25 Oktyabr 2024 13:55
522
İQTİSADİYYAT
A- A+
MSCI agentliyi SOCAR-a ESG üzrə BBB reytinqi verib

MSCI agentliyi SOCAR-a ESG üzrə BBB reytinqi verib

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ESG (Ətraf mühit, Sosial və İdarəetmə) ilə bağlı aparıcı beynəlxalq reytinq agentliyi olan MSCI şirkəti tərəfindən 2024-cü il üzrə BBB ilkin reytinqini əldə edib.

SOCAR-dan AZƏRTAC-a bildirilib ki, ESG üzrə ilkin BBB reytinqi SOCAR-ın karbon emissiyalarının və tullantıların azaldılması, ictimaiyyətlə əlaqələr, biomüxtəliflik, sağlamlıq və təhlükəsizlik, idarəetmə və şəffaflıq sahələrində əldə etdiyi nailiyyətlərin təsdiqidir.

SOCAR Xəzər regionunda bu reytinqi əldə edən ilk enerji şirkəti olmaqla bu göstərici üzrə əksər milli neft şirkətləri ilə müqayisədə daha üstün yer tutub.

Ətraf mühit, sosial siyasət və idarəetmə çərçivəsinin təkmilləşdirilməsini və həyata keçirilməsini əhatə edən intensiv proseslərin nəticəsi olan bu reytinq SOCAR-ın davamlı və dayanıqlı inkişaf strategiyasının, o cümlədən ətraf mühit, sosial siyasət və idarəetmə məsələlərində planlarının uğurla həyata keçirilməsinə təkan verəcək.

Eyni zamanda, qeyd olunub ki, həyata keçirilən layihələrin maliyyələşdirilməsi məqsədilə SOCAR-ın kredit reytinqlərində də müsbət dəyişiklik baş verib. Belə ki, “Fitch” reytinq agentliyi tərəfindən uzunmüddətli kredit reytinq dərəcəsi “BB+/pozitiv” səviyyəsindən cari ildə investisiya səviyyəsi olan “BBB-/sabit” səviyyəsinə yüksəldilib, “Moody’s reytinq agentliyi “Ba1/sabit” reytinq dərəcəsindən “Ba1/pozitiv” reytinq dərəcəsinə artırılıb, “Standard and Poor’s” reytinq agentliyi isə SOCAR-ın “BB-/sabit” reytinqini təsdiq edib.

MSCI ESG reytinqin istifadəsi və məhdudiyyətləri haqqında məlumat:

MSCI ilkin ESG reytinqi və əlaqədar tədqiqat

- Kompensasiya müqabilində “MSCI ESG Research” tərəfindən hazırlanıb;

- Kredit reytinqi və ya kapital tədqiqat hesabatı deyil;

- Heç bir zəmanət və ya dəqiqlik, keyfiyyət, tamlıq və ya faydalılıq zəmanəti olmadan məlumat məqsədləri üçün təqdim edilir;

- Yalnız ilk buraxılış tarixinə qədər qüvvədədir, dəyişdirilə və geri götürülə bilər;

- İnvestisiya təşviqi və ya hər hansı qiymətli kağızları almaq və ya satmaq üçün təklif və ya tövsiyə xarakteri təşkil etmir və nəzərdə tutulmur;

- Tamamilə və ya qismən “MSCI ESG Research”ə şirkət tərəfindən və ya onun adından təqdim edilmiş məlumatlara əsaslanır (MSCI həmin məlumatları etibarlılıq, doğruluq, dəqiqlik, tamlıq nöqteyi-nəzərdən təsdiq etmir, məlumatların bir qismi ictimaiyyətə açıq olmayan məlumat ola bilər);

- “MSCI ESG Research”in yazılı icazəsi olmadan həmin məlumatların sürəti çıxarıla və yayıla bilməz.


“MSCI ESG Research” https://www.msci.com/legal/provisional-rating ünvanında yerləşən məhdudiyyətlərin əlavə müddəaları nəzərə almaqla reytinq və əlaqəli tədqiqat və ya onlardan hər hansı istifadə ilə bağlı məsuliyyət daşımır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya səyyahları Xudafərin körpüsü ilə tanış olublar - YENİLƏNİB

10:23
28 Oktyabr

Prezident İlham Əliyev Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədrini qəbul edib YENİLƏNƏCƏK

10:09
28 Oktyabr

Müdafiə Nazirliyi müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir

10:04
28 Oktyabr

Bakıda bəzi yerlərdə yağış yağacaq - PROQNOZ

09:31
28 Oktyabr

Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü ordularının reytinqində yer alıb

07:52
28 Oktyabr

Şalva Papuaşvili: Gürcüstanın yeni parlamentinin ilk iclası noyabrda keçiriləcək

21:57
27 Oktyabr

“Azərbaycanlılar Gürcüstanın ictimai-siyasi həyatında mühüm rol oynayırlar” - Açıqlama

20:34
27 Oktyabr

Rotterdamda “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası”na həsr olunan konfrans keçirilib 

19:36
27 Oktyabr

Xidmət rəisi: Kanaldan çıxarılan maral Şahdağ Milli Parkında nəzarət altındadır

18:41
27 Oktyabr

Gürcüstan MSK səsvermənin ilkin nəticələrini açıqlayıb

18:36
27 Oktyabr

Beynəlxalq səyahətçilər Kəlbəcər və Laçına səfər ediblər

17:01
27 Oktyabr

Taksi sürücülərinin və daşımalarla bağlı fəaliyyət operatorunun məsul şəxslərinin hazırlığının qiymətləndirilməsi imtahanı keçirilib

16:21
27 Oktyabr

COP29-la bağlı tədbir məkanında nəqliyyat monitorinqləri aparılıb

16:03
27 Oktyabr

Ombudsman və Aparatın əməkdaşları Özbəkistanda seçki prosesini izləyirlər

15:53
27 Oktyabr

“Gürcü Arzusu” partiyası parlamentdə 89 deputat mandatı qazanıb  

15:46
27 Oktyabr

Özbəkistanda parlament seçkiləri keçirilir

15:28
27 Oktyabr

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

15:25
27 Oktyabr

Balaxanı tullantı poliqonunun ətrafında ağacəkmə aksiyası keçirilib

15:22
27 Oktyabr

İrakli Kobaxidze: Gürcü xalqı yeganə, mübahisəsiz seçim etdi, sülhü seçdi

15:18
27 Oktyabr

MN: Seyfəli poliqonunda istismar müddəti başa çatmış döyüş sursatları məhv ediləcək

15:16
27 Oktyabr

Bakıda COP29-la bağlı nəqliyyatın idarə edilməsi üzrə gecə monitorinqləri başa çatıb

14:05
27 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!