05 Dekabr 2025 08:25
358
SİYASƏT
A- A+
Azərbaycanın təşəbbüsləri Cənubi Qafqazı əməkdaşlıq meydanına çevirib

Azərbaycanın təşəbbüsləri Cənubi Qafqazı əməkdaşlıq meydanına çevirib


Respublikamızın yürütdüyü siyasət həm də iqtisadi inteqrasiya proseslərini dərinləşdirir


Azərbaycanı Cənubi Qafqazda aparıcı mövqeyə çıxaran, eyni zamanda geoisiyasi və geoiqtisadi səviyyədə söz sahibinə çevirən faktorların əhatə dairəsi genişdir. Bu sırada respublikamızın müəllifliyi və təşəbbüsləri ilə ərsəyə gətirilən enerji və nəqliyyat dəhlizlərinin rolu xüsusi qeyd edilməlidir. Bu gün Azərbaycan regionda və Avropada enerji təhlükəsizliyinin əsas təminatçılarından biri, beynəlxalq nəqliyyat dəhlizlərinin kəsişdiyi unikal coğrafi ünvandır. 


Strateji və uzaqgörən yanaşma


Bakı-Tbilisi-Ceyhan neft kəməri və "Cənub qaz dəhlizi" kimi mühüm ixrac marşrutlarına nail olmaqla ölkəmiz özünün karbohidrogen ehtiyatlarını uzun illərdir ki, dünya bazarlarına çıxarır. Bu marşrutlar regionun və Avropanın enerji xəritəsinə çox mühüm dəyişikliklər etməklə, Azərbaycan dövlətinin həyata keçirdiyi enerji siyasətinin nə qədər mükəmməl və uzaqgörən olduğunu təsdiq edir. Təsadüfi deyil ki, Avropa İttifaqı enerji dəhlizlərinin şaxələndirilməsi məsələsində hər zaman Azərbaycanın təşəbbüslərinə dəstək verib. Ən mühümü odur ki, sözügedən enerji marşrutları Azərbaycanın mənafelərinə uyğun reallaşıb, kənar maraqlar bu dəhlizlərdə rol almayıb.

Eyni fikirləri nəqliyyat dəhlizləri barədə də demək olar. Vaxtilə Azərbaycanın təşəbbüsü ilə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əsasının qoyulması və inşasının başa çatdırılması bir daha Prezident İlham Əliyevin ilk növbədə Azərbaycanın milli maraqlarının təmin olunması baxımından nə qədər uzaqgörən və strateji yanaşma nümayiş etdirdiyini göstərdi. 

Bu infrastrukturlar Azərbaycanın Cənubi Qafqazda regional iqtisadi proseslərin gedişatını müəyyən edən aparıcı dövlət kimi statusa malik olmasını şərtləndirir. Eyni zamanda Azərbaycanın təşəbbüsləri ilə reallaşan nəqliyyat və enerji layihələri Ukraynada davam edən müharibənin fonunda bütün Avrasiya regionu üçün həyati əhəmiyyət kəsb etdiyini ortaya qoyur. Müharibə səbəbindən enerji ilə təminatında ciddi problemlər yaşayan Avropanın bu gün Azərbaycanın təbii qazına tarixdə görünməmiş qədər ehtiyacı var. Eyni zamanda yalnız Şimalda deyil, Cənubda da alovlanan yeni savaşlar Azərbaycandan keçən Orta dəhlizi həm Avropa, həm də Asiya üçün daha cəlbedici edir. Bu reallıqlar bir daha Prezident İlham Əliyevin müdrik və uzaqgörən siyasətindən xəbər verir.


Azərbaycanın yaratdığı tərəfdaşlıq körpüləri


Azərbaycan regionun orta güc kimi həm də regional iqtisadi tərəfdaşlıqların genişlənməsində, qlobal maraqların uzlaşmasında aparıcı rol oynayır. Təsadüfi deyil ki, respublikamızın təşəbbüsləri ilə ərsəyə gələn enerji və nəqliyyat dəhlizləri regional və dövlətlərarası əməkdaşlığı, onlar arasındakı xüsusən iqtisadi tərəfdaşlığı əhəmiyyətli şəkildə inkişaf etdirir. Məsələn, Azərbaycanın yaratdığı enerji layihələri həm də dövlətlərarası həmrəyliyin nümunələridir. Bakı-Tbilisi-Ceyhan neft kəməri Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən polad körpüdür. BTC üç ölkə arasında enerji sferasında əməkdaşlıq formatı deməkdir. Hansı ki, bu əməkdaşlıq onlar arasında digər sahələrdə, o cümlədən siyasi sferada münasibətlərin daha güclü səviyyədə qurulmasına təsirsiz ötüşmür.

Respublikamızın təşəbbüsü ilə reallaşan "Cənub qaz dəhlizi"nin isə dövlətlər arasında enerji təhlükəsizliyi sahəsində əməkdaşlığa töhfəsi daha böyükdür. Avropaya qədər uzanan bu dəhliz öz ətrafında Azərbaycan, Türkiyə, Gürcüstan, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya, Rumıniya, Macarıstan kimi dövlətləri, o cümlədən Avropa İttifaqını birləşdirir. Bu baxımdan "Cənub qaz dəhlizi"ni ərsəyə gətirməklə Azərbaycan dövləti beynəlxalq əməkdaşlığın unikal bir formatını yaradıb. "Uzunluğu 3500 kilometr olan inteqrasiya edilmiş boru kəməri sistemi olan bu layihə enerji təhlükəsizliyi və əməkdaşlıq layihəsidir. Çünki "Cənub qaz dəhlizi"nin keçdiyi marşrut boyunca yerləşən bütün ölkələr arasında əməkdaşlıq olmasa, bu layihənin həyata keçirilməsi mümkün olmazdı",  - deyə Prezident İlham Əliyev bildirib.

Eyni fikirləri respublikamızın böyük töhfələri ilə reallaşan nəqliyyat dəhlizləri barədə də söyləmək mümkündür. Azərbaycanın da böyüməsində yaxından iştirak etdiyi Orta dəhliz Avropa və Mərkəzi Asiyanı Xəzər dənizi vasitəsilə Çinlə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur, həmçinin yüklərin Çindən Avropaya və əks istiqamətdə çatdırılmasının ən optimal yoludur. Bu dəhlizin qlobal rəqabətdə fərqlənməsi, özünü çevik nəqliyyat marşrutu kimi göstərməsi məhz Azərbaycanın sayəsində mümkün olmuşdur. Həm Azərbaycanın daxildə yaratdığı mükəmməl yollar, logistika və digər nəqliyyat imkanları, həm də Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin çəkilməsi  Orta dəhlizin tranzit rəqabətində imkanlarını daha da artırıb.  Orta dəhliz də enerji dəhlizləri kimi dövlətlərarası əməkdaşlığın mükəmməl əməkdaşlıq vasitəsidir. Zəngəzur dəhlizinin (TRIPP) istifadəyə verilməsi isə bu əməkdaşlığı daha da gücləndirəcək.

Xüsusilə qeyd edilməlidir ki, qlobal səviyyədə maraqları toqquşan, aralarında dərin siyasi və iqtisadi ziddiyətlər olan ABŞ və Çin Azərbaycanın müəllifliyi ilə reallaşan nəqliyyat dəhlizlərində eyni mövqedən çıxış edirlər. Orta Dəhlizə Çinin verdiyi böyük dəstək əvvəldən məlumdur. Çin rəhbərliyi tərəfindən dəfələrlə Azərbaycanın regionda reallaşdırdığı nəqliyyat layihələrinin önəmi xüsusi qeyd edilib. Bu məsələ iki dövlət arasındakı strateji tərəfdaşlığın da mühüm elementini təşkil edir. Eyni zamanda ABŞ-nin Zəngəzur dəhlizinə (TRIPP) dəstək nümayiş etdirməsi Azərbaycanın yürütlüyü düşünülmüş siyasətin mühüm təzahürlərindən biridir. 

Azərbaycanın müəllifliyi və təşəbbüskarlığı ilə reallaşan enerji və nəqliyyat layihələrinin regional iqtisadi inteqrasiya proseslərinə və dövlətlərarası əməkdaşlığa verdiyi töhfələr bütün siyasi və iqtisadi səviyyələrdə rəğbətlə qarşılanır. Görünən həm də odur ki, Azərbaycanın həyata keçirdiyi fəal siyasi diplomatiyanın nəticəsi olaraq aralarında ziddiyətlər yaşanan siyasi qütblərin belə, Cənubi Qafqazdakı maraqları üst-üstə düşür. Bunun da sayəsində Cənubi Qafqaz regionu qlobal müstəvidə əməkdaşlıq meydanı kimi diqqəti çəkir.

 

Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Benefisiar mülkiyyətçi məlumatlarına dair mərkəzləşdirilmiş reyestrin fəaliyyətinin təmin olunması ilə bağlı görülməli tədbirlər müəyyənləşdirilib  

18:49
02 Aprel

Baş nazir Əli Əsədov Türkiyənin vitse-prezidenti Cevdet Yılmazla görüşüb

18:49
02 Aprel

Azərbaycan və Tacikistan XİN-ləri arasında növbəti konsulluq məsləhətləşmələri olub

18:48
02 Aprel

Cevdet Yılmaz: Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər xüsusi xarakter daşıyır  

18:46
02 Aprel

Xarici qərarların tanınmasında Ali Məhkəmə tərəfindən şəffaflıq və tam neytrallıq təmin olunur  

18:31
02 Aprel

Türkiyənin Vitse-prezidenti: Türk dövlətləri arasında ticarət dövriyyəsini artırmaq əsas hədəflərdən biridir  

18:22
02 Aprel

Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində ən çox müraciət edilən ölkələrin adları açıqlanıb  

18:01
02 Aprel

BMT Azərbaycanın təşəbbüskarı olduğu qətnaməni qəbul edib  

17:57
02 Aprel

Rəcəb Tayyib Ərdoğan: Türkiyə “su stresi” yaşayan ölkələrdən biridir  

17:48
02 Aprel

Soner Kılıç: Azərbaycan Türk dünyasında dayanıqlı turizmin strateji mərkəzinə çevrilmək potensialına malikdir  

17:41
02 Aprel

Azərbaycan və Çili qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahələrində əməkdaşlığı inkişaf etdirəcək  

17:34
02 Aprel

Bakıda və rayonlarda intensiv yağış, bəzi dağlıq ərazilərdə qar yağacaq – XƏBƏRDARLIQ

17:31
02 Aprel

AZƏRTAC-da Səudiyyə Ərəbistanı səfiri ilə görüş keçirilib 

17:26
02 Aprel

Azərbaycan idmançıları mart ayında 118 medal qazanıblar  

17:19
02 Aprel

Beynəlxalq axtarışda olan Pakistan vətəndaşı Azərbaycanda saxlanılaraq Tacikistana təhvil verilib  

17:12
02 Aprel

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

17:03
02 Aprel

Xüsusi Olimpiya Komitəsi Azərbaycan Badminton Federasiyası ilə əməkdaşlığa başlayıb

16:57
02 Aprel

Avropada dizel yanacağı fyuçersləri 2022-ci ildən bəri ən yüksək səviyyədədir  

16:49
02 Aprel

Ədliyyə Nazirliyi: “Yüksəliş” müsabiqəsi qaliblərinin mentorluq proqramını həyata keçirməsi üçün lazımi şərait yaradılacaq  

16:44
02 Aprel

Tramp: Dünyanın Hörmüz boğazına ehtiyacı var, ABŞ-nin isə yox

16:41
02 Aprel

Avropada təbii qaz qiymətləri kəskin artıb

16:37
02 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!