03 Mart 2026 08:50
375
İQTİSADİYYAT
A- A+
BP və SOCAR Xəzər hövzəsində seysmik və quyu tədqiqatları sahəsində əməkdaşlıq edəcəklər

BP və SOCAR Xəzər hövzəsində seysmik və quyu tədqiqatları sahəsində əməkdaşlıq edəcəklər


BP və SOCAR Xəzər hövzəsində seysmik və quyu tədqiqatları sahəsində əməkdaşlıq etmək niyyətində olduqlarını bildirərək bu dənizin Azərbaycan sektorunun geoloji xüsusiyyətləri barədə ətraflı məlumat əldə edilməsini daha da genişləndirmək məqsədilə bir saziş imzaladılar.

Hövzədə yeraltı tədqiqat işlərini birgə irəli aparmaq istiqamətində atılan mühüm bir addım kimi dəyərləndirilən bu saziş şirkətlər arasında aparılmış geniş texniki müzakirələrin və danışıqların nəticəsidir. Sazişə əsasən, BP və SOCAR ilk dəfə olaraq müxtəlif dövrlərə aid mövcud 2D və psevdo-3D seysmik məlumat toplularını tutuşdurub birləşdirərək regional psevdo-3D seysmik məlumatlar həcmi yaratmaq üçün innovativ texnologiyaların tətbiqi ilə seysmik tədqiqat aparacaqlar. Bu, Xəzər dənizinin Azərbaycan sektorunda həyata keçirilən ilk belə layihə olacaq.

Tədqiqat nəticəsində əldə olunacaq psevdo-3D seysmik məlumatlar həcminin ayrı-ayrı 2D seysmik profillərdən asılılığı azaltmaqla regional geoloji interpretasiyanı əhəmiyyətli dərəcədə yaxşılaşdıracağı gözlənilir. Bu, hövzə miqyasında 3D xəritələr tərtib etməyə imkan verəcək, geoloji kəşfiyyat potensialının daha yaxşı başa düşülməsini təmin edəcək və Xəzər hövzəsində gələcəkdə kəşfiyyat aparılacaq perspektivli strukturlarla bağlı riskləri azaltmağa kömək göstərəcək.

Əməkdaşlıq çərçivəsində SOCAR tərəfindən BP-yə 2D seysmik profillər, quyu məlumatları və geoloji nümunələr təqdim olunacaq. BP isə öz növbəsində seysmik məlumatların emalı və nümunələrin laboratoriya analizlərini təmin edəcək. Psevdo-3D seysmik məlumatlar qabaqcıl texniki imkanlara və bu texnologiyanın tətbiqi sahəsində təsdiqlənmiş uğurlu təcrübəsi olan podratçı tərəfindən təmin ediləcək.

SOCAR-ın vitse-prezidenti Arzu Cavadova bildirib: "Bu saziş SOCAR ilə BP arasında Xəzər dənizinin Azərbaycan sektorunda əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından mühüm mərhələdir. SOCAR-ın geniş geoloji bilik və məlumat bazasının BP-nin seysmik məlumatlarının emalı mövzusunda qabaqcıl imkanları ilə birləşdirilməsi vasitəsilə biz hövzə miqyasında biliklərimizi daha da genişləndirməyə imkan yaradan, innovativ texnologiyaların tətbiqini nəzərdə tutan tədqiqat layihəsinə start veririk". Mövcud seysmik məlumatların inteqrasiyası əsasında regional psevdo-3D seysmik həcmin yaradılması Xəzər hövzəsinin kəşfiyyat potensialı barədə daha dərin təsəvvür formalaşdıracaq, geoloji interpretasiyanı təkmilləşdirəcək və Azərbaycanın uzunmüddətli dəniz kəşfiyyatı strategiyasına dəstək göstərəcək".

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda geologiya və işlənmə üzrə vitse-prezidenti Dən Sparks deyib: "Bu, olduqca vacib birgə təşəbbüsdür və hər iki şirkətə unikal geoloji xüsusiyyətləri ilə seçilən Xəzər hövzəsi haqqında daha geniş bilik formalaşdırmağa imkan verəcək. Əməkdaşlığımız SOCAR-ın hövzə barədə dərin biliklərini və bp-nin qabaqcıl seysmik texnologiyalardan istifadə edərək hövzə və perspektivli strukturlar haqqında məlumatların inteqrasiya edilməsi sahəsində güclü qlobal bacarıqlarını bir araya gətirir. BP-nin dünya üzrə irimiqyaslı seysmik layihələr həyata keçirmək təcrübəsinə əsaslanaraq, bu geniş əhatəli məlumatlar toplusunu yaratmaq və təhlil etmək üçün innovativ metodlar, o cümlədən maşın öyrənməsi və yüksək performanslı hesablama tətbiq edəcəyik. İnanırıq ki, bu tərəfdaşlıq yeni biliklər əldə etməyimizə, hövzənin xüsusiyyətlərini daha yaxşı başa düşməyimizə yol açacaq və Azərbaycanın Xəzərdə geoloji kəşfiyyatla bağlı gələcək planlarına dəstək verəcək".


"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

12:48
04 Aprel

Hulusi Kılıç: Prezident İlham Əliyevin TDT-nin inkişafına dair sözləri Türk dünyasında böyük əks-səda doğurub  

12:08
04 Aprel

Türkiyənin Van vilayətində 5,1 maqnitudalı zəlzələ

12:01
04 Aprel

Müharibə vəziyyətində olan Ukraynada minatəmizləmə təcrübəsi  

11:42
04 Aprel

Səfir: Humanitar yardım karvanı əslində Azərbaycanın həmrəyliyini və mənəvi dəstəyini İrana çatdırır 

11:38
04 Aprel

Seneqal Respublikasının Prezidenti Zati-aliləri cənab Bassiru Diomaye Fayeyə

11:18
04 Aprel

DYP dumanlı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

11:06
04 Aprel

Xəzərdə zəlzələ olub

11:01
04 Aprel

FHN-dən gözlənən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət

10:49
04 Aprel

İndoneziya sahillərində güclü zəlzələ qeydə alınıb

10:42
04 Aprel

Tehranın şimalındakı dağlıq ərazidə partlayışlar baş verib  

10:36
04 Aprel

Pentaqon: İranda əməliyyat başlayandan bəri 365 ABŞ hərbçisi yaralanıb  

10:23
04 Aprel

Azərbaycan Prezidentinin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınıb  

10:13
04 Aprel

Prezident İlham Əliyev: Həm yaxşı, həm də çətin günlərdə daim bir-birimizin yanında olmağa davam edəcəyik  

10:01
04 Aprel

Madaqaskarda dövlət çevrilişi və Prezidentə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb

09:40
04 Aprel

Bilmək istəyirəm

09:35
04 Aprel

Mina terrorçuluğu bütün bəşəriyyət üçün ağrılı problemdir

09:30
04 Aprel

Zivər bəy Əhmədbəyov - qaranlıq dövrün işıqlı memarı

09:25
04 Aprel

ABŞ Bəhreyn bazasından 1500 əsgəri təxliyə edir

09:21
04 Aprel

Bakı - Şərqlə Qərbin ortaq şəhəri

09:20
04 Aprel

Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulması davam edir

09:15
04 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!