15 Sentyabr 2024 12:39
72
Mədəniyyət
A- A+
“Mir Cəlal “Nizami Gəncəvi Dünyası” kitabının təqdimatı olub

“Mir Cəlal “Nizami Gəncəvi Dünyası” kitabının təqdimatı olub


“Ədibin Evi” və Türk Mədəniyyəti və İrsi Fondunun ortaq layihəsi olan “Mir Cəlal "Nizami Gəncəvi dünyası" kitabı işıq üzü görüb.

AZƏRTAC xəbər verir ki, kitab "Türk dünyasının görkəmli şəxsiyyətləri" seriya nəşrlərinin bir hissəsidir. Bu seriyadan ilk nəşr Prezident İlham Əliyevin Sərəncamı ilə bu il 530 illik yubileyi qeyd edilən dahi şair Məhəmməd Füzuli haqqında "Heydər Əliyev və Məhəmməd Füzuli" kitabıdır.

Türk Mədəniyyəti və İrsi Fondunun baş qərargahında keçirilən təqdimat mərasimində görkəmli yazıçılar, şairlər, ədəbiyyatşünaslar, eləcə də türk dünyasının Bakıdakı diplomatik korpusunun nümayəndələri və aparıcı media üzvləri iştirak ediblər.

Tədbirdə çıxış edən “Ədibin Evi”nin icraçı direktoru Şəfəq Mehrəliyeva vurğulayıb ki, Nizami türk dünyası ədəbiyyatının sütun imzalarındadnıdr. Onun irsi yarandığı gündən əsərlərində tərənnüm etdiyi bəşəri dəyərlərlə yanaşı, Türk təfəkkürünü təbliğ etdiyinə görə Türk dünyasında nümunə, ilham və təlqin mənbəyinə çevrilib. Nizaminin əsərlərində yunan, hind və dünyanın digər Şərq xalqlarının tarixinə və fəlsəfəsinə yer verildiyi qədər qədim oğuz-qıpçaq ənənələri ilə bağlı atalar sözləri və məsəllər istifadə edilir. Belə bir vəhdətlə Nizami bizə XI əsrdən bu günə müasir azərbaycanlının və azərbaycançılığın simasını cızır.

Türk Mədəniyyəti və İrsi Fondu prezidenti Aktotı Raimkulova Fondun Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü, Qazaxıstan, Qırğız və Türkiyə respublikalarının dövlət başçılarının dəstəyi ilə yaradıldığını xatırladaraq bildirib ki, təşkilat bu günə qədər türk mədəniyyətinin və irsinin dünyada tanıdılması istiqamətində bir sıra layihələrə imza atıb. “Türk dünyasının görkəmli şəxsiyyətləri” seriyası ilə yanaşı, Fond, həmçinin “Türk dünyasının ədəbi inciləri” və “Türk dünyasının elmi inciləri” adlı kitab seriyası da nəşr edir.


Aktotı Raimkulova, eyni zamanda, qeyd edib: “İnanırıq ki, bu nəşr kitabsevərlər tərəfindən yüksək rəğbətlə qarşılanacaq və Azərbaycan oxucularında həm dahi Nizami Gəncəvinin bədii irsinin dərindən öyrənilməsi, həm də görkəmli alim, professor, elm xadimi, yazıçı Mir Cəlalın elmi-bədii yaradıcılığına olan böyük marağı daha da artıracaq”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1127-VIQD nömrəli Qanununun, Azərbaycan Respublikası Prezidentinin “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1127-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” 2024-cü il 30 may tarixli 76 nömrəli və “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Dövlət Teleradio Verilişləri Şirkəti haqqında Əsasnamənin təsdiq edilməsi barəsində” Azərbaycan Respublikası Prezidentinin 1991-ci il 25 aprel tarixli 207 nömrəli Fərmanının ləğv edilməsi haqqında” 2024-cü il 30 may tarixli 77 nömrəli fərmanlarının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

15:06
17 Sentyabr

Ekoloq: Azərbaycan COP29-a ev sahibliyi etməklə qlobal liderlik missiyasını öz üzərinə götürüb

15:04
17 Sentyabr

56 nömrəli marşrut avtobusuna hücum edənlər polis tərəfindən saxlanılıb

15:02
17 Sentyabr

İranlı aparıcı işdən qovuldu

14:58
17 Sentyabr

İranda dəhşətli qəza: 10-dan çox ölü, 41 yaralı var

14:55
17 Sentyabr

Bayden Trampla əlaqə saxlaya bilmir 

14:48
17 Sentyabr

Qazaxıstan Prezidenti Almaniyaya Xəzər vasitəsilə yaşıl energetika layihəsində iştirak etməyi təklif edib

14:32
17 Sentyabr

XİN: Niderland Azərbaycana və postmünaqişə dövründə regiondakı vəziyyətə münasibətdə növbəti dəfə qərəzli yanaşma nümayiş etdirir

14:20
17 Sentyabr

Cinayətləri öncədən proqnozlaşdıran süni intellekt təqdim edilib

14:11
17 Sentyabr

Makronun impiçmenti ilə bağlı hazırlıq gedir  

13:57
17 Sentyabr

Aİ Rusiya aktivlərinin 1,4 milyard avroluq gəlirini Ukraynaya yönəldib

13:38
17 Sentyabr

Meymunçiçəyinə qarşı ilk peyvənd təsdiqlənib

13:23
17 Sentyabr

Prezident İlham Əliyev Əlcəzairin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB

13:00
17 Sentyabr

İran Prezidenti əxlaq polisinin qadınları narahat etməyəcəyinə söz verib

12:43
17 Sentyabr

Balakəndə əməliyyatlar zamanı narkotik plantasiyaları salan 5 nəfər saxlanılıb

12:25
17 Sentyabr

Bu ilin səkkiz ayında 24 mindən çox şəxsə proaktiv qaydada pensiya təyin edilib  

12:18
17 Sentyabr

Türkiyədə ÜDM-in uzunmüddətli artması üçün baza formalaşdırılır  

12:14
17 Sentyabr

Dünya Bankı ilə Ölkə Tərəfdaşlıq Çərçivə sənədi və COP29 barədə fikir mübadiləsi aparılıb

11:47
17 Sentyabr

Qarabağ Universitetinin tələbələri Xankəndiyə gəliblər  

11:07
17 Sentyabr

Qonşu ölkədə dəhşətli qəza: 10-dan çox ölən var  

11:03
17 Sentyabr

Naxçıvanda sahibkarlarla görüş keçirilib  

11:00
17 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!