02 Dekabr 2025 08:00
782
SİYASƏT
A- A+
Azərbaycan Avrasiyanın əsas tranzit arteriyasına çevrilir

Azərbaycan Avrasiyanın əsas tranzit arteriyasına çevrilir


İlham Əliyevin qlobal layihələri regionda nadir nəqliyyat sinxronlaşması yaradır


"Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin qərb istiqamətində institusional mexanizmlərin gücləndirilməsi regionda yeni nəqliyyat və siyasi çərçivənin yaranmasına səbəb olur. Regional tranzit zəncirlərinin yenidən qurulduğu bir vaxtda Azərbaycan, İran və Rusiya arasında imzalanmış üçtərəfli memorandum bu prosesdə mühüm mərhələ kimi dəyərləndirilir".

Bu fikirləri AZƏRTACA-a açıqlamasında ABŞ-də fəaliyyət göstərən enerji strateqi, Corc Mason Universitetinin tədqiqatçısı Umud Şokri bildirib. Ekspertin sözlərinə görə, sənəddə tarif yanaşmalarının harmoniyası, vahid qiymət modelinin tətbiqi və blok-qatarların koordinasiyalı buraxılması "Şimal-Cənub" xəttində uzun müddət mövcud olan əməliyyat uyğunsuzluqlarını aradan qaldırmağa yönəlib. Logistika prosedurlarının rəqəmsallaşdırılması isə dəhlizin etibarlılıq göstəricilərini yüksəldir və institusional sabitliyi gücləndirir.

Umud Şokri vurğulayıb ki, sanksiyalar səbəbindən xarici kapitala çıxış imkanları məhdudlaşan İran üçün bu memorandum xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Tehran ilk dəfə olaraq beynəlxalq standartlara yaxın koordinasiya mexanizminə qoşulur və Rəşt-Astara dəmir yolu ilə Xəzər limanlarında modernizasiya proseslərini daha sistemli şəkildə aparmaq imkanı əldə edir. Rusiya üçün sənəd Qərb sanksiyalarının yaratdığı yeni logistika reallığında alternativ ticarət arteriyasının möhkəmləndirilməsinə şərait yaradır: "Bu, Moskvanın ticarət axınlarını Cənub və Cənub-Şərqi Asiya istiqamətində diversifikasiya etməsi baxımından mühüm amil kimi qiymətləndirilir".

Memorandumla Azərbaycan "Şimal-Cənub" marşrutunun siyasi və logistika koordinasiya mərkəzinə çevrilir. "Bakı həm İranın sanksiyalar altındakı iqtisadiyyatı üçün, həm də Rusiyanın dəyişən ticarət marşrutları arasında əsas bağlayıcı halqa rolunu oynayır. Azərbaycan Avropa bazarlarının tələblərini nəzərə alaraq dəhlizin daha rəqabətqabiliyyətli və proqnozlaşdırıla bilən fəaliyyətini təmin edir", - deyə o bildirib.

Ekspertin fikrincə, gələcəkdə Zəngəzur dəhlizinin (TRIPP) açılması, Astara yük terminalının işə düşməsi və Orta dəhliz üzrə artan dinamika "Şimal-Cənub" xətti üçün yeni rəqabət mühiti formalaşdıracaq. Dəhlizlər artıq ayrıca layihə kimi deyil, Azərbaycan, İran, Türkiyə, Qazaxıstan, Rusiya və körfəz ölkələrinin tranzit baxımından artan geosiyasi maraqları fonunda ümumi regional yarışın elementinə çevrilir. Azərbaycan "Şərq-Qərb" və "Şimal-Cənub" marşrutlarını eyni vaxtda idarə etməklə regionda nadir nəqliyyat sinxronlaşması yaradır. Bu isə yük axınlarının geosiyasi gərginliklər, iqlim fəsadları və texniki ləngimələr fonunda çevik şəkildə yönləndirilməsinə imkan verir.

Üçtərəfli memorandum dəhlizin institusional dayaqlarını gücləndirsə də, layihənin tam reallaşması siyasi iradənin, maliyyə resurslarının və koordinasiyalı əməliyyat intizamının davamlı təmin edilməsindən asılı olacaq. 

Bütün bunlar bir daha Azərbaycanın regionda əsas nəqliyyat habına çevrildiyini təsdiqləyir. Artıq İlham Əliyevin reallaşdırdığı layihələrlə bağlı xarici ekspertlər olduqca müsbət rəy bildirirlər. 

İlham Əliyev praqmatik və çevik siyasəti, sistemli və ardıcıl yanaşması, inqilabi səciyyə daşıyan islahatları ilə Azərbaycanı iqtisadi baxımdan qüdrətli dövlətə çevirib, zamanın hər bir çağırışına anında cavab verib. Bu illər ərzində regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqları nəzərə alınmaqla həyata keçirilib. 

Ulu Öndər Heydər Əliyevin "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" kəlamı üzərində qurulan siyasət nəticəsində ötən 30 il ərzində ölkəmizdə misilsiz uğurlara imza atılıb. 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" ilə əsası qoyulan yeni neft strategiyası sonrakı illərdə də davam etdirilib. Azərbaycanın qazandığı nailiyyətlərin təməlində məhz bu strategiya dayanır. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi böyük layihələr reallaşdırılıb. 2018-ci ildə Avropanın enerji təhlükəsizliyində böyük rola malik "Cənub qaz dəhlizi"nin və onun tərkib hissəsi olan TANAP boru kəmərinin rəsmi açılış mərasimləri keçirilib. TAP layihəsi ilə bağlı işlər yekunlaşmaq üzrədir. Həmçinin "Əsrin müqaviləsi" 2050-ci ilə qədər uzadılıb. Eyni zamanda dövlətimizin başçısının təşəbbüsü ilə "Şərq-Qərb" və "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində böyük işlər görülüb, Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib. Azərbaycanın Rusiya, İran və Gürcüstanla sərhədinə qədər yeni magistral avtomobil yolları çəkilib. 

Prezident İlham Əliyev bu və digər təşəbbüsləri ilə regionda mühüm əməkdaşlıq platforması yaradıb ki, bu da beynəlxalq ekspertlər tərəfindən bölgənin inkişafında və təhlükəsizliyində mühüm amil kimi qiymətləndirilir. 

Bu gün Azərbaycan həm də dünyada sayı məhdud olan kosmik ölkələr sırasındadır. 2013-cü ildə ilk telekommunikasiya peykimiz "Azerspace-1", 2014-cü ildə Yer səthini müşahidə edən "Azersky" peyki, 2018-ci ildə isə daha bir telekommunikasiya peyki - "Azerspace-2" orbitə çıxarılıb. Bütün bunlarla yanaşı, son 20 ildə ölkəmizdə ümumi daxili məhsul 4 dəfə artıb, yoxsulluq səviyyəsi 49 faizdən 5 faizə enib, strateji valyuta ehtiyatlarımız 82,5 milyard dolları ötüb. Qeyri-neft sektorunun, kənd təsərrüfatının, metallurgiya sənayesinin, yüngül sənayenin inkişafı istiqamətində atılan mühüm addımlar da öz müsbət nəticəsini verməkdədir.

Əlbəttə ki, nəqliyyat dəhlizləri ölkələr arasında yeni əməkdaşlıq imkanlarının yaradılması deməkdir. Bu baxımdan heç təsadüfi deyil ki, Azərbaycanın Türkiyə, İran, Gürcüstan, Türkmənistan, Qazaxıstan, Rusiya ilə əlaqələrinin mühüm bir istiqamətini nəqliyyat dəhlizləri üzrə əməkdaşlıq təşkil edir. Eyni  zamanda nəqliyyat dəhlizləri həm də onun keçdiyi bütün ölkələr arasında əməkdaşlığı stimullaşdırır.

Məsələn, Zəngəzur dəhlizi (TRIPP) təkcə Azərbaycan üçün deyil, bütövlükdə region və qlobal tranzit sistemləri üçün strateji əhəmiyyət daşıyır. Bu layihə həm Şərq ilə Qərbi, həm də Şimal ilə Cənubu birləşdirəcək, bölgədə yeni əməkdaşlıq imkanları yaradacaq. Prezident İlham Əliyevin "İnkişaf və təhlükəsizliyin rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə" adlı AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının iştirakçılarına müraciətində bu barədə deyilir: "Şərq-Qərb" və "Şimal-Cənub" dəhlizləri üzərində yerləşən Azərbaycan Avrasiyada ən mühüm nəqliyyat-logistika qovşaqlarından birinə çevrilir. Eyni zamanda şübhə etmirəm ki, Orta dəhlizin bir istiqaməti kimi Zəngəzur dəhlizi (TRIPP) yaxın gələcəkdə qitələri birləşdirən mühüm nəqliyyat bağlantısı rolunu oynayacaqdır. İnanıram ki, bütün bu kommunikasiya xətləri AQEM üzvləri arasında da əməkdaşlığın inkişafına töhfə verəcək".

Dünyada həm də orta güc kimi tanınan Azərbaycan hazırda yalnız regionda deyil, qlobal müstəvidə baş verən proseslərdə, dünyanı narahat edən aktual məsələlərin həllində fəal iştirak edən dövlətə çevrilib.


Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

2026-cı ildə növbəti "Yüksəliş"müsabiqəsinin keçirilməsi ilə bağlı tədbirlər və "Yüksəliş" müsabiqəsinin təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 iyul tarixli 1354 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

03:34
11 Dekabr

R.R.İsmayılovun Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru təyin edilməsi haqqında

03:33
11 Dekabr

Ş.M.Əliyevin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının rektoru vəzifəsindən azad edilməsi haqqında

03:33
11 Dekabr

“Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya”nın təsdiq edilməsi haqqında

03:31
11 Dekabr

“Azərbaycan Biznesinin İnkişafı Fondu” publik hüquqi şəxsin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

03:29
11 Dekabr

“Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üçün elektron qaimə-fakturanın Vahid Forması”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 iyul tarixli 242 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

03:28
11 Dekabr

“Elektron xidmətlərin təşkili və göstərilməsi, habelə dövlət informasiya ehtiyatlarının və sistemlərinin təşkili və fəaliyyəti üzrə qiymətləndirilmənin həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında 

03:27
11 Dekabr

“Keyfiyyət informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə

03:25
11 Dekabr

Çempionlar Liqası: Bakıda “Qarabağ” “Ayaks”a məğlub olub

23:50
10 Dekabr

Qərbi Azərbaycan İcması ilə İrəvan Qazılığı arasında görüş olub  

22:45
10 Dekabr

İsveçrənin yeni prezidenti seçilib  

22:18
10 Dekabr

Stokholmda Nobel mükafatlarının təntənəli təqdimetmə mərasimi keçirilib  

21:58
10 Dekabr

Kənan Quluzadə: İstanbul nümayəndəliyimizin əsas məqsədi Azərbaycanın turizmini Türkiyə vətəndaşlarına daha yaxından tanıtmaqdır  

21:30
10 Dekabr

UEFA Çempionlar Liqası: “Qarabağ” və “Ayaks”ın start heyətləri açıqlanıb  

20:43
10 Dekabr

Müdafiə Nazirliyinin hərbi mütəxəssisləri ilə NATO-nun nümayəndələri görüşüblər  

20:15
10 Dekabr

Çin civə termometrlərinin istehsalını qadağan edəcək  

20:07
10 Dekabr

Azərbaycan Prezidentinin Slovakiyaya səfəri beynəlxalq medianın diqqət mərkəzində olub 

19:53
10 Dekabr

Doğma yurda qayıdacaq keçmiş məcburi köçkünlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

19:41
10 Dekabr

Milli Məclisin sədri Britaniya ticarət elçisi ilə parlamentlərarası əlaqələri müzakirə edib  

19:32
10 Dekabr

Əmək qanunvericiliyinə genişmiqyaslı dəyişikliklər birinci oxunuşda komitədə dəstəklənib  

19:29
10 Dekabr

ABŞ Konqresində Azərbaycana qarşı yardım məhdudiyyətlərinin ləğvi ilə bağlı qanun layihəsi təqdim edilib  

19:23
10 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!