05 Dekabr 2025 08:55
377
İQTİSADİYYAT
A- A+
Sosial sahədə əməkdaşlığın genişləndirilməsi TDT-ni daha effektiv edəcək

Sosial sahədə əməkdaşlığın genişləndirilməsi TDT-ni daha effektiv edəcək


Türk dövlətləri arasında əməkdaşlığın güclənməsi son illər siyasi, iqtisadi və təhlükəsizlik sahələrində olduğu kimi, sosial istiqamətdə də birgə fəaliyyətə şərait formalaşdırıb. Dövlətləri bir araya gətirən ortaq tarix, dil və mədəni irs kimi təməl amillər sosial sahədə də həmrəylik üçün əsas yaradır. Bu baxımdan, türk dövlətlərinin sosial sahədə birliyi tarixi bağların davamıdır. Eyni zamanda bu birlik müasir çağırışlara birgə cavab vermək üçün strateji əhəmiyyət daşıyır.

Türk xalqları arasında sosial sahədə birlik ideyasının kökləri qədim dövrlərə uzanır. Orta əsrlərdə Mərkəzi Asiyada formalaşmış türk dövlətləri ictimai idarəçilik prinsipləri və həyat tərzi ilə də bir-birilərinə bağlı olmuşlar. Qonşu xalqlarla müqayisədə türk toplumlarının ailə institutuna, yardımlaşma ənənəsinə, icma strukturlarına və sosial həmrəyliyə verdiyi yüksək dəyər bu birliyin təməl elementləridir. XX əsrdə, xüsusilə Mərkəzi Asiya və Türkiyə kimi türk dövlətləri arasında mədəni və sosial yaxınlıq müstəqillikdən sonra daha sistemli əməkdaşlığa çevrilib. 2009-cu ildə imzalanmış Naxçıvan Sazişi nəticəsində Türk Dövlətləri Təşkilatı (TDT) yaradılıb və bu, sosial sahədə birgə fəaliyyətin yeni mərhələsinə təkan verib.

Hazırda  TDT  çərçivəsində üzv ölkələr arasında sosial sahədə əməkdaşlıq bir neçə əsas istiqamətdə inkişaf etdirilir. Əmək və sosial müdafiə sahəsində əməkdaşlıq önəmli istiqamətlərdəndir. Üzv ölkələr arasında işçi miqrasiyası, sosial sığorta və sosial təminat sistemlərinin uyğunlaşdırılması üzrə təcrübə mübadiləsi aparılır. Bu, yalnız sosial rifahın artırılmasına deyil, həm də regionda sabitliyin möhkəmlənməsinə stimul verir. Bu sahəyə yönəlmiş bir sıra  layihələr türk dövlətləri arasında humanitar həmrəyliyi və idarəçilik sahəsində təcrübə mübadiləsini gücləndirir. Sosial xidmətlərin təkmilləşdirilməsi, uşaq və qadın siyasətinin koordinasiyası, həmçinin səhiyyə sahəsində təcrübə paylaşımı TDT-yə üzv dövlətlər arasında qarşılıqlı fəaliyyətin nümunələridir. Həmrəylik prinsipi təbii fəlakətlər zamanı birgə yardım və resurs paylaşımı ilə özünü göstərir. Fəlakət baş verdikdə TDT dövlətlərinin bir-birinə yardım göstərməsi təşkilatın sosial həmrəylik prinsiplərini daha da gücləndirir. Bu, türk dünyasında "birlikdə daha güclüyük" anlayışının real tətbiqidir.

Bu kontekstdə 2024-cü il oktyabrın 31-də  Ankarada "Türk dövlətlərində sosial müdafiə, iş həyatı və sosial xidmətlər" mövzusunda keçirilən beynəlxalq konfrans böyük əhəmiyyət daşıyıb. Konfransın əsas məqsədi üzv dövlətlər arasında təcrübə mübadiləsini genişləndirmək, sosial müdafiə və əmək siyasətində ortaq yanaşmaların müəyyənləşdirilməsinə dəstək vermək idi. Tədbir çərçivəsində müxtəlif işçi qrupları yaradılıb, gələcək birgə layihələrin və əməkdaşlıq mexanizmlərinin planlaşdırılması ilə bağlı qərarlar qəbul edilib. Müzakirələrdə əmək bazarının inkişafı, sosial müdafiə sistemlərinin təkmilləşdirilməsi, sosial xidmətlərin koordinasiyası və ölkələr arasında işçi miqrasiyasının idarə olunması məsələlərinin ortaq yanaşma ilə həll edilməsinin vacibliyi vurğulanıb.

Qeyd edək ki, TDT çərçivəsində əmək və sosial müdafiə sahəsində yalnız fikir mübadiləsi deyil, həm də praktik əməkdaşlıq həyata keçirilir. Bu mənada Azərbaycanın DOST Agentliyi ilə Türkiyənin İŞKUR qurumu 2024-2025-ci illər üçün hazırlanan tədbirlər planı çərçivəsində təcrübə mübadiləsi aparır. 2025-ci ilin iyun ayında Ankarada bu əməkdaşlıq mexanizmləri ilə bağlı görüş keçirilib və birgə fəaliyyətin daha da genişləndirilməsi müzakirə olunub. Azərbaycan və Türkiyə arasında isə sosial müdafiə sahəsində ikitərəfli köklü əməkdaşlıq mövcuddur. 1998-ci ildə imzalanmış "Sosial müdafiə sahəsində əməkdaşlıq" sazişi və digər prosedur-müqavilələr bu sahədə hüquqi əsas yaradaraq, iki ölkə arasında davamlı və sistemli əməkdaşlığı təmin edir. 

Bu istiqamətdə Mərkəzi Asiya dövlətləri arasında da mühüm əməkdaşlıq tədbirləri həyata keçirilir. Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistan sosial müdafiə və məşğulluq sahələrində təcrübə mübadiləsi aparır, əmək bazarının inkişafı və sosial xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün birgə layihələr həyata keçirirlər. Qazaxıstan və Qırğızıstan arasında əmək miqrasiyası ilə bağlı hazırlanmış ortaq proqramların sayəsində əmək hüquqları və sosial təminat sahəsində təcrübə paylaşımı sistemli şəkildə aparılır. Eyni zamanda Mərkəzi Asiya ölkələrinin sosial xidmət qurumları təlimlər, seminarlar və konfranslar vasitəsilə qarşılıqlı təcrübə mübadiləsi həyata keçirir ki, bu da regiondakı sosial stabilliyin möhkəmlənməsinə töhfə verir. Beləliklə, Azərbaycan, Türkiyə və Mərkəzi Asiya dövlətləri TDT çərçivəsində əmək və sosial müdafiə sahəsində birgə fəaliyyətləri gücləndirərək, sosial rifahın artırılması, eləcə də qarşılıqlı həmrəyliyin təmin olunmasına nail olurlar.

Qeyd etdiyimiz əməkdaşlığın növbəti mərhələsi kimi üzv ölkələr arasında birbaşa dialoq və təcrübə paylaşımını gücləndirmək üçün mühüm görüşlər keçirilir. Məhz bu çərçivədə bu gün Bakıda keçirilən TDT-yə üzv ölkələrin "Əmək, məşğulluq və sosial müdafiə nazirləri"nin birinci iclası region üçün önəmli hadisə kimi diqqət çəkir. Belə tədbirlər üzv dövlətlər arasında koordinasiyanı artırır, sosial siyasət, sosial müdafiə sistemləri və əmək bazarı ilə bağlı təcrübə və təklif mübadiləsinə zəmin yaradır. Üstəlik də məşğulluq xidmətlərinin təşkili, sosial ödənişlərin verilməsi mexanizmləri və sosial xidmətlərin rəqəmsallaşdırılması sahəsində  üzv ölkələrə bir-birindən öyrənməyə imkan verir. Hər ölkə öz sosial siyasətini daha optimal və ölkə şərtlərinə uyğun qurmaq üçün nümunələr götürə bilir. Beləliklə, nazirlərin iclaslarının başlaması və nazirliklərarası birbaşa əməkdaşlıq strukturlarının yaradılması, ortaq yanaşmaların müəyyənləşdirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin təşkili və birgə sənədlərin (bəyannamə) imzalanması göstərir ki, bu sahə uzunmüddətli strateji prioritetdir.  


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında

01:54
13 Yanvar

Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı

01:53
13 Yanvar

bp Xəzər dənizinin Azərbaycan sektorunda Əşrəfi-Dan Ulduzu-Aypara sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişin əsasında fəaliyyət göstərən əməliyyat şirkəti kimi elan edir ki, Əşrəfi-Dan Ulduzu-Aypara (ADUA) layihəsi üçün seysmik tədqiqat proqramına aid Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) sənədinin layihə variantını müzakirə etmək üçün ictimaiyyətlə onlayn görüş keçirəcək

01:51
13 Yanvar

Azercell abunəçilərinin nəzərinə

01:50
13 Yanvar

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olunan boyaların (illik tələbat üzrə) satın alınması məqsədilə açıq tender elan edir

01:50
13 Yanvar

"Bank Respublika" ASC tərəfindən lombard müştəriləri arasında keçirilən "Qızıl Seçim" lotereyasının birinci tirajının qaliblərinin SİYAHISI

01:49
13 Yanvar

BİLDİRİŞ

01:47
13 Yanvar

Qrenlandiya NATO çərçivəsində müdafiə təhlükəsizliyini təmin etmək üçün səylərini artırır  

23:37
12 Yanvar

Türkiyənin hakim partiyası: Ankara qonşu İranda xaosun əleyhinədir  

23:28
12 Yanvar

Məsud Pezeşkian etirazçıların nümayəndələri ilə görüşüb  

22:14
12 Yanvar

ABŞ 2025-ci ildə yüz mindən çox vizanı ləğv edib  

21:47
12 Yanvar

Türkiyəli ekspert: “Bir millət, iki dövlət” konsepsiyası iqtisadi strategiyalarla birləşərək regional əməkdaşlıq üçün vacib model yaradıb  

21:13
12 Yanvar

Ekspert: Azərbaycanla Ermənistan arasında sülh Çinlə əməkdaşlığın genişləndirilməsinə şərait yaradır  

19:46
12 Yanvar

Türk ekspert: Azərbaycan beynəlxalq münasibətlər sisteminin əvəzolunmaz aktorudur  

19:16
12 Yanvar

Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası keçiriləcək  

18:57
12 Yanvar

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

18:17
12 Yanvar

Azərbaycan zirvələrini fəth edən alpinist dünya rekordçusu olub  

17:49
12 Yanvar

Pakistanlı ekspert: Azərbaycan yaşıl enerjidə liderlik üçün bütün ilkin şərtlərə malikdir  

17:48
12 Yanvar

ANAMA yanında İctimai şura baş verən ardıcıl mina hadisələri ilə bağlı açıqlama yayıb  

17:36
12 Yanvar

IRENA Assambleyasının 17-ci sessiyasının vitse-prezidentliyinə Azərbaycanın namizədliyi təqdim olunub

17:18
12 Yanvar

Donald Tramp Kubanı hədələdi: " Gec olmamış razılaşma əldə edin!"

17:14
12 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!