22 Oktyabr 2024 08:25
221
SİYASƏT
A- A+
Hayastanın müstəqil siyasi kursu yoxdur

Hayastanın müstəqil siyasi kursu yoxdur


Bu səbəbdən də İrəvan sülh razılaşmasını uzatmağa çalışır


"Ermənistanın və Avropadakı havadarlarının süni ara qarışdırmasına baxmayaraq, Azərbaycan rəsmən bütün görüş və toplantılarda sülh çağırışlarına sadiqliyini nümayiş etdirir. Buna baxmayaraq, Ermənistanın hərbi büdcəsini durmadan artırması, həm əvvəlki mənbələrdən, həm də yeni təchizatçılardan külli miqdarda hücum silahları alması, eləcə də konstitusiya dəyişiklikləri həyata keçirməməsi normallaşma prosesinə xələl gətirir". 

Bu sözləri "Azərbaycan" qəzetinə Milli Məclisin deputatı Kamran Bayramov deyib. O bildirib ki, Ermənistan iki ildir bu və ya digər bəhanələrlə, ləngitmələrlə sülhün gerçəkləşməsini əngəlləyir. Aparılan müzakirələrdə müddəaların bir çoxunun razılaşdırıldığı deyilsə də, Ermənistanın Azərbaycanın hüquqi çağırışlarına cavab verməməsi qəbuledilməzdir. Bakı regionda əbədi və dayanıqlı normallaşma prosesi istədiyini rəsmən bəyan etsə də, Ermənistan buna qarşılıq verməkdən yayınmağa çalışır və sülhün imzalanması vaxtını süni şəkildə uzadır. "Ermənistan rəsmilərinin sülh sazişi layihəsini, razılaşdırılmamış müddəalar çıxarılmaqla imzalanması çağırışını və ikitərəfli münasibətlərdə mövcud problemlərin həllini növbəti mərhələyə saxlamaq cəhdlərini isə  Azərbaycan  haqlı olaraq qəbul etmir.  Bu gün Azərbaycanın təqdim etdiyi şərtlər beynəlxalq hüquqa söykənməklə, dövlətlərin bir-birilərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması, o cümlədən nəqliyyat və kommunikasiyaların açılışı və bu kimi perspektivlər vəd ediən müddəalardır", - deyə K.Bayramov əlavə edib. 

Deputat qeyd edib ki, Ermənistan həqiqətən sülh istəyirsə, konstitusiyasını dəyişdirməlidir. Sülh sazişinin təməl prinsipi iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanıması deməkdir. Göründüyü kimi, bu gün Ermənistan sülh razılaşmasını uzatmağa çalışır, yəni onun müstəqil dövlət siyasi kursu yoxdur. Ermənistanda baş nazir, Təhlükəsizlik Şurasının katibi, parlament sədri və digər səlahiyyətli şəxslərin hər biri müxtəlif çıxışlar edirlər. Buna görə də Ermənistanda hansı dövlət xadiminin mövqeyinin əsas götürülməsi qeyri-müəyyəndir. Ermənistanın tarixi məsuliyyəti Nikol Paşinyanın üzərində olmasına baxmayaraq, o, qeyri-ciddi siyasi xadimdir, müstəqil addım atmır və xaricdən gələn təlimatları icra edir. Paşinyan bu gün özünü beynəlxalq aləmə sülhpərəst kimi təqdim edir, amma əməldə Azərbaycanla konfrantasiyaya getməyə üstünlük verərək çirkin manipulyasiyalarından əl çəkmək istəmir. 

Siyasətçi bildirib ki, erməni rəsmiləri publika qarşısında sülh sazişinin imzalanmasına hazır olduqlarını bildirsələr də, əməldə bunun əksini həyata keçirirlər: "Bununla da Paşinyan və havadarları Ermənistanın sülh müqaviləsini imzalamağa hazır olduğunu, Azərbaycanın isə hələ də bunu imzalamağa hazır olmadığını göstərməyə çalışırlar.  Ona görə də belə yarımçıq sənədi imzalamağı qarşılarına hədəf qoyublar. Halbuki, Paşinyan rəsmi Bakının bu məsələləri müzakirə belə etməyəcəyini çox yaxşı başa düşür. Belə yarımçıq sənədlər heç kimə lazım deyil. Çünki Azərbaycan bütün müddəaları təsdiq edilmiş, beynəlxalq zəmanətli, iki ölkə arasında həqiqi sülhü özündə ehtiva edən sənəd imzalamağı nəzərdə tutur".


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə

02:54
26 Oktyabr

"Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 noyabr tarixli 636 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

02:53
26 Oktyabr

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 2 aprel tarixli 46 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

02:53
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol"un təsdiq edilməsi barədə

02:52
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi"nin təsdiq edilməsi haqqında

02:52
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:51
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol"un təsdiq edilməsi barədə

02:51
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Tranzit Ticarət Sazişi"nin təsdiq edilməsi haqqında

02:50
26 Oktyabr

"Avropa Yenidənqurma və İnkişaf Bankının təsis edilməsi haqqında" Sazişdə dəyişikliklərin təsdiq edilməsi barədə

02:50
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Özbəkistan Respublikası ərazisində müvəqqəti işləyən Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycan Respublikası ərazisində müvəqqəti işləyən Özbəkistan Respublikası vətəndaşlarının əmək fəaliyyəti və hüquqlarının müdafiəsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:49
26 Oktyabr

"Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Özbəkistan Respublikasının Milli Qvardiyası arasında əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:49
26 Oktyabr

"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" və "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunlarında dəyişiklik edilməsi barədə

02:48
26 Oktyabr

Türkiyə və Şimali Kipr mediası İlham Əliyevlə Nikol Paşinyanın sammitdəki görüşünü geniş işıqlandırıb

02:46
26 Oktyabr

Azərbaycanın XVI BRICS Sammitində iştirakı: Multilateralizmin əsasları

02:45
26 Oktyabr

Avropa Parlamentinin qətnaməsi Cənubi Qafqazdakı reallığı dəyişmək gücündə deyil

02:44
26 Oktyabr

"Avropa Parlamentinin qəbul etdiyi qətnamələr Azərbaycan üçün heç bir önəm daşımır"

02:43
26 Oktyabr

Avropa Parlamenti BMT TŞ-nin qətnamələri ilə maraqlanmayıb

02:42
26 Oktyabr

Qubadlının azad edilməsi tarixi Qələbəmizi yaxınlaşdırdı

02:41
26 Oktyabr

"Erməni bölmələri itirdiyi mövqeləri bərpa etməyə dəfələrlə cəhd göstərdilər"

02:40
26 Oktyabr

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2021-ci il 19 fevral tarixli 1290 nömrəli, “Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti haqqında Əsasnamənin, Xidmətin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” 2021-ci il 22 dekabr tarixli 1509 nömrəli və “Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamənin, Agentliyin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” 2021-ci il 22 dekabr tarixli 1510 nömrəli fərmanlarının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

02:33
26 Oktyabr

Azercell abunəçilərinin nəzərinə

02:32
26 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!