05 Dekabr 2025 08:50
100
SİYASƏT
A- A+
Nikol Paşinyanın həmləsi kilsənin "müqəddəs" obrazını yerlə bir edib

Nikol Paşinyanın həmləsi kilsənin "müqəddəs" obrazını yerlə bir edib


Uzun illər xalqını qara günə qoymuş Qaregin indi özü qara gündədir 


44 günlük müharibədə qazandığımız tarixi Zəfərimizdən sonra Ermənistanda başlanan təlatüm səngimək bilmir. Əvvəllər dünyaya sırınan "erməni cəmiyyətinin bütövlüyü" yalanı daha işləmir. Ümumiyyətlə, İkinci Qarabağ savaşından sonra Ermənistan cəmiyyətinin pozulan növrağı düzəlmir və yəqin ki, heç düzəlməyəcək də. 

Məğlubiyyətin ilk dövrlərində siyasi gərginlik iqtidarla müxalifət arasında uçurumu daha da dərinləşdirmişdi. Birincisi hakimiyyətini qorumaq, ikincisi isə yenidən hakimiyyətə qayıtmaq üçün hər cür hiylə və şantajdan istifadə etməyə başlamış və beləliklə, gərginlik pik həddə çatmışdı. Bu zaman dünya siyasi tarixində çox nadir hallarda rast gəlinən siyasi hadisə baş verdi. N.Paşinyan, yəni müharibəni uduzan baş nazir yeni parlament seçkilərinə getdi və qalib gəldi. Sual oluna bilər: erməni xalqı niyə ölkəni ağır məğlubiyyətə düçar edən Nikol Paşinyanı  yenidən hökumət başçısı görmək istədi? 

Bu sualın cavabını ondan əvvəlki iqtidarlarda axtarmaq lazımdır. Qarabağ klanı Ermənistanda hakimiyyətə gəldikdən sonra milyardların sahibi oldu. Erməni xalqı isə ac-yalavaclar cəmiyyətinə çevrildi. Korrupsiya, qanunsuzluq, özbaşınalıq Ermənistanda baş alıb getdi. Erməni gəncləri zorla Qarabağda ağır şəraitdə hərbi xidmət keçməyə məcbur edilirdi. Qarabağ erməniləri Ermənistandan gələn soydaşlarına olmazın əzablar verirdilər. Atəşkəs olsa da, Ermənistana göndərilən əsgər tabutlarının ardı-arası kəsilmirdi. Rəsmi məlumatlara görə, onların guya Azərbaycan əsgərlərinin açdıqları atəş nəticəsində öldükləri bildirilsə də, cidanı çuvalda gizlətmək mümkün olmurdu. Erməni mətbuatında onların Qarabağ erməniləri tərəfindən öldürüldüyü barədə çoxsaylı məlumat dərc olunurdu. Bir də İrəvan mətbuatı yazırdı ki, Qarabağ klanı öz oğullarını ya Qarabağa göndərmir, ya da onlar "əsgərlik"də olsalar da, cəbhə xəttinə getmirlər, evlərində yatıb, restoranlarda yeyib-içib kef edirlər. Bütün bunlar Ermənistan cəmiyyətində hakimiyyətdə olan Qarabağ klanına qarşı sonsuz nifrət yaratmışdı. Odur ki, məğlubiyyətdən sonrakı siyasi vəziyyət erməni xalqını ayıq düşünməyə vadar etdi. Atalar demiş, "göz gördüyündən qorxar". Elə ona görə də erməni xalqı savaş avantüristlərinə yox, sülh deyən N.Paşinyana səs verdi.

İndi qarşıdan növbəti seçkilər gəlir. Erməni müxalifəti və onların havadarları müxalifətin bu seçkini də təkbaşına uda bilməyəcəyini anlayıb kilsəni bu işə qoşub. Erməni kilsəsi isə həmişə anti-türk, anti-Azərbaycan fitnəsini körükləməklə məşğul olub. O üzdən kilsə bu çağırışa can-başla qoşularaq iqtidarı yıxmaq üçün özünün zəngin tarixi fitnə-fəsadlarından istifadə etməyə başlayıb. 

Belə bir ritorik sual yaranır: Ermənistanda müxalifət və onları himayə edən xarici qüvvələr nədən N.Paşinyan iqtidarına qarşı kilsəni qabağa verib? Bəri başdan deyək ki, dünyanın bütün tərəfsiz və qərəzsiz tarixçiləri erməni tarixinin yalan və uydurulmuş əfsanələrdən ibarət olduğunu söyləyirlər. Bunu təkcə başqa millətlərdən olan elm adamları deyil, ağlı başında olan erməni tarixçiləri də yazırlar. Real tarixdə nə "böyük Ermənistan" kimi ölkə olub, nə də böyük tiqran kimi dövlət başçısı. Ermənilər bütün tarix boyu başqa imperiyaların tərkibində təbəə kimi yaşayıblar. Odur ki, erməni icması ilə yaşadıqları dövlət arasında olan münasibətlər həmişə kilsə vasitəsilə həll olunub. Yəni tarix boyunca  erməni icması kilsə tərəfindən idarə edilib, onlar müxtəlif adlar altında kilsəyə vergi ödəyib, bəxşiş verib. Bu səbəbdən də erməni keşişləri həmişə erməni xalqından fərqli olaraq yağ-bal içində yaşayıblar.

Ermənistanda 1918-1920-ci illər hakimiyyətdə olan daşnaklar erməni kilsəsinin dediyi ilə oturub-durublar və bu barədə çoxlu tarixi faktlar var. Ermənistanda sovetlər dönəmində hakimiyyətdə olan kommunistlər də açıq və ya gizli şəkildə kilsə ilə sıx əməkdaşlıq ediblər. Həmin dövrdə Ermənistan Kommunist Partiyasında diasporla iş şöbəsi vardı. Kommunist cildinə girən erməni millətçiləri bu şöbəyə rəhbərlik etməyi qeyri-rəsmi şəkildə kilsəyə həvalə etmişlər. Ona görə ki, xaricdəki soydaşları ilə bütün gizli əlaqələr kilsə vasitəsilə aparılırdı. 

N.Paşinyan ikinci dəfə baş nazir seçilənədək erməni kilsəsi toxunmaz statusunda idi və bura müqəddəs yer sayılırdı. Ancaq N.Paşinyan belə statusla barışa bilməzdi. Odur ki, müxalifətlə birləşən kilsəyə qarşı açıq şəkildə savaş elan etdi. Bu, ilk baxışdan erməni cəmiyyətində şok effekti yaratsa da, N.Paşinyan kilsədə kök salmış "müqəddəs"lərin çirkin simasını açıb erməni cəmiyyətinə göstərə bildi. 

İndi daxildə mövqeyinin sarsıldığını görən II Qaregin xaricdəki erməni kilsə rəhbərlərinə kömək üçün yalvarır. Amma bu yalvarışlara daxildə nə N.Paşinyan, nə də erməni cəmiyyəti ciddi yanaşır. Çünki cəmiyyətdə kilsəyə olan inam sarsılıb, çünki erməni xalqının çoxu bir daha müharibədə oğlanlarının ölməsini istəmir, çünki artıq hamı başa düşüb ki, Azərbaycanla yeni müharibə Ermənistanın məhvi ola bilər. 

Erməni kilsəsi ilə iqtidar arasında başlanan savaş əsrlər boyu "müqəddəs" sayılan erməni kilsəsinin cəmiyyətdə olan dayaqlarını sarsıdıb. N.Paşinyan kilsənin bu vaxtadək gizli qalan fəaliyyətinin qaranlıq tərəfinə işıq sala bilib. Baş nazirin  ən böyük uğuru isə əvvəlki kimi qıraqdan deyil, içəridən II Qareginin düz ürəyinə zərbə endirməsidir. İndi bir çox nüfuzlu din xadimi, yumşaq desək, II Qareginin üzünə ağ olub onun istefasını istəyir. Ermənistan cəmiyyətində kilsənin nüfuzdan düşməsi isə qarşıdakı seçkilərdə N.Paşinyanın xeyrinə işləyir. Elə Ermənistanın və erməni xalqının da...


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dövlətçilik tariximizdə şərəfli yer tutan siyasi xadim

09:10
05 Dekabr

Cəmiyyətin gücünü bir araya gətirənlər

09:05
05 Dekabr

Azərbaycanın ərzaq kompleksinin yeni ünvanları

09:00
05 Dekabr

Sosial sahədə əməkdaşlığın genişləndirilməsi TDT-ni daha effektiv edəcək

08:55
05 Dekabr

Nikol Paşinyanın həmləsi kilsənin "müqəddəs" obrazını yerlə bir edib

08:50
05 Dekabr

Azərbaycanın diplomatik gündəliyində ən mühüm nailiyyətlərdən biri

08:45
05 Dekabr

Minsk qrupunun ləğvi ölkənin ərazi bütövlüyü əsasında qurulmuş yeni reallığın bütün beynəlxalq platformalarda tanınması deməkdir 

08:40
05 Dekabr

Cənubi Qafqazda gərginlik dövrü sona çatıb

08:35
05 Dekabr

"Yusif Məmmədəliyev: Elm. İrs. İnnovasiyalar" adlı beynəlxalq konfrans işə başlayıb

08:30
05 Dekabr

Azərbaycanın təşəbbüsləri Cənubi Qafqazı əməkdaşlıq meydanına çevirib

08:25
05 Dekabr

Tarixi ədalətin tələbi

08:20
05 Dekabr

Qərbi azərbaycanlılar da doğma yurdlarına qayıdacaqlar

08:15
05 Dekabr

Türk coğrafiyasından türk siyasi birliyinə

08:10
05 Dekabr

Milli Məclisin Sədri Sahibə Qafarova seçicilərin növbəti qəbulunu keçirib

08:05
05 Dekabr

Azərbaycanın “yaşıl enerji" gündəliyi

08:00
05 Dekabr

"AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

01:19
05 Dekabr

ABŞ-də nümayiş zamanı qırıcı təyyarə qəzaya uğrayıb  

22:35
04 Dekabr

Qazaxıstanla əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq müzakirə olunub  

22:34
04 Dekabr

Maka Boçorişvili: Vaşinqtonda imzalanmış saziş Cənubi Qafqazda davamlı sülhün təmin edilməsi üçün mühüm təməl daşıdır  

22:30
04 Dekabr

Keniya parlamenti britaniyalı hərbçiləri müxtəlif cinayətlərdə ittiham edir  

22:29
04 Dekabr

“Caviar” bu smartfonları zərgərlik əsərinə çevirir  

22:26
04 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!