22 Oktyabr 2024 08:15
353
SİYASƏT
A- A+
Azərbaycanın BRICS-ə qoşulması...

Azərbaycanın BRICS-ə qoşulması...


Bu, təşkilatın beynəlxalq mövqeyini möhkəmləndirə bilər


Oktyabrın 22-24-də Kazanda BRICS-in sammiti keçiriləcək. BRICS-ə marağın artdığı bir dövrdə təşkilatın keçirəcəyi bu zirvə toplantısı xüsusilə diqqət mərkəzindədir. Hazırda bir çox ölkə bu təşkilata üzv olmaq niyyətindədir. 10 üzvü olan təşkilata ölkəmiz də qoşulmaq üçün rəsmi məktub ünvanlayıb. Kazanda baş tutacaq sammitdə tərəfdaşlıqla bağlı məsələlərin müzakirə olunacağı və müraciətlərə cavab veriləcəyi gözləniləndir. 

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Roza Bayramlı "Azərbaycan" qəzetinə açıqlamasında xatırladıb ki, Azərbaycan BRICS-ə üzvlük üçün avqust ayında rəsmi müraciət ünvanlayıb. Sözügedən təşkilata qoşulmaq arzusu Azərbaycan tərəfindən ilk dəfə olaraq iyulun 3-də Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı zamanı qəbul olunan "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə"də ifadə edilib. Həmin bəyannamədə Çin tərəfinin bu məsələyə dəstək verdiyi də bildirilib. 11 iyul tarixdə Sankt-Peterburq şəhərində BRICS ölkələrinin X Parlament Forumunun plenar iclası zamanı Milli Məclisin Sədri Sahibə Qafarova  Bakının birliyə qoşulmaqda maraqlı olduğunu bildirərək, təşkilat ilə əməkdaşlığın genişlənməsinin ümumi məqsədlərə nail olmağa kömək edəcəyini bildirib.

Ekspert deyib ki, BRICS-in dövlətlər birliyi olaraq faktiki əsası 2006-cı ilin iyun ayında Braziliya, Rusiya, Hindistan və Çinin iqtisadiyyat nazirlərinin iştirakı ilə qoyulub: "Təşkilatın ilk sammiti 16 iyun 2009-cu ildə keçirilib və bundan sonra təşkilata üzv dövlətlərin nümayəndələri ənənəvi olaraq ildə bir dəfə rəsmi sammitlərdə görüşür, iqtisadiyyat və geosiyasət çərçivəsində aktual məsələləri müzakirə edir, infrastruktur, mədəniyyət, idman və digər sahələr üzrə layihələrə dair əməkdaşlığı genişləndirirlər. Sammitlərin yekununda ənənəvi olaraq deklarasiya qəbul edilir".

R.Bayramlı qeyd edib ki, BRICS böyük əmək bazarına və iqtisadi resurslara malik ölkələrdən ibarətdir. Belə ki, təşkilata üzv olan ölkələr birlikdə alıcılıq qabiliyyəti pariteti baxımından qlobal ümumi daxili məhsulun 35,6 faizini təşkil edirlər. Bundan başqa, dünya əhalisinin təqribən 45 faizi təşkilata üzv olan ölkələrdə məskunlaşıb. BRICS-ə üzv olan ölkələr əsasən 3 istiqamət üzrə əməkdaşlıq edirlər: siyasi və təhlükəsizlik, maliyyə və iqtisadiyyat, mədəni-xalqarası münasibətlər. Təşkilata üzv ölkələr eləcə də kütləvi qırğın silahlarının yayılmasına, eyni zamanda kibercinayətkarlığa qarşı mübarizə aparırlar. Bunları nəzərə alaraq, təşkilatın geniş potensiala malik olmasını demək olar. Hazırda platforma məşvərət xarakteri daşısa da, gələcəkdə onun institusionallaşması mümkündür. 

"2023-cü il avqustun 22-də BRICS-in Yohannesburq şəhərində keçirilən 15-ci sammiti çərçivəsində üzv dövlətlər tərəfindən vahid ehtiyat valyutasının yaradılması məsələsi qaldırılıb. Vahid valyutanın yaradılması ideyasının əsas səbəbi ABŞ dolları və avrodan asılılığın azaldılması, BRICS ölkələrinin iqtisadiyyatlarının özünü təmin etməsini gücləndirmək arzusu olub. Eyni zamanda milli iqtisadiyyatlara ziyan vuracaq insidentlərin qarşısını almaq üçün milli valyutaların ləğvi də nəzərdə tutulmayıb. Vahid valyutanın yaradılması təşkilata üzv olan ölkələr arasında ticarəti asanlaşdırmağa, sənaye və infrastruktur üzrə bir sıra layihələrin maliyyələşdirilməsini təmin etməyə kömək edə bilər", - deyə o əlavə edib.

Siyasi təhlilçi bildirib ki, BRICS beynəlxalq arenada yalnız vacib oyunçu kimi deyil, həm də "Böyük yeddilik" qrupundan fərqli olaraq, inkişaf etməkdə olan ölkələrin formalaşma mərhələsində fəaliyyət göstərən bir institut kimi çıxış edir. BRICS-i bəzən Qərb ölkələrinə qarşı yaradılmış platforma kimi təqdim etsələr də, təşkilata üzv olan əksər ölkələr çoxtərəfliliyin təşviq edilməsinin, ortaq problemlərin birgə həllinin, üzv ölkələr arasında münasibətlərin tənzimlənməsinin tərəfdarıdırlar. BRICS kimi beynəlxalq platformalara qoşulmağın Azərbaycan üçün əhəmiyyəti ondan ibarətdir ki, bununla yeni tərəfdaşlar toplamaq və səsini dünya ictimaiyyətinə çatdırmaq imkanı yaradır, bunlar da təhlükəsizliyin təmin olunmasında vacib faktorlardır.

Ekspert vurğulayıb ki, bundan başqa, platformaya üzv olmaq həm də turizm idxalı və birbaşa investisiyaların cəlbi kontekstində Azərbaycana maraqlı ola bilər. Eləcə də qeyd etmək lazımdır ki, ölkəmiz təşkilata üzv olan Rusiya, Çin və Hindistan ilə nəqliyyat layihələri üzrə geniş əməkdaşlıq edir. Azərbaycanın BRICS üçün strateji əhəmiyyəti əsasən onun coğrafi mövqeyi, iqtisadi resursları və xarici siyasət prioritetləri ilə bağlıdır. BRICS ölkələri üçün Azərbaycanla əməkdaşlıq enerji resurslarının şaxələndirilməsi və enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verən enerji strategiyasının mühüm elementi ola bilər. Azərbaycanın təşkilata qoşulması birliyin beynəlxalq arenadakı mövqeyini möhkəmləndirə, üzv ölkələr arasında iqtisadi və enerji əməkdaşlığına töhfə verə, çoxqütblülük və qlobal nizamın islahatı ideyalarına dəstək ola bilər. Həmçinin Azərbaycan iqtisadiyyatının müasirləşməsinin sürətlənməsini və dünya arenasında mövqeyinin möhkəmlənməsini təmin edəcək mexanizmlərin cəlb olunmasına gətirib çıxara bilər.

Hazırda təşkilata üzv olmaq istəyən ölkələrin sayının artdığını deyən R.Bayramlı bildirib ki, 40-dan çox ölkə təşkilata qoşulmaqda maraqlı olduğunu bildirir: "Bununla da təşkilatın gələcəkdə genişlənmə ehtimalı yüksəkdir. Buna baxmayaraq, bu ilin iyun ayında Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, BRICS-ə üzv olan ölkələr təşkilatın genişlənməsini müvəqqəti dayandırırlar. Lakin bununla paralel olaraq, təşkilata tərəfdaş dövlətlər kateqoriyası üzərində işlər aparılır. 

R.Bayramlı xatırladıb ki, bu ilin avqust ayında Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov isə Rusiya tərəfinin Azərbaycanın BRICS-ə üzvlüklə bağlı müraciətini dəstəklədiyini, lakin təşkilatla bağlı bütün qərarların konsensusla qəbul olunduğunu bildirib: "Bununla belə, S.Ryabkov qeyd edib ki, Kazan sammitinə qədər tərəfdaş dövlətlərin siyahısı üzərində iş aparılacaq. Bunları nəzərə alaraq, sammitdə Azərbaycanın tərəfdaş dövlət statusu qazana biləcəyini ehtimal etmək olar".


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə

02:54
26 Oktyabr

"Azərbaycan Milli Ensiklopediyası redaksiya heyətinin yeni tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 noyabr tarixli 636 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

02:53
26 Oktyabr

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 2 aprel tarixli 46 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyəti haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə

02:53
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol"un təsdiq edilməsi barədə

02:52
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi"nin təsdiq edilməsi haqqında

02:52
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:51
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında 2007-ci il 2 may tarixli Sazişə əlavə və dəyişikliklər edilməsinə dair Protokol"un təsdiq edilməsi barədə

02:51
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Tranzit Ticarət Sazişi"nin təsdiq edilməsi haqqında

02:50
26 Oktyabr

"Avropa Yenidənqurma və İnkişaf Bankının təsis edilməsi haqqında" Sazişdə dəyişikliklərin təsdiq edilməsi barədə

02:50
26 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Özbəkistan Respublikası ərazisində müvəqqəti işləyən Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycan Respublikası ərazisində müvəqqəti işləyən Özbəkistan Respublikası vətəndaşlarının əmək fəaliyyəti və hüquqlarının müdafiəsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:49
26 Oktyabr

"Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Özbəkistan Respublikasının Milli Qvardiyası arasında əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:49
26 Oktyabr

"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" və "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya qanunlarında dəyişiklik edilməsi barədə

02:48
26 Oktyabr

Türkiyə və Şimali Kipr mediası İlham Əliyevlə Nikol Paşinyanın sammitdəki görüşünü geniş işıqlandırıb

02:46
26 Oktyabr

Azərbaycanın XVI BRICS Sammitində iştirakı: Multilateralizmin əsasları

02:45
26 Oktyabr

Avropa Parlamentinin qətnaməsi Cənubi Qafqazdakı reallığı dəyişmək gücündə deyil

02:44
26 Oktyabr

"Avropa Parlamentinin qəbul etdiyi qətnamələr Azərbaycan üçün heç bir önəm daşımır"

02:43
26 Oktyabr

Avropa Parlamenti BMT TŞ-nin qətnamələri ilə maraqlanmayıb

02:42
26 Oktyabr

Qubadlının azad edilməsi tarixi Qələbəmizi yaxınlaşdırdı

02:41
26 Oktyabr

"Erməni bölmələri itirdiyi mövqeləri bərpa etməyə dəfələrlə cəhd göstərdilər"

02:40
26 Oktyabr

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2021-ci il 19 fevral tarixli 1290 nömrəli, “Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti haqqında Əsasnamənin, Xidmətin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” 2021-ci il 22 dekabr tarixli 1509 nömrəli və “Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi haqqında Əsasnamənin, Agentliyin strukturunun, hərbi qulluqçularının və mülki işçilərinin say həddinin, ali zabit heyəti vəzifələrinin siyahısının təsdiq edilməsi barədə” 2021-ci il 22 dekabr tarixli 1510 nömrəli fərmanlarının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

02:33
26 Oktyabr

Azercell abunəçilərinin nəzərinə

02:32
26 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!