03 Mart 2026 08:55
363
İQTİSADİYYAT
A- A+
İlin ilk ayında sənayenin qeyri-neft-qaz sektorunda 8,7 faiz artım qeydə alınıb

İlin ilk ayında sənayenin qeyri-neft-qaz sektorunda 8,7 faiz artım qeydə alınıb


Azərbaycanda qeyri-neft sektorunun inkişafında əldə edilən uğurların bir çox səbəbləri var. Onlardan biri dövlət tərəfindən bu sahəyə yerli və xarici investorları cəlb etmək üçün güzəştlər edilməsidir. Bunun sayəsində artıq neçə ildir qeyri-neft sektoruna sərmayə qoyuluşunda dinamik artım müşahidə olunur. 

Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar ayında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərərn fərdi sahibkarlar tərəfindən ölkə üzrə 4,7 milyard manatlıq və ya ötən ilin müvafiq ayı ilə müqayisədə 2,5 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Məhsul istehsalı neft-qaz sektorunda 1,4, qeyri-neft-qaz sektorunda 8,7 faiz artmışdır. İlin ilk ayında sənaye məhsullarının 56,4 faizi mədənçıxarma, 35,2 faizi emal, 7,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur. Bu dövrdə sənayedə qeyri-dövlət sektorunun payı 80,3 faiz olmuşdur. Ümumi istehsalın 85,9 faizi sənaye məhsullarının istehsalı, 14,1 faizi sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaranmışdır.

Yanvarda mədənçıxarma sənayesi üzrə istehsalın ümumi dəyəri 2,7 milyard manat olmaqla əvvəlki ilin müvafiq ayına nisbətən 2,4 faiz artmışdır. Ay ərzində sahənin əsas məhsulu əmtəəlik neft hasilatı 2,2 milyon ton, əmtəəlik təbii qaz hasilatı 3,4 milyard kubmetr təşkil etmişdir. Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,3 faiz azalmış, əmtəəlik qaz hasilatı 8,7 faiz artmışdır.

Emal sənayesi üzrə yanvar ayında 1 milyard 661,7 milyon manatlıq məhsul istehsal olunmuş və sənaye xarakterli xidmətlər göstərilmişdir. Əvvəlki ilin ilk  ayı ilə müqayisədə  tütün məmulatlarının istehsalı 37,4 faiz artsa da, bir sıra qida məhsulları istehsalında azalma müşahidə edilmişdir. Əvəzində bitki yağları istehsalında 15,6 faiz artım qeydə alınmışdır. Kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 141,9 milyon manatlıq məhsul istehsal edilmişdir. Əczaçılıq məhsullarının istehsalında 2,8 dəfə artım olmuşdur.

Tikinti materiallarının istehsalı sahəsində müşahidə edilən yüksək dinamika işğaldan azad edilən ərazilərdə aparılan nəhəng bərpa-quruculuq işləri ilə bağlıdır. Cari ilin yanvar ayında sözügedən sahədə ümumi dəyəri 117,8 milyon manatlıq məhsul istehsal edilmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 39,3 faiz artım deməkdir.

Kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrinin ölkə sənayesindəki çəkisi çox olmasa da, burada artım dinamikası yüksəkdir. Məsələn, yanvarda elektrik avadanlıqlarının istehsalında 53,2 faiz,  elektrik avadanlıqlarının istehsalı sahəsi üzrə elektrik tənzimləyici cihazların istehsalında 2,1 dəfə artım müşahidə olunmuşdur.

İlin ilk ayında həmçinin 38,2 milyon manatlıq maşın və avadanlıqlar istehsal edilmişdir. Ötən ilin ilk ayı ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 2,1 dəfə artmış, maşın və avadanlıq istehsalı 10,8 faiz azalmışdır. Həmin ay ərzində 402 və ya ötən ilin eyni dövrü ilə müqayisədə 167 ədəd çox minik avtomobili istehsal olunmuşdur. Ay ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə yük avtomobillərinin istehsalı isə 7 dəfə artmışdır.

Statistik rəqəmlərdən görünür ki,  cari ilin ilk ayında ölkədə qeyri-neft-qaz sektorunda ümumi artım dinamikası əsasən davam edir. Bir sıra məhsullar üzrə azalmanın müşahidə edilməsi isə ilin əvvəli olması ilə bağlıdır. Təbii ki, aylar bir-birini əvəz etdikcə həmin sahələr üzrə də istehsalda artım bərpa olunacaq. 


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

12:48
04 Aprel

Hulusi Kılıç: Prezident İlham Əliyevin TDT-nin inkişafına dair sözləri Türk dünyasında böyük əks-səda doğurub  

12:08
04 Aprel

Türkiyənin Van vilayətində 5,1 maqnitudalı zəlzələ

12:01
04 Aprel

Müharibə vəziyyətində olan Ukraynada minatəmizləmə təcrübəsi  

11:42
04 Aprel

Səfir: Humanitar yardım karvanı əslində Azərbaycanın həmrəyliyini və mənəvi dəstəyini İrana çatdırır 

11:38
04 Aprel

Seneqal Respublikasının Prezidenti Zati-aliləri cənab Bassiru Diomaye Fayeyə

11:18
04 Aprel

DYP dumanlı hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

11:06
04 Aprel

Xəzərdə zəlzələ olub

11:01
04 Aprel

FHN-dən gözlənən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət

10:49
04 Aprel

İndoneziya sahillərində güclü zəlzələ qeydə alınıb

10:42
04 Aprel

Tehranın şimalındakı dağlıq ərazidə partlayışlar baş verib  

10:36
04 Aprel

Pentaqon: İranda əməliyyat başlayandan bəri 365 ABŞ hərbçisi yaralanıb  

10:23
04 Aprel

Azərbaycan Prezidentinin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınıb  

10:13
04 Aprel

Prezident İlham Əliyev: Həm yaxşı, həm də çətin günlərdə daim bir-birimizin yanında olmağa davam edəcəyik  

10:01
04 Aprel

Madaqaskarda dövlət çevrilişi və Prezidentə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb

09:40
04 Aprel

Bilmək istəyirəm

09:35
04 Aprel

Mina terrorçuluğu bütün bəşəriyyət üçün ağrılı problemdir

09:30
04 Aprel

Zivər bəy Əhmədbəyov - qaranlıq dövrün işıqlı memarı

09:25
04 Aprel

ABŞ Bəhreyn bazasından 1500 əsgəri təxliyə edir

09:21
04 Aprel

Bakı - Şərqlə Qərbin ortaq şəhəri

09:20
04 Aprel

Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulması davam edir

09:15
04 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!