22 Oktyabr 2024 08:40
287
SİYASƏT
A- A+
Nikol Paşinyandan acı etiraf

Nikol Paşinyandan acı etiraf



Hərbi yaşda olan gənclərin yarısından az hissəsinin orduya cəlb olunması səbəbsiz deyil


Ermənistanda həmişəki kimi yenə də silahlı qüvvələrdə böyük problemlər yaşanır. Ümumiyyətlə, buradakı durum erməni ordusunda qanunsuzluqların hökm sürdüyünü, korrupsiya və rüşvətxorluğun getdikcə daha geniş miqyas aldığını göstərir.  

Bunu ölkənin baş naziri Nikol Paşinyan da etiraf edib. O bildirib ki, hərbi yaşda olan vətəndaşların yarısından az hissəsi orduya cəlb olunur: "Bu o deməkdir ki, ya bizim nəslin səhhətində ciddi problemlər var, ya da bu sahə korrupsiya üçün ən çiçəklənən mühit olaraq qalır. Tibb rəsmiləri, hərbçilər və ictimaiyyət bu sahədə bir-biri ilə müttəfiqdirlər". 

Göründüyü kimi, postmüharibə dövründə yaranmış kriminogen vəziyyət gənclərin hərbi xidmətdən yayınmalarına da səbəb olur. Gənclər ordudan yayınmağın yeni metodlarını tapırlar. Belə ki, indi Ermənistan gəncləri cinsi azlıqlara mənsub olmaları barədə hərbi komissarlıqlara arayış təqdim edərək hərbi xidmətdən yayınır, sonra isə ölkəni tərk edirlər.

Ermənistan ordusu təkcə çağırışçıların sayının sürətlə azalmasına görə problem yaşamır, bu ölkənin silahlı qüvvələrinin maddi-texniki təchizatında da əvvəlki kimi böyük çətinliklər mövcuddur. Eyni zamanda orduda nizam-intizam pozuntularının, fərariliyin, ölüm hallarının, digər bu kimi mənfi tendensiyaların miqyası durmadan genişlənməkdə davam edir.

Erməni hüquq müdafiəçisi Zaruhi Hovhannisyan deyib ki, mülki həyatda baş verən hadisələrlə orduda baş verənləri müqayisə etmək yolverilməzdir, çünki dövlətin himayəsində fəaliyyət göstərən struktur daxilində törədilən hər hansı cinayət, hüquq pozuntusu mülki həyatda baş verən münasibətlərlə tamamilə müqayisə olunmazdır. Onun sözlərinə görə, Ermənistanda dövlətin birbaşa himayəsində fəaliyyət göstərən strukturlar arasında ordu, penitensiar sistem, qapalı və yarımqapalı müəssisələr, xüsusi qayğı müəssisələri yer alır. "Mülki həyatda insan səhhətində problem olanda istədiyi vaxt tibb müəssisəsinə müraciət edə bilər, orduda isə kimsə istənilən vaxt hərbi hissəni tərk edə, "özümü pis hiss edirəm" deyə və mülki xəstəxanaya gedə bilərmi? Dövlətin vəzifəsi tez reaksiya vermək və həmin şəxsin sağlamlıq problemini həll etməkdir" - deyə Hovhannisyan qeyd edib.

Hovhannisyan bildirib ki, 15 gündə Ermənistan ordusunda 3 itki olub, Paşinyan isə insanları oğullarını ordudan qaçırmaqda ittiham edir.

Ermənistanın  "Qolos Armenii" nəşri  "Əsgərlərimiz niyə özlərini öldürürlər?" adlı məqalə yayımlayıb və bu vəziyyəti kəskin tənqid edib. Nəşr, eyni zamanda hökumətin fəaliyyətsizliyini ön plana çəkib. Məqalədə orduda mənəvi-psixoloji vəziyyətin son dərəcə ağır olması da diqqətdən yayınmayıb. Bunun bir çox səbəbi göstərilsə də, ən başlıcası Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi tarixi qələbədir. Bu qələbə Ermənistanda təkcə siyasi səhnədə deyil, ordu daxilində də ciddi böhran yaradıb. Rəsmi İrəvanın məğlubiyyəti ilə nəticələnən bu müharibə ölkədə yalnız siyasi çaxnaşma yaratmadı, eyni zamanda hərbi sistemin tamamilə çökməsinə və əsgərlər arasında mənəvi çöküntünün dərinləşməsinə səbəb oldu. İşin maraqlı tərəfi odur ki, məğlubiyyətin yaratdığı sarsıntılar yalnız fərdi əsgərlərlə məhdudlaşmır, bütün hərbi strukturlara sirayət edir. Bu gün Ermənistan ordusunda artan əsgər ölümləri və intizamsızlıq halları bir daha göstərir ki, bu ölkədə hərbi sistem dərin böhranla üz-üzədir. Son dörd ilin statistikası bu reallığı açıq-aşkar əks etdirir.

Ermənistanda hərbi itkilərin sayında nəzərəçarpacaq dərəcədə artım var ki, bu da cəmiyyətin narazılığını daha da körükləyir. Problem təkcə hərbi məğlubiyyətin nəticəsi deyil, həm də hökumətin siyasi iradəsizliyinin və Ermənistanın son dərəcə uğursuz daxili siyasətinin göstəricisidir. 

Məqalədə 13 oktyabrda Mehri hərbi hissəsində Aqasi Dallakyanın odlu silah yarası ilə ölü tapılması da qeyd olunub. Bu artıq orduda baş verən növbəti döyüşsüz itkidir. Oktyabrın 6-da Vaqe Arutyunyanın cəsədi aşkar edilmiş və intihar etdiyi bildirilmişdi. Bu hadisələr Ermənistan ordusunda baş verən faciələrin sistemli bir problemin nəticəsi olduğunu göstərir. Məqalədə vurğulanan statistikaya görə, bu il Ermənistan ordusunda döyüş meydanından uzaq şəraitdə baş verən ölüm halları artıq 30-dan çoxdur.

Bu vəziyyətdə valideynlər üçün ən yaxşı çıxış yolu övladlarını orduda xidmətə göndərməkdən yayındırmaq, mümkün olduğu halda onları ölkə xaricinə qaçırmaqdır.


Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə

02:54
26 Oktyabr

"Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 noyabr tarixli 636 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

02:53
26 Oktyabr

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 2 aprel tarixli 46 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

02:53
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol"un təsdiq edilməsi barədə

02:52
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi"nin təsdiq edilməsi haqqında

02:52
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:51
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol"un təsdiq edilməsi barədə

02:51
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Tranzit Ticarət Sazişi"nin təsdiq edilməsi haqqında

02:50
26 Oktyabr

"Avropa Yenidənqurma və İnkişaf Bankının təsis edilməsi haqqında" Sazişdə dəyişikliklərin təsdiq edilməsi barədə

02:50
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Özbəkistan Respublikası ərazisində müvəqqəti işləyən Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycan Respublikası ərazisində müvəqqəti işləyən Özbəkistan Respublikası vətəndaşlarının əmək fəaliyyəti və hüquqlarının müdafiəsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:49
26 Oktyabr

"Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Özbəkistan Respublikasının Milli Qvardiyası arasında əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:49
26 Oktyabr

"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" və "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunlarında dəyişiklik edilməsi barədə

02:48
26 Oktyabr

Türkiyə və Şimali Kipr mediası İlham Əliyevlə Nikol Paşinyanın sammitdəki görüşünü geniş işıqlandırıb

02:46
26 Oktyabr

Azərbaycanın XVI BRICS Sammitində iştirakı: Multilateralizmin əsasları

02:45
26 Oktyabr

Avropa Parlamentinin qətnaməsi Cənubi Qafqazdakı reallığı dəyişmək gücündə deyil

02:44
26 Oktyabr

"Avropa Parlamentinin qəbul etdiyi qətnamələr Azərbaycan üçün heç bir önəm daşımır"

02:43
26 Oktyabr

Avropa Parlamenti BMT TŞ-nin qətnamələri ilə maraqlanmayıb

02:42
26 Oktyabr

Qubadlının azad edilməsi tarixi Qələbəmizi yaxınlaşdırdı

02:41
26 Oktyabr

"Erməni bölmələri itirdiyi mövqeləri bərpa etməyə dəfələrlə cəhd göstərdilər"

02:40
26 Oktyabr

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2021-ci il 19 fevral tarixli 1290 nömrəli, “Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti haqqında Əsasnamənin, Xidmətin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” 2021-ci il 22 dekabr tarixli 1509 nömrəli və “Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamənin, Agentliyin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” 2021-ci il 22 dekabr tarixli 1510 nömrəli fərmanlarının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

02:33
26 Oktyabr

Azercell abunəçilərinin nəzərinə

02:32
26 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!