26 Fevral 2025 17:44
1004
PARLAMENT
A- A+
Milli Məclisdə Fransa müstəmləkələrindən olan bir qrup media nümayəndələri ilə görüş keçirilib  

Milli Məclisdə Fransa müstəmləkələrindən olan bir qrup media nümayəndələri ilə görüş keçirilib  


Fevralın 26-da Milli Məclisdə parlamentdə yaradılmış Korsika xalqına dəstək qrupunda təmsil olunan deputatlar Cavanşir Feyziyev, Tural Gəncəliyev, Şahin İsmayılov və Azər Kərimli ilə ölkəmizdə səfərdə olan Fransa müstəmləkələrindən bir qrup media nümayəndələrinin görüşü olub.

AZƏRTAC xəbər verir ki, deputat Cavanşir Feyziyev təəssüf hissi ilə Fransa kimi ölkələrin bu gün də öz müstəmləkəçilik siyasətini davam etdirdiyini, yerli xalqları əsarətdə saxladığını, müstəmləkə ərazilərini istismar etdiyini, oradakı milli azlıqların hüquqlarının pozulduğunu bildirib. Milli Məclisin deputatı Azərbaycanın hazırda Fransanın kolonialist siyasətindən əziyyət çəkən xalqları onların müstəmləkəçiliyə qarşı mübarizəsində dəstəklədiyini qeyd edib. Azərbaycan Prezidenti İlham Əliyevin bütün beynəlxalq platformalarda neokolonializm məsələsini gündəmə gətirdiyini vurğulayıb.

Deputat Azər Kərimli bu görüşün Azərbaycanda Xocalı faciəsinin qurbanlarının anıldığı günə təsadüf etdiyini bildirib, Ermənistanın Xocalıda törətdiyi soyqırımı, habelə Azərbaycan xalqının müstəqillik tarixi barədə məlumat verib. O, Fransanın neokolonializm siyasətinin bütün sivil bəşəriyyətə, humanizm prinsiplərinə qarşı olduğunu deyib.

Milli Məclisin deputatı Şahin İsmayılov Fransa müstəmləkəçiliyindən əziyyət çəkən xalqların dəstəklənməsində, onların səsinin dünyaya çatdırılmasında mətbuatın rolundan danışıb, bu məsələdə beynəlxalq hüququn prinsiplərinə əməl edilməsinin vacibliyini qeyd edib.

Deputat Tural Gəncəliyev qarşılıqlı əməkdaşlığın önəmli olduğunu deyib. O qeyd edib ki, bu gün Fransanın dənizaşırı ərazilərdə olması neokolonializm kimi qəbul edilir. Fransanın həmin ərazilərdə siyasi və iqtisadi təsirini saxlamaqda davam etdiyini təəssüflə söyləyib, bu stereotiplərə qarşı mübarizənin vacibliyindən bəhs edib.

Söhbətdə Fransa müstəmləkəçiliyinə qarşı mübarizə aparmaq məqsədilə Bakı Təşəbbüs Qrupunun yaradıldığı diqqətə çatdırılıb və Qrupun bu istiqamətdə fəaliyyəti yüksək dəyərləndirilib. Eyni zamanda, Qoşulmama Hərəkatının tədbirlərində, COP29 çərçivəsində bu məsələnin gündəmdə saxlanıldığı söylənilib. Həmçinin qeyd edilib ki, Fransa kimi ölkələr onların müstəmləkəçilik siyasətinə qarşı çıxan Azərbaycana təzyiq göstərməyə çalışırlar. Buna baxmayaraq, biz öz mövqeyimizdən çəkinməyəcəyik və bütün imkanlar vasitəsilə bu mübarizədə bu xalqların yanında olacağıq.

Görüşdə iştirak edən Bakı Təşəbbüs Qrupunun (BTQ) rəhbəri Abbas Abbasov müstəmləkə ərazilərinin azadlığı uğrunda aparılan mübarizəyə Qrupun verdiyi dəstəkdən söhbət açıb. Təşkilat tərəfindən müstəmləkəçilik və neokolonializmlə mübarizə sahəsində ardıcıl işlərin görüldüyünü diqqətə çatdırıb.

Fikir mübadiləsi zamanı Yeni Kaledoniya, Sen-Martin, Qvadelupa, Fransız Qvianasından olan media nümayəndələri ölkəmizin dekolonizasiya prosesindəki rolundan danışıblar. Fransa hakimiyyətinin bu xalqların həyatına etinasız yanaşdığını söyləyiblər. Azərbaycanın onların müstəmləkəçiliklə mübarizəsinə verdiyi dəstəyi yüksək qiymətləndiriblər. Fransanın müstəmləkəçilik siyasətinə qarşı Beynəlxalq Azadlıq Cəbhəsinin yaradıldığını və bunun müsbət nəticələr verəcəyinə inamlarını qeyd ediblər.

Xarici mətbuat təmsilçiləri, habelə iqtisadi, mədəni, humanitar əlaqələrin qurulması, media sahəsində əməkdaşlıq və informasiya mübadiləsinin vacibliyindən də söhbət açıblar.

Görüş zamanı qonaqları maraqlandıran bir sıra suallar ətraflı cavablandırılıb.

Tədbir çərçivəsində Fransa müstəmləkələrindən olan media nümayəndələri Milli Məclisin plenar iclas zalı, orada deputatların səmərəli fəaliyyəti üçün yaradılmış şəraitlə yaxından tanış olublar, yerli mətbuata müsahibə veriblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ermənistan silahlı qüvvələri növbəti dəfə təxribatlara əl atıb  

15:43
30 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

15:25
30 Mart

Azərbaycanın bədii gimnastları Bakıdakı turnirdə qızıl və bürünc medallara sahib çıxıblar  

14:52
30 Mart

Sudan Azərbaycanın davamlı inkişaf və yenidənqurma sahəsində uğurlu təcrübəsindən bəhrələnəcək  

14:49
30 Mart

Türkiyə əleyhinə xəbərlər yaymaqda və PKK ilə əməkdaşlıqda ittiham olunan şəxs həbs edilib  

13:31
30 Mart

Mart ayının son günündə hava necə olacaq? - PROQNOZ  

13:15
30 Mart

Azərbaycan gimnastı Bakıda keçirilən beynəlxalq turnirdə bürünc medal qazanıb  

12:43
30 Mart

Son 5 gün ərzində region avtovağzallarından paytaxta 25800-ə yaxın sərnişin daşınıb  

11:42
30 Mart

Şuşada bayram namazı qılınıb

11:10
30 Mart

Martın 30-da Ümumdünya Bipolyar Pozuntu Günü qeyd olunur  

11:07
30 Mart

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səuddan  

10:32
30 Mart

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuddan  

10:28
30 Mart

Azərbaycan Premyer Liqası: Tura 2 oyunla yekun vurulacaq  

10:21
30 Mart

Uzaq Şərqdə və Avstraliyada Azərbaycan mədəniyyəti təbliğ edilib  

09:49
30 Mart

Bakının məscidlərində bayram namazı qılınıb

09:31
30 Mart

Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib

08:48
30 Mart

Almaniyada Qocalar evində yanğın olub, 50-dən çox insan xəsarət alıb  

08:36
30 Mart

Ukrayna ordusunda kosmik qüvvələr yaradılır  

07:41
30 Mart

Azərbaycanda Ramazan bayramıdır  

07:35
30 Mart

ABŞ-da təyyarə yaşayış binasına düşüb  

07:26
30 Mart

Gəncə və Mingəçevirdə futbol obyektlərinə baxış keçirilib

22:19
29 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!