07 Yanvar 2026 14:12
342
SİYASƏT
A- A+
Zəfər ruhu, milli dəyərlər və davamlı inkişaf üzərində qurulan gələcək

Zəfər ruhu, milli dəyərlər və davamlı inkişaf üzərində qurulan gələcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə, ölkəmizin daxili və xarici siyasətinin prioritetlərini, gələcək inkişaf hədəflərini və milli dövlətçilik fəlsəfəmizi özündə ehtiva edən tarixi bir yol xəritəsidir. Bu müsahibə bir daha sübut etdi ki, Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həm hərbi meydanda, həm də iqtisadi, sosial və infrastruktur quruculuğu sahəsində yeni bir epoxaya qədəm qoyub.

Cənab Prezidentin paytaxt Bakının nəqliyyat sistemi və ekoloji mühiti ilə bağlı açıqlamaları müasir çağırışlara tam cavab verir. Şəhərin tarixi simasını qorumaqla yanaşı, mikromobilliyin inkişafı, velosiped zolaqlarının salınması və ictimai nəqliyyatın keyfiyyətinin artırılması paytaxt sakinlərinin rahatlığı üçün atılan inqilabi addımlardır. 10 yeni metro stansiyasının yeri artıq müəyyən olunub və bu, şəhərin yükünü əhəmiyyətli dərəcədə azaldacaq. Ekoloji təmiz elektrobusların gətirilməsi "Yaşıl artım" strategiyamızın tərkib hissəsidir. Yeni yaradılan parklar və ictimai zonalar Bakını daha yaşanılan və piyada dostu bir şəhərə çevirir.

Dövlət başçımızın qeyd etdiyi kimi, Azərbaycan artıq 16 ölkəyə boru kəməri qazı ixrac edən nəhəng bir enerji mərkəzinə çevrilib. Bizim enerji siyasətimiz praqmatizmə və reallığa əsaslanır. COP29-a ev sahibliyi edən bir ölkə olaraq, biz həm ənənəvi enerji mənbələrimizdən səmərəli istifadə edirik, həm də bərpaolunan enerjiyə böyük sərmayələr yatırırıq.

Müsahibənin ən mühüm mesajlarından biri milli kimliyimizin özəyi olan Azərbaycan dilinin qorunması idi. Dilimiz dövlətçiliyimizin birinci atributudur. Cənab Prezidentin xarici sözlərin dilimizə lüzumsuz daxil olması ilə bağlı narahatlığı və xaricdə yaşayan 50 milyon soydaşımızın ana dilində təhsil alması üçün onlayn məktəblərin yaradılması təşəbbüsü hər birimiz üçün bir fəaliyyət proqramıdır. Dilimizi qorumaq milli kimliyimizi və dövlətçiliyimizi qorumaqdır.

İnkişafın neft-qazdan deyil, zəka və təhsildən asılı olması müasir Azərbaycanın əsas fəlsəfəsidir. Elm və Təhsil Nazirliyinin yenidən qurulması, ali təhsil müəssisələrinin müasir modelə keçidi və istedadlı gənclərin dövlət idarəçiliyinə cəlb edilməsi uzunmüddətli inkişafın təminatıdır. Biz gələcəyimizi kadr islahatları və intellektual potensial üzərində qururuq.

İşğaldan azad edilmiş ərazilərdə tətbiq olunan xüsusi nümayəndəlik institutu və çevik idarəetmə modeli gələcəkdə bütün ölkə miqyasında islahatların təməli ola bilər. Cənab Prezidentin kadr məsələlərinə qarşı tələbkarlığı, şəffaflıq və ictimai nəzarət mexanizminin vacibliyini xatırlatması bütün məmurlar üçün ciddi bir xəbərdarlıqdır. Vəzifə etimad deməkdir və bu etimad xalqa xidmətlə doğruldulmalıdır.

Təhlükəsizlik və sabitlik Azərbaycanı turizm üçün ən cəlbedici məkanlardan birinə çevirib. Şahdağda keçiriləcək beynəlxalq idman tədbirləri, "Sea Breeze" kimi möhtəşəm layihələr və Qarabağın cənnət təbiəti yaxın illərdə turist sayının daha da artmasına imkan verəcək.

Cənab Prezident İlham Əliyevin xüsusilə "torpaq" anlayışı, işğal dövrünün psixoloji mənzərəsi və Zəfərdən sonrakı quruculuq mərhələsi haqqında fikirləri hər bir azərbaycanlının qəlbində dərin təsir yaradır.

Vətən müharibəsi dövründə hər azad edilən kənd, hər ucaldılan bayraq bizim üçün milli kimliyimizin bərpası idi. Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin şəhidlərimizə olan yüksək ehtiramı və hər bir əsgərin həyatını qorumaq üçün hərbi əməliyyatların istiqamətini dəyişmək qərarı, Onun humanist və milli rəhbər obrazını bir daha təsdiqlədi.

Bu gün biz artıq "yaralı torpaq" anlayışından uzaqlaşırıq. İndi bizim üçün Qarabağ və Şərqi Zəngəzur quruculuq meydanıdır. Cənab Prezidentin vurğuladığı kimi, indi biz torpağın keyfiyyətinə, onun bərəkətinə, əkin-biçin potensialına baxırıq. Bu, Azərbaycanın sülh və inkişaf dövrünə qədəm qoyduğunun ən böyük göstəricisidir.

Biz hər an ayıq və güclü olmalıyıq ki, bir daha heç kim torpağımıza göz dikməsin. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək, daha güclü Azərbaycan naminə çalışmağa davam edəcəyik.

 

Fatma YILDIRIM,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinin qeyd edilməsi haqqında

01:38
29 Yanvar

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" və "Mədəniyyət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

01:36
29 Yanvar

"Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" və "Mədəniyyət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 30 dekabr tarixli 335-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:35
29 Yanvar

"Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Gürcüstanın Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

01:33
29 Yanvar

FED faiz dərəcələrini dəyişməz saxlayıb

23:36
28 Yanvar

“Liverpul” – “Qarabağ” matçının start heyətləri bəlli olub  

23:03
28 Yanvar

Gürcüstan və ABŞ rəsmiləri regionda sülh və sabitlik məsələlərini müzakirə ediblər  

22:53
28 Yanvar

İsveç hökuməti cinayət məsuliyyəti yaşını 13-ə endirir  

22:21
28 Yanvar

“Zəfər Akademiyası - İlham Əliyev Məktəbi” layihəsi uğurla yekunlaşıb  

22:15
28 Yanvar

VK: “Vəkil” sözündən və onun tərcüməsindən qanunsuz istifadə məsuliyyətə səbəb olur  

20:27
28 Yanvar

İspaniya miqrantların sadələşdirilmiş nizamnamə proqramını təsdiqləyib  

20:17
28 Yanvar

İsveç məktəblərində mobil telefonlara qadağa tətbiq olunacaq  

19:59
28 Yanvar

Azərbaycan və Türkiyənin Sülh Şurasında iştirakı iki dövlətin qlobal siyasətdəki rolunu daha da artıracaq - AÇIQLAMA  

19:42
28 Yanvar

Dünya Neft Şurası ilə əməkdaşlığın inkişafı müzakirə edilib  

19:37
28 Yanvar

Pərviz Şahbazov Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə baş direktoru ilə görüşüb  

19:27
28 Yanvar

Çexiyada 17 nəfər soyuqdan ölüb  

19:23
28 Yanvar

Azərbaycanlı azarkeşlər Liverpulda

19:21
28 Yanvar

Türk ekspert: Davos İlham Əliyevin diplomatik gücünü bir daha açıq şəkildə ortaya qoydu  

19:15
28 Yanvar

Tədqiqatçı-alim: Tarix boyu Xəzər dənizinin səviyyəsinin qalxma və enmə mərhələləri olub  

18:53
28 Yanvar

Böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyi qeyd ediləcək SƏRƏNCAM  

18:47
28 Yanvar

Azərbaycanın və Gürcüstanın Daxili İşlər nazirlikləri arasında əməkdaşlığı nəzərdə tutan Saziş təsdiqlənib FƏRMAN  

18:39
28 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!