27 Oktyabr 2024 09:30
386
İQTİSADİYYAT
A- A+
Azərbaycan kosmosunun gələcəyi etibarlı əllərdədir

Azərbaycan kosmosunun gələcəyi etibarlı əllərdədir


Milan Astronavtika Konqresində tələbələrimizin elmi məqalələri maraqla qarşılanmışdır


Danılmaz bir fakt var: yerin üstündə yaşamağımıza baxmayaraq, burada baş verənləri təfərrüatı ilə görə bilmək və öyrənmək üçün kosmosa ehtiyacımız var. Ona görə də çəkinmədən deyə bilərik ki, bu gün komosda peyk olmadan keçinmək mümkün deyil. 

1951-ci ildən başlayaraq Beynəlxalq Astronavtika Federasiyasının  tərəfdaşlığı ilə hər il bir ölkədə  Beynəlxalq Astronavtika Konqresi keçirilərək kosmosdan idarə olunmanın elmi yolları birgə araşdırılıb müzakirə edilir. Məlumat üçün bildirək ki, Beynəlxalq Astronavtika Federasiyası İkinci Dünya müharibəsindən sonrakı "soyuq müharibə" dövründə kosmos sahəsində elm adamlarının arasında dialoqun yenidən qurulması məqsədilə 1951-ci ildə yaradılıb. Təşkilat  sülh məqsədləri ilə kosmik tədqiqat və fəaliyyətin təşviq edilməsi, cəmiyyətin bu sahədə maariflənməsi və biliklərinin zənginləşməsi üçün üzv qurumlar arasında qlobal şəbəkə yaradır. Hər il federasiya konfrans, texniki sessiya, quruma üzv ölkələrin nazirləri və parlament üzvlərinin beynəlxalq iclası kimi tədbirlər təşkil edir. Hazırda federasiyanın 110 ölkədən 460-dan çox üzvü var. Azərbaycan 2003-cü ildən onun üzvüdür.

Xatırladaq ki, sayca 74-cü Beynəlxalq Astronavtika Konqresi 2023-cü ilin oktyabrında Azərbaycanda keçirilmişdir. Bu, Bakıda keçirilən 2-ci belə tədbir idi. Hələ 1973-cü ildə 24-cü konqresə də evsahibliyini Azərbaycan paytaxtı etmişdi. 50 ildən sonra dünya miqyasında ən mötəbər tədbirlərdən olan konqresin ikinci dəfə Azərbaycanda keçirilməsi ölkəmizdə kosmik sənayenin inkişafına, beynəlxalq kosmik ictimaiyyət və onu təmsil edən Beynəlxalq Astronomiya Federasiyası ilə əməkdaşlığın genişləndirilməsinə, həmçinin qlobal kosmos sənayesinə daha yaxından inteqrasiya istiqamətində imkanlar yaranmasına səbəb olmuşdur. 

Bir neçə gün əvvəl İtaliyanın Milan şəhərində keçirilən 75-ci Beynəlxalq Astronavtika Konqresi "Dayanıqlıq naminə kosmik məsuliyyət" (Responsible Space for Sustainability) çağırışı ilə keçirildi. Bu, indiyə kimi bu istiqamətdə keçirilən tədbirləri üstələyərək astronavtika tarixində ən böyük konqres idi. Konqresdə 120 ölkədən 11 min 200-dən çox nümayədə iştirak edirdi. Bu rəqəmlər rekord göstəricidir və konqresin qlobal miqyasda kosmik sahənin iştirakçılarının toplaşdığı ən böyük platforma olduğunu göstərir. Konqresin sərgi pavilyonu 530-dan çox iştirakçını qəbul etmişdi. Builki konqresdə ilk dəfə 60 kosmik agentlik və qurum rəhbərini bir araya gətirən Qlobal Kosmik Liderlər Sammiti də baş tutdu. 3 min nəfər isə canlı yayıma qoşuldu. 3500 nəfərin iştirak etdiyi konqresdə 25 astronavt ilə ictimaiyyət, tələbələr və gənc mütəxəssislərin görüşü oldu. Beynəlxalq Astronavtika Federasiyasına 73 yeni üzv qoşuldu və beləliklə, üzvlərin  sayı 80 ölkədən 563-ə çatdı. 

Milan Astronavtika Konqresində Azərbaycan "Azərkosmos" stendi ilə təmsil olunurdu. Konqresdə 52  tələbə, gənc mütəxəssis və alimdən ibarət milli elmi komanda iştirak edirdi. Azərbaycan komandası tədbirdə elmi işlər üzrə yeni rekorda imza ataraq 345 elmi məqalə təqdim etdi. Elmi məqalələrin sayına görə ölkəmiz dünyada ilk beşlikdə yer aldı. Təqdim olunan elmi məqalələrimizin 90 faizi gənclər tərəfindən hazırlanmışdı. Azərbaycanın belə yüksək göstəriciyə nail olmasında  Bakıda keçirilən əvvəlki konqresin rolunu qeyd etməmək mümkün deyil.  

Gənclərimizin kosmik sahədə öz elmi məqalələrini beynəlxalq auditoriyaya təqdim etməsi ölkəmizdə kosmik ekosistemin inkişafı istiqamətində aparılan fəaliyyətin nəticəsidir. Konqresdə iştirak edən milli elmi komanda Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Milli Aviasiya Akademiyası, ADA Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan İdman Akademiyası və Sumqayıt Dövlət Universitetinin tələbə, gənc mütəxəssis və alimlərindən ibarət idi.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) SABAH qruplarının  riyaziyyat və informatika müəllimliyi ixtisasının V kurs tələbələri Aygül Əliyeva və Tünzalə Məmmədova xüsusi fərqləndilər. Aygül Əliyeva  "Exploring Martian Sedimentary Rocks Insights into the Red Planet's Geological History" ("Mars çöküntü süxurlarının tədqiqi. Qırmızı planetin geoloji tarixinə dair fikirlər") adlı məqalə ilə çıxışında Marsdakı çöküntü daşlarının planetin geoloji tarixini necə açdığı və keçmişdə orada mümkün olan yaşam izlərinə dair nümunələrdən bəhs edirdi. Araşdırmada Marsın geoloji təkamülü və ətraf mühit şəraiti haqqında əhəmiyyətli məlumatlar var idi. Tünzalə Məmmədovanın təqdim etdiyi məqalədə isə zaman və qara dəlik anlayışları haqqında elmi və fəlsəfi məlumatlar əks olunurdu. Məqalədə həmçinin qara dəliklərdə zamanın necə axması, bu prosesi proqnoz etməyin necə mümkün olması haqqında tələbənin apardığı araşdırmalardan bəhs edilirdi. 

Sumqayıt Dövlət Universitetinin (SDU) SABAH qruplarının kibertəhlükəsizlik ixtisası üzrə 1-ci kurs magistrantı Mətanət Əhmədovanın  konqresin "E8 Multilingual Astronautical Terminology" sessiyasındakı çıxışı da fərqli idi. M.Əhmədova "Cosmos+Alphabet=AlCosbet" adlı məqaləsində "AlCosbet" adında innovativ masaüstü kart oyununu tanıdırdı. Bu oyun kosmik terminlərin əyləncəli bir şəkildə öyrənilməsini təmin edir və iştirakçılara həm biliklərini paylaşmaq, həm də yeni terminləri öyrənmək imkanı yaradır. Məqalənin məqsədi oyun əsaslı öyrənmə üsulundan istifadə edərək kosmik terminləri daha geniş auditoriyaya tanıtmaq idi. 

Ümumiyyətlə, qlobal tədbir Aydan Marsa doğru, kosmosda tibbi araşdırmalar, kosmosda biznes və investisiya, sahibkarlıq, kosmik iqtisadiyyat, kosmik resursların dəyəri haqqında interaktiv sessiyaları və zəngin proqramları ilə həftəboyu dünyanın yeni kosmik tendensiyalarını gündəmdə saxladı.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xarici səyyah: Xudafərin körpüsü qədim tarixi özündə əks etdirir

12:57
28 Oktyabr

Bloomberg: “Boeing” reytinq itirməmək üçün 15 milyard dollar cəlb edəcək

12:56
28 Oktyabr

Nyu-Dehlidə “Yaşıl dünya naminə həmrəylik ili”nə və COP29-a həsr olunmuş veloyürüş keçirilib

12:52
28 Oktyabr

Çex Respublikasının Prezidenti Zati-aliləri cənab Petr Pavelə

12:40
28 Oktyabr

Qanda şəkərin miqdarına nəzarət edən tətbiq sınaqdan keçirilir

12:34
28 Oktyabr

Misli Premyer Liqasında XI tur başa çatıb

12:32
28 Oktyabr

“Samsung” ölçüsünü dəyişdirə bilən smart üzük üzərində çalışır

12:28
28 Oktyabr

Yaponiyada seçkilərdə hakim çoxluğun gözlənilməz məğlubiyyəti

12:26
28 Oktyabr

Dünya səyyahları işğaldan azad olunan torpaqların Ermənistan tərəfindən minalarla çirkəndirilməsi barədə məlumatlandırılıb 

12:19
28 Oktyabr

Ali Məhkəmə yanında Elmi-məsləhət şurasının hibrid formatda növbəti iclası keçirilib

12:16
28 Oktyabr

Niderlandlı səyyah: Azad edilən torpaqlarda görülən işlər insanı heyrətləndirir

12:14
28 Oktyabr

Vado Şakarişvili: Seçkilərdə yalnız müxalifətə deyil, Gürcüstanda ikinci cəbhə açmaq istəyən düşmənlərə də qalib gəldik

12:14
28 Oktyabr

BRICS platformasında əməkdaşlığın böyük perspektivləri mövcuddur

11:51
28 Oktyabr

COP29: ekoloji problemlərin həllində yeni mərhələ

11:37
28 Oktyabr

DYP elektron tərəzilərin istifadəyə verilməsi ilə bağlı yükdaşıma fəaliyyəti göstərən şəxslərə müraciət edib

11:36
28 Oktyabr

“Qarabağ”dan 150-ci böyükhesablı qələbə

11:33
28 Oktyabr

Azərbaycanın Baş naziri gürcüstanlı həmkarına təbrik məktubu ünvanlayıb

11:32
28 Oktyabr

Bakıda Azərbaycanın NATO-nun Sülh naminə Tərəfdaşlıq Çərçivə Sənədinə qoşulmasının 30 illiyi münasibətilə dəyirmi masa keçirilib 

11:15
28 Oktyabr

Londonda Zəfər Gününə həsr olunan döyüş turniri keçirilib

10:47
28 Oktyabr

İsveçli rəssamın itmiş sayılan əsəri Niderlandda satışa çıxarılıb

10:45
28 Oktyabr

Dünya səyyahları Xudafərin körpüsü ilə tanış olublar - YENİLƏNİB

10:23
28 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!