muxtar respublikanın elektrik enerjisi ilə təminatında mühüm rol oynayıb. "Elektrik enerjisi təminatı o illərdə yalnız bu stansiya vasitəsilə mümkün idi. Yarım əsrdən çoxdur fəaliyyət göstərən stansiya bu gün də Naxçıvanın enerji təchizatında mühüm rol oynayır", - deyə rəis müavini bildirir. 

T.Murtuzəliyev qeyd edir ki, "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"na əsasən, "Araz" SES yenidən qurulacaq. Hazırda stansiyanın layihələndirilməsi üçün tender elan olunub. 

Daha sonra stansiyanın idarəetmə otağına üz tuturuq. Bu otaqdan mütəxəssislər stansiyanın fəaliyyətinə nəzarət edirlər. Stansiya barədə məlumat verən Şəmil Əmirov bildirir ki, ümumi generasiya gücü 22 meqavat olan SES-də hər birinin gücü 11 meqavat olan iki hidrogenerator quraşdırılıb. Onun sözlərinə görə, stansiyanın orta illik istehsal gücü 86,7 milyon kilovat-saatdır. Anbarın nominal həcmdə tutumu isə 1 milyard 254 milyon kubmetrdir. 

Direktor sudan elektrik enerjisinin necə alındığını bizə izah edir. O bildirir ki,  stansiyada quraşdırılan hidroturbinlərin ucunda hərəkət edən su lazımi təzyiqə çatdırılır və hərəkətdə olan su kütləsi elektrik enerjisi istehsal edən generatorlara ötürülür. 

Elektrik enerjisinin alınması əsasən suyun təzyiqindən asılıdır. Maksimal təzyiq 27 metrdir. Turbinlərin işləməsi üçün isə minimal təzyiq 20 metr olmalıdır. Təzyiq aşağı düşdükcə turbinlərin istehsal gücü də azalır. 

Araz Su Anbarının əsasən suvarma üçün nəzərdə tutulduğunu diqqətə çatdıran direktor əlavə edir ki, suvarma mövsümündə elektrik enerjisi istehsalı yüksək səviyyədə olur, amma  payız, qış mövsümünə doğru azalma müşahidə edilir. 

Qeyd edək ki, istismara verildiyi ildən bu vaxtadək "Araz" SES 4 milyard 460 milyon kilovat-saat elektrik enerjisi istehsal edib. Bu il isə stansiyada 56 milyon 826 min kilovat-saat enerji istehsal olunub. 

Naxçıvanda hazırda "Araz" SES-dən başqa, Heydər Əliyev Su Anbarı üzərində 4,5 meqavat gücündə su-elektrik stansiyası, Gilançay üzərində 

20 meqavat gücündə "Biləv", Şərur rayonu ərazisində 20,5 meqavat gücündə "Arpaçay-1" və 1,4 meqavat gücündə "Arpaçay-2" Su-Elektrik stansiyaları mövcuddur.


Muxtar  respublikada "yaşıl enerji" dövrünün başlanğıcı


İdarəetmə otağından sonra su anbarına baxış keçirib, istiqamətimizi dəyişirik. 

Muxtar respublikada alternativ enerji dövrünün başlanğıcı hesab olunan, müstəqilliyin ilk illərində Heydər Əliyev Su Anbarı üzərində tikilən su-elektrik stansiyasındayıq. 

Bu SES-in inşasını elektroenergetikanın bərpaolunan enerji mənbələri hesabına təmin edilməsi yönündə ilk tarixi addım adlandırırlar. Stansiyanın direktoru Tərxan Qafarov deyir ki, ümumi gücü 12 milyon kilovat-saat olan stansiyada hazırda ildə 7 milyon kilovat-saat enerji istehsal edilir. Onun sözlərinə görə, su anbarının tutumu 100 milyon kubmetrdir.

Xatırladaq ki, Naxçıvanda su-elektrik stansiyalarının ümumi generasiya gücü 68.4 meqavat təşkil edir. Yaxın gələcəkdə gücü 36 meqavat olan Ordubad və gücü 15,6 meqavat olan Tivi su-elektrik stansiyaları tikiləcək ki, bundan sonra ümumi generasiya gücü 120 meqavata çatdırılacaq.


Günəşin bəxş etdiyi enerji


Gedəcəyimiz növbəti "yaşıl enerji" mənbəyi Babək rayonunda yerləşir. Bu, rayonun Xalxal kəndində qurulan Naxçıvan Günəş-Elektrik Stansiyasıdır. Cənubi Qafqazda və ölkədə Qaradağ Günəş-Elektrik Stansiyasından (230 mVt) sonra generasiya gücünə görə ikinci ən böyük GES sayılan stansiyada il ərzində 33 milyon kilovat-saat enerji istehsal edilir.

Stansiyanın direktoru Fərid Səfərov bildirir ki, 2015-ci ildə tikilən "Xalxal" Günəş-Elektrik Stansiyası 22 meqavat gücündədir. "Stansiya üçün ayrılmış 56 hektar sahənin 36 hektarında 86383 ədəd günəş paneli quraşdırılaraq istismara verilib. Stansiya alternativ və bərpaolunan enerji mənbələrinin istehsal gücünün 20 faizini təşkil edir", - deyə o əlavə edir. 

Günəşli Naxçıvanda biri hibrid olmaqla, hazırda 4 - "Xalxal" GES, "Şərur" GES, "Kəngərli" GES və "Culfa" Külək-Günəş Hibrid Elektrik stansiyaları fəaliyyət göstərir. Bundan əlavə, Naxçıvan şəhərində 668 ha, Şərurda 1163 ha, Kəngərli rayonunda 1311 ha, Babəkdə 1669 ha, Şahbuzda 234 ha ərazi günəş-elektrik stansiyaları layihələrinin reallaşdırılması üçün müəyyən edilib. 

"Şərur" GES-in gücü 11 meqavat və "Kəngərli" GES-in gücü isə 5 meqavatdır. Naxçıvanda mövcud günəş- elektrik stansiyalarının sahəsi üzərində potensialın qiymətləndirmə nəticələrinə görə, bir hektar ərazidə təqribən 0,6 meqavat gücündə stansiya qurulduğu və il ərzində 900.000 kilovatdan artıq elektrik enerjisi istehsal edildiyi müəyyənləşib. Yəni bu onu göstərir ki, Naxçıvanda "yaşıl enerji" potensialı nəzərdə tutulan 1500 meqavatdan da çoxdur.

Naxçıvanın bərpaolunan enerji potensialı xarici şirkətləri də bu ərazilərə cəlb edir. Hazırda dünyanın aparıcı enerji şirkətlərindən Total Energies, Czech Engineering, Nobel Energy, Masdar, ACWA Power, China Energy, Notus ilə "yaşıl enerji" layihələrinin reallaşdırılması istiqamətində görüşlər keçirilir. Bu istiqamət üzrə yol xəritəsi hazırlanır. 


"Yaşıl işığ"a doğru


Görülən işlər nəticəsində COP29-a qədər gücü 30 meqavat olan yeni günəş-elektrik stansiyasının tikintisi planlaşdırılır. Stansiyanın tikilməsi üçün 688 hektar ərazi ayrılmışdır.

Xarici şirkətlərin marağı da Naxçıvanda "yaşıl enerji" potensialının yüksək olduğunu göstərir. Vaxtilə elektrik enerjisi baxımından çətin günlər keçirən, fasilələrlə, hətta enerjinin heç olmadığı qaranlıq günlər yaşayan muxtar respublika bu gün artıq enerji təchizatını "yaşıl enerji" hesabına tam təmin etmək imkanına malikdir.  Naxçıvanda günəşdən, küləkdən, sudan enerjinin alınma potensialının yüksək olması "yaşıl artım ölkəsi"nə çevrilən Azərbaycanın "yaşıl enerji zonası" elan edilməsinin əbəs olmadığını göstərir. Bu istiqamətdə görülən genişmiqyaslı işlər yaxın gələcəkdə özü ilə yanaşı, Avropa ölkələrinə də bərpaolunan enerji nəql etməklə Naxçıvanı həm də böyük ixracatçıya çevirəcək.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"


Bakı-Naxçıvan-Bakı 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xarici səyyah: Xudafərin körpüsü qədim tarixi özündə əks etdirir

12:57
28 Oktyabr

Bloomberg: “Boeing” reytinq itirməmək üçün 15 milyard dollar cəlb edəcək

12:56
28 Oktyabr

Nyu-Dehlidə “Yaşıl dünya naminə həmrəylik ili”nə və COP29-a həsr olunmuş veloyürüş keçirilib

12:52
28 Oktyabr

Çex Respublikasının Prezidenti Zati-aliləri cənab Petr Pavelə

12:40
28 Oktyabr

Qanda şəkərin miqdarına nəzarət edən tətbiq sınaqdan keçirilir

12:34
28 Oktyabr

Misli Premyer Liqasında XI tur başa çatıb

12:32
28 Oktyabr

“Samsung” ölçüsünü dəyişdirə bilən smart üzük üzərində çalışır

12:28
28 Oktyabr

Yaponiyada seçkilərdə hakim çoxluğun gözlənilməz məğlubiyyəti

12:26
28 Oktyabr

Dünya səyyahları işğaldan azad olunan torpaqların Ermənistan tərəfindən minalarla çirkəndirilməsi barədə məlumatlandırılıb 

12:19
28 Oktyabr

Ali Məhkəmə yanında Elmi-məsləhət şurasının hibrid formatda növbəti iclası keçirilib

12:16
28 Oktyabr

Niderlandlı səyyah: Azad edilən torpaqlarda görülən işlər insanı heyrətləndirir

12:14
28 Oktyabr

Vado Şakarişvili: Seçkilərdə yalnız müxalifətə deyil, Gürcüstanda ikinci cəbhə açmaq istəyən düşmənlərə də qalib gəldik

12:14
28 Oktyabr

BRICS platformasında əməkdaşlığın böyük perspektivləri mövcuddur

11:51
28 Oktyabr

COP29: ekoloji problemlərin həllində yeni mərhələ

11:37
28 Oktyabr

DYP elektron tərəzilərin istifadəyə verilməsi ilə bağlı yükdaşıma fəaliyyəti göstərən şəxslərə müraciət edib

11:36
28 Oktyabr

“Qarabağ”dan 150-ci böyükhesablı qələbə

11:33
28 Oktyabr

Azərbaycanın Baş naziri gürcüstanlı həmkarına təbrik məktubu ünvanlayıb

11:32
28 Oktyabr

Bakıda Azərbaycanın NATO-nun Sülh naminə Tərəfdaşlıq Çərçivə Sənədinə qoşulmasının 30 illiyi münasibətilə dəyirmi masa keçirilib 

11:15
28 Oktyabr

Londonda Zəfər Gününə həsr olunan döyüş turniri keçirilib

10:47
28 Oktyabr

İsveçli rəssamın itmiş sayılan əsəri Niderlandda satışa çıxarılıb

10:45
28 Oktyabr

Dünya səyyahları Xudafərin körpüsü ilə tanış olublar - YENİLƏNİB

10:23
28 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!