05 Dekabr 2025 08:40
112
SİYASƏT
A- A+
Minsk qrupunun ləğvi ölkənin ərazi bütövlüyü əsasında qurulmuş yeni reallığın bütün beynəlxalq platformalarda tanınması deməkdir 

Minsk qrupunun ləğvi ölkənin ərazi bütövlüyü əsasında qurulmuş yeni reallığın bütün beynəlxalq platformalarda tanınması deməkdir 


"ATƏT-in Minsk qrupunun ləğv olunması Azərbaycan dövlətinin çox mühüm diplomatik qələbəsidir. Ermənistan-Azərbaycan münaqişəsinin davam etdiyi müddətdə heç bir səmərəli fəaliyyəti olmayan bu təşkilatın ləğvi tamamilə məntiqli və qanunauyğun addımdır".

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat xatırladıb ki, Azərbaycan Prezidenti və Ermənistan Baş naziri ABŞ Prezidentinin iştirakı ilə avqustun 8-də Vaşinqtonda baş tutan görüşü zamanı belə bir razılığa gəliblər. Bu razılıq çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciət ünvanladılar. Buna uyğun olaraq, ATƏT-in Minsk prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin münaqişə üzrə şəxsi nümayəndəsinin və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun fəaliyyətinə xitam verilib. Sentyabrın 1-də ATƏT Nazirlər Şurası tərəfindən ATƏT-in Minsk prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul olunub. Bu günlərdə isə bu təsisatın tam ləğvi prosesi rəsmi olaraq başa çatıb.

Millət vəkilinin sözlərinə görə, ATƏT-in Minsk qrupunun fəaliyyətinin rəsmi şəkildə dayandırılması 2025-ci ilin ən mühüm siyasi-diplomatik hadisələrindən biri kimi qiymətləndirilməlidir. Bu qərar Cənubi Qafqaz üçün təkcə bir institutun bağlanması deyil, həm də regionda onilliklər boyu mövcud olmuş vasitəçilik mərhələsinin başa çatması deməkdir. Azərbaycan üçün isə Minsk qrupunun ləğvi, ölkənin ərazi bütövlüyünün bərpasından sonra formalaşan yeni geosiyasi reallığın beynəlxalq səviyyədə tanınması baxımından əlamətdar hadisədir.

"1992-ci ildə yaradılan Minsk qrupu, Ermənistan-Azərbaycan münaqişəsinin siyasi həlli üçün beynəlxalq platforma rolunu oynayırdı. Lakin illər keçdikcə bu mexanizmin təsir imkanları əhəmiyyətli dərəcədə zəiflədi. ABŞ, Fransa və Rusiyanın həmsədrliyi altında fəaliyyət göstərən format zamanla vahid mövqe nümayiş etdirmək qabiliyyətini itirdi. Xüsusilə 2022-ci ildən sonra böyük dövlətlər arasındakı kəskin siyasi ziddiyyətlər qrupun işini faktiki olaraq dondurdu", - deyən deputat əlavə edib ki, çoxsaylı görüşlərə, sənədlərə və təşəbbüslərə baxmayaraq, Minsk qrupu münaqişənin real həllinə yaxınlaşa bilmədi. Ekspert dairələrində dəfələrlə vurğulandığı kimi, proses illər keçdikcə münaqişəni həll etməkdən daha çox onu donduran bir format halına çevrilmişdi.

Sevinc Fətəliyevanın fikrincə, 2020-ci ilin 44 günlük Vətən müharibəsi və sonrakı siyasi proseslər regiondakı vəziyyəti köklü şəkildə dəyişdi. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi və uzun illər danışıqların mərkəzində dayanan "status" məsələsi tamamilə gündəmdən çıxdı. Yeni regional reallıq 1990-cı illərin başlanğıcında formalaşdırılmış vasitəçilik mexanizmlərinin davam etdirilməsini həm mənasız, həm də yersiz etdi. Bu səbəbdən Azərbaycan 2021-2023-cü illərdən etibarən Minsk qrupunun missiyasının artıq bitdiyini açıq şəkildə bəyan edirdi. Regiondakı digər aktorlar da anlayırdı ki, müasir çağırışlara uyğun yeni diplomatik yanaşmalar tələb olunur.

Millət vəkili qeyd edib ki, bu ilin avqustunda Azərbaycan və Ermənistanın Minsk qrupunun və ona bağlı strukturların rəsmi şəkildə bağlanması ilə bağlı razılaşması yeni mərhələyə keçid baxımından ciddi siyasi iradənin göstəricisi idi. Dekabrın əvvəlinə qədər ATƏT katibliyi bütün texniki və inzibati prosedurları tamamladı və beləliklə, uzunmüddətli vasitəçilik mərhələsinə rəsmi nöqtə qoyuldu.

Deputat hesab edir ki, Minsk qrupunun ləğvi aşağıdakı əsas amillərin məntiqi nəticəsi idi:

1. Beynəlxalq sistemdə köklü dəyişikliklər; qlobal güclər arasındakı ziddiyyətlər həmsədrlərin vahid mövqe sərgiləməsini mümkünsüz etdi.

2. Cənubi Qafqazdakı yeni siyasi reallıq; münaqişə faktiki olaraq həll olunub və artıq əvvəlki kimi vasitəçilik predmetindən söz gedə bilməz.

3. Regional təşəbbüslərin güclənməsi; artıq region ölkələri təhlükəsizlik və əməkdaşlığın çərçivəsini özləri müəyyənləşdirməyə üstünlük verirlər.

4. Tərəflərin siyasi iradəsi; Azərbaycan və Ermənistan danışıqları yeni formatlarda, daha çevik və modern modellərlə aparmaq niyyətini nümayiş etdirirlər.

"Bununla belə, ATƏT-in Minsk qrupunun ləğv olunması diplomatiyanın bitməsi demək deyil. Əksinə, işini görməyən mexanizmin aradan qalxması tərəflərə yeni, daha effektiv və müasir vasitələrlə əməkdaşlıq qurmaq imkanı verir. Bundan sonra sülh prosesi ikitərəfli danışıqlara, regional layihələrə və qarşılıqlı maraqlara əsaslanacaq. Azərbaycan üçün Minsk qrupunun ləğvi ölkənin ərazi bütövlüyü əsasında qurulmuş yeni reallığın bütün beynəlxalq platformalarda tanınması deməkdir. Region üçün isə bu addım onilliklərdir ki, davam edən münaqişə dövrünü arxada qoyaraq, sülh və inkişafın yeni səhifəsini açır", - deyə Sevinc Fətəliyeva vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dövlətçilik tariximizdə şərəfli yer tutan siyasi xadim

09:10
05 Dekabr

Cəmiyyətin gücünü bir araya gətirənlər

09:05
05 Dekabr

Azərbaycanın ərzaq kompleksinin yeni ünvanları

09:00
05 Dekabr

Sosial sahədə əməkdaşlığın genişləndirilməsi TDT-ni daha effektiv edəcək

08:55
05 Dekabr

Nikol Paşinyanın həmləsi kilsənin "müqəddəs" obrazını yerlə bir edib

08:50
05 Dekabr

Azərbaycanın diplomatik gündəliyində ən mühüm nailiyyətlərdən biri

08:45
05 Dekabr

Minsk qrupunun ləğvi ölkənin ərazi bütövlüyü əsasında qurulmuş yeni reallığın bütün beynəlxalq platformalarda tanınması deməkdir 

08:40
05 Dekabr

Cənubi Qafqazda gərginlik dövrü sona çatıb

08:35
05 Dekabr

"Yusif Məmmədəliyev: Elm. İrs. İnnovasiyalar" adlı beynəlxalq konfrans işə başlayıb

08:30
05 Dekabr

Azərbaycanın təşəbbüsləri Cənubi Qafqazı əməkdaşlıq meydanına çevirib

08:25
05 Dekabr

Tarixi ədalətin tələbi

08:20
05 Dekabr

Qərbi azərbaycanlılar da doğma yurdlarına qayıdacaqlar

08:15
05 Dekabr

Türk coğrafiyasından türk siyasi birliyinə

08:10
05 Dekabr

Milli Məclisin Sədri Sahibə Qafarova seçicilərin növbəti qəbulunu keçirib

08:05
05 Dekabr

Azərbaycanın “yaşıl enerji" gündəliyi

08:00
05 Dekabr

"AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

01:19
05 Dekabr

ABŞ-də nümayiş zamanı qırıcı təyyarə qəzaya uğrayıb  

22:35
04 Dekabr

Qazaxıstanla əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq müzakirə olunub  

22:34
04 Dekabr

Maka Boçorişvili: Vaşinqtonda imzalanmış saziş Cənubi Qafqazda davamlı sülhün təmin edilməsi üçün mühüm təməl daşıdır  

22:30
04 Dekabr

Keniya parlamenti britaniyalı hərbçiləri müxtəlif cinayətlərdə ittiham edir  

22:29
04 Dekabr

“Caviar” bu smartfonları zərgərlik əsərinə çevirir  

22:26
04 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!