18 İyun 2025 22:24
640
İQTİSADİYYAT
A- A+
Milli Məclisin komitə iclasında dörd məsələ müzakirəyə çıxarılıb

Milli Məclisin komitə iclasında dörd məsələ müzakirəyə çıxarılıb

İyunun 18-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin videokonfrans formatında iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, komitə sədri Sadiq Qurbanov gündəliyə 4 məsələnin - “Qaz təchizatı haqqında“ (ikinci oxunuş), “Elektroenergetika haqqında” Qanunda dəyişiklik edilməsi barədə (ikinci oxunuş), “İstilik təchizatı haqqında ” (üçüncü oxunuş), “Elektroenergetika haqqında” Qanunda dəyişiklik edilməsi barədə” qanun layihələrinin daxil olduğunu bildirib.

Əvvəlcə “Qaz təchizatı haqqında“ qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Məlumat verilib ki, bu qanun qazın nəqli, paylanması, saxlanması, satışı, idxalı, istehlakı və qaz qurğularının istismarı ilə bağlı qaz təchizatı subyektləri, istehlakçılar və qaz təchizatı sektorunda fəaliyyət göstərən dövlət orqanları (qurumları) arasında yaranan münasibətləri tənzimləyəcək, həmçinin qaz təchizatının hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edəcək.

Sonra gündəliyin ikinci məsələsi - “Elektroenergetika haqqında” Qanuna təklif olunan dəyişiklik barədə məlumat verilib. Bildirilib ki, qanun layihəsi elektroenergetika sektorunda sabit tarifin tətbiqi məqsədilə hazırlanıb. Layihədə istehlak səviyyəsindən asılı olmayaraq, hər bir istehlakçı üçün sabit tarifin aylıq ödəniş elementi kimi müəyyənləşdirilməsi, bu tarif vasitəsilə paylayıcı sistem operatorunun sabit xərclərinin qarşılanması nəzərdə tutulur. Eyni zamanda, layihədə sabit tarifin tətbiqindən irəli gələn məsələlər, elektrik enerjisi təchizatçısının və istehlakçının hüquq və vəzifələri də tənzimlənir.

Gündəliyin üçüncü məsələsi olan “İstilik təchizatı haqqında” (üçüncü oxunuş) qanun layihəsinə dair məlumat verən komitə sədri Sadiq Qurbanov deyib ki, sənəd istilik enerjisinin istehsalı, paylanması (ötürülməsi), satışı və istehlakı ilə bağlı yaranan münasibətləri, bu sahədə dövlət orqanlarının və tənzimləyicinin səlahiyyətlərini, istilik təchizatı subyektlərinin hüquq və vəzifələrini tənzimləyəcək və istehlakçıların istilik təchizatı ilə təminatının keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək.

Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov gündəliyin sonuncu məsələsi – “Elektroenergetika haqqında” Qanunda dəyişiklik edilməsi barədə məlumat verib. O, qanun layihəsinin “Elektroenergetika haqqında” Qanunun 13.2-ci maddəsinin qüvvəyə minmə müddətinin dəyişdirilməsi məqsədilə hazırlandığını söyləyib. Bildirilib ki, hazırkı variantda maddənin 2025-ci il iyulun 1-də qüvvəyə minməsi nəzərdə tutulsa da, təklifə əsasən bu müddətin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməsi məqsədəuyğun hesab olunur.

Komitənin sədr müavini Fatma Yıldırım, üzvləri Vüqar Rəhimzadə, Asif Əsgərov qanun layihələri ilə bağlı fikirlərini bölüşüblər.

Müzakirələrin sonunda qanun layihələrinin hər biri Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiya son bir həftədə Ukraynaya 1600 dron, 1100 idarə olunan bomba atıb

12:27
02 May

Diplomatik korpusun nümayəndələri Laçında

12:26
02 May

Xersonda mikroavtobus dronla vurulub, ölənlər və xəsarət alanlar var

12:14
02 May

Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub

12:11
02 May

Diplomatik korpus nümayəndələrinin Şuşa ilə tanışlığı davam edib

12:06
02 May

Tramp İranla Vaşinqtonu qane edən bir razılaşma əldə etmək niyyətindədir

12:01
02 May

Azərbaycan neftinin qiyməti 119 dollar olub

11:46
02 May

Milli Məclisin komissiyası: “Ermənipərəst dairələr Ermənistan və Azərbaycan arasında davam edən kövrək sülh prosesinə zərbə vurmağa çalışırlar”

10:47
02 May

AzMİU və ADA Universiteti arasında strateji əməkdaşlıq: Dizayn sahəsində yeni mərhələ başlayır

10:47
02 May

Xəzərdə zəlzələ olub

10:13
02 May

Bilmək istəyirəm

09:05
02 May

Ədalətli tələb, haqlı istək

09:00
02 May

Bakıda Beynəlxalq Xalça Festivalı keçirilir

08:55
02 May

Şəhərlərin gələcəyi iki həftə sonra Bakıda yazılacaq

08:50
02 May

Azərbaycanın "Elm Sarayı"

08:45
02 May

Erməni lobbisinin gizli təsir rıçaqları ifşa olunur

08:40
02 May

Okamponun etirafları Avropa idarəçilik sisteminin təsir altında olduğunu sübut edir

08:35
02 May

Sülh, yoxsa xəstə təfəkkür

08:30
02 May

Ağverəndəki görüş sülh prosesinin növbəti uğurudur

08:25
02 May

Heydər Əliyev və milli məfkurə

08:23
02 May

Heydər Əliyev yolu: sabitlik, inkişaf və zəfərin təməli

08:20
02 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!