22 Oktyabr 2024 08:30
234
SİYASƏT
A- A+
Qərb Gürcüstanı qarşıdurmaya sürükləyir

Qərb Gürcüstanı qarşıdurmaya sürükləyir


Gürcüstan parlament seçkiləri ərəfəsindədir. Oktyabrın 26-da keçiriləcək növbəti seçkilərə yalnız ölkənin özündə deyil, regional və qlobal müstəvidə böyük maraq var. Təsadüfi deyil ki, Gürcüstandakı parlament seçkiləri "geosiyasi seçkilər" kimi də xarakterizə olunur.


Azərbaycanın tərəfdaşı


Ondan başlayaq ki, qonşu ölkədəki seçkilər Azərbaycanda da böyük maraqla izlənilir. Çünki Gürcüstan Azərbaycan üçün dost və tərəfdaş dövlətdir. Məhz bunun nəticəsində hələ ötən əsrin 90-cı illərinin ortalarından etibarən iki dövlətin birgə siyasi iradəsi ilə mühüm iqtisadi layihələr reallaşdırılıb. Daha sonra Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, "Cənub qaz dəhlizi"nin inşası əlaqələrin strateji səviyyədə yüksəlməsini təmin edib. Azərbaycanın qlobal təşəbbüsləri həm də Gürcüstanı regionun tranzit dövlətinə çevirib, onun maliyyə imkanlarının yüksəlməsinə, əhalisinin sosial rifahının yaxşılaşmasına xidmət edib. 

Azərbaycan, eyni zamanda Gürcütana sərmayə yatıran əsas ölkədir. SOCAR-ın xətti ilə Gürcüstanda görülən işlər bu ölkənin iqtisadiyyatının inkişafına, dövlət büdcəsinin formalaşmasına böyük töhfələr verir.

Prezident İlham Əliyevlə Gürcüstanın baş naziri İrakli Kobaxidze arasındakı şəxsi təmaslar, qarşılıqlı səfərlər, görüşlər, iki ölkə arasında münasibətlərin inkişafına böyük töhfələr verir. Azərbaycan-Gürcüstan münasibətləri, eyni zamanda regionda sülh və təhlükəsizliyin qorunmasında və möhkəmləndirilməsində böyük rol oynayır.  Bu baxımdan Cənubi Qafqazın gələcəyi ilk növbədə Azərbaycan və Gürcüstandan, bu iki dövlət arasındakı münasibətlərdən asılıdır. Ona görə də qonşu ölkədəki parlament seçkilərində hazırkı hakim partiyanın qələbəsi Azərbaycanın maraqlarına uyğundur.


Parlament seçkilərinin nəticələri Qərbin avantüralarını iflasa uğradacaq


O da aydındır ki, Cənubi Qafqazda maraqları olan Qərb müxtəlif siyasi alətlərlə regiona təsir imkanlarının olmasına çalışır. ABŞ və Fransa Ermənistanda buna nail olublar. Ermənistan cəmiyyətində Soros Fondu və USAİD başda olmaqla Qərbin maraqlarına xidmət edən təşkilatların maliyyələşdirdiyi QHT və media qurumları demokratiya pərdəsi altında meydan sulayır, ictimai rəyin formalaşmasına böyük təsirlər göstərirlər.

Gürcüstanda da QHT-lərin böyük qismi Qərbin maliyyə yardımı ilə fəaliyyətdədir. Lakin son dövrlərdə Gücrüstanın xüsusi xidmət orqanları Qərbdən maliyyələşən bir sıra QHT-lərin fəaliyyətinin ölkədə qarşıdurma və ideoloji dəyişikliklər yaratmaq məqsədlərinə xidmət etdiyini müəyyənləşdiriblər. Bir neçə ay əvvəl Gürcüstanda qəbul edilən "Xarici təsirin şəffaflığı haqqında" qanun məhz həmin təşkilatların qanunsuz fəaliyyətinin qarşısına sipər çəkib. Belə ki, sözügedən qanun QHT-lərin öz maliyyələri haqqında deklarasiyalarını nəzərdə tutur. Yəni QHT-lər maliyyənin haradan və hansı məqsədlər üçün daxil olduğu barədə məlumat verməlidirlər. Bu isə Qərbin məkrli maraqlarına cavab vermədəyindən son aylarda həm ABŞ, həm Avropa İttifaqı Gürcüstana qarayaxma kampaniyasına başlayıblar. Aİ Gürcüstanın üzvlük prosesini faktiki olaraq dayandırıb. Habelə Aİ Gürcüstana yüksəksəviyyəli səfərlər etməmək və Gürcüstan hökumətinin nümayəndələri ilə Brüsseldə görüşlər keçirməmək barədə qərar qəbul edib.

"Xarici təsirin şəffaflığı haqqında" qanun isə Qərb ölkələrində də qəbul olunub. Göründüyü kimi Qərb yenə ikili standartlardan çıxış edir, bu dəfə müstəqil siyasət yürüdən Gürcüstanla bağlı məkrli mövqe ortaya qoyur. Azərbaycana olduğu kimi, Qərb siyasi dairələrinin Gürcüstana da təzyiq etməsi onun daxili işlərinə müdaxilə etməyə, onu daxili qarşıdurmaya sürükləməyə çalışır. Qarşıdan gələn seçki günü də onların ölkədə təxribatlara cəhd göstərəcəkləri istisna olunmur. Artıq Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti parlament seçkiləri ərəfəsində planlaşdırılan təxribat barədə xəbərdarlıq edib. 

Əlbəttə, gürcü xalqı kimin kim olduğunu yaxşı bilir. Ona görə yaxın qonşumuz bu sınaqdan uğurla çıxacaq. Gürcüstandakı seçkilərin nəticələri Qərbin bu ölkə və Cənubi Qafqazla bağlı məkrini iflasa uğradacaq.


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə

02:54
26 Oktyabr

"Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 noyabr tarixli 636 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

02:53
26 Oktyabr

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 2 aprel tarixli 46 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

02:53
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol"un təsdiq edilməsi barədə

02:52
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi"nin təsdiq edilməsi haqqında

02:52
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:51
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol"un təsdiq edilməsi barədə

02:51
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Tranzit Ticarət Sazişi"nin təsdiq edilməsi haqqında

02:50
26 Oktyabr

"Avropa Yenidənqurma və İnkişaf Bankının təsis edilməsi haqqında" Sazişdə dəyişikliklərin təsdiq edilməsi barədə

02:50
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Özbəkistan Respublikası ərazisində müvəqqəti işləyən Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycan Respublikası ərazisində müvəqqəti işləyən Özbəkistan Respublikası vətəndaşlarının əmək fəaliyyəti və hüquqlarının müdafiəsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:49
26 Oktyabr

"Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Özbəkistan Respublikasının Milli Qvardiyası arasında əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:49
26 Oktyabr

"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" və "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunlarında dəyişiklik edilməsi barədə

02:48
26 Oktyabr

Türkiyə və Şimali Kipr mediası İlham Əliyevlə Nikol Paşinyanın sammitdəki görüşünü geniş işıqlandırıb

02:46
26 Oktyabr

Azərbaycanın XVI BRICS Sammitində iştirakı: Multilateralizmin əsasları

02:45
26 Oktyabr

Avropa Parlamentinin qətnaməsi Cənubi Qafqazdakı reallığı dəyişmək gücündə deyil

02:44
26 Oktyabr

"Avropa Parlamentinin qəbul etdiyi qətnamələr Azərbaycan üçün heç bir önəm daşımır"

02:43
26 Oktyabr

Avropa Parlamenti BMT TŞ-nin qətnamələri ilə maraqlanmayıb

02:42
26 Oktyabr

Qubadlının azad edilməsi tarixi Qələbəmizi yaxınlaşdırdı

02:41
26 Oktyabr

"Erməni bölmələri itirdiyi mövqeləri bərpa etməyə dəfələrlə cəhd göstərdilər"

02:40
26 Oktyabr

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2021-ci il 19 fevral tarixli 1290 nömrəli, “Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti haqqında Əsasnamənin, Xidmətin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” 2021-ci il 22 dekabr tarixli 1509 nömrəli və “Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamənin, Agentliyin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” 2021-ci il 22 dekabr tarixli 1510 nömrəli fərmanlarının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

02:33
26 Oktyabr

Azercell abunəçilərinin nəzərinə

02:32
26 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!