30 Dekabr 2025 13:30
156
CƏMİYYƏT
A- A+
Milli Məclis elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri təsdiqlədi

Milli Məclis elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri təsdiqlədi

Vergi Məcəlləsində, “Tütün və tütün məmulatı haqqında”, “Reklam haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunlarda dəyişiklik edilir.

AZƏRTAC xəbər verir ki, bu məsələ Milli Məclisin dekabrın 30-da keçirilən iclasının gündəliyinə daxil edilib.

Qanun layihəsi elektron siqaretlərin və onların komponentlərinin dövriyyəsinin (idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsinin) qadağan edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi məqsədilə hazırlanıb.

Bu çərçivədə “Tütün və tütün məmulatı haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunlarda “tütün məmulatı” anlayışı dəqiqləşdirilir (nikotin tərkibli elektron siqaretlər tütün məmulatı anlayışına daxil edilir), həmçinin “qızdırılan tütün məmulatı” və “elektron siqaret” anlayışları daxil edilir. Beləliklə, nikotin tərkibli elektron siqaretlər dövriyyəsi qadağan edilməklə tütün məmulatı kimi təsnif edilir.

Qanuna, eyni zamanda, elektron siqaretlərin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi ilə bağlı yeni maddə əlavə edilir. Yeni maddəyə əsasən, elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağan edilir.

Anlayışların dəqiqləşdirilməsi və yeni anlayışların müəyyən olunması tütün məmulatlarının, o cümlədən qızdırılan tütün məmulatının, habelə elektron siqaretin hüquq tətbiqetmədə daha dəqiq təsnifləşdirilməsinə və diferensasiyasına imkan yaradacaq.

Eyni zamanda, uyğunlaşdırma çərçivəsində Vergi Məcəlləsində, “Reklam haqqında” Qanunda müvafiq dəyişikliklər edilir. Buraya “birdəfəlik istifadə üçün elektron siqaret”in və “elektron siqaretlər üçün maye”nin aksizli mallar siyahısından çıxarılması və bundan irəli gələrək vergi dərəcələrinin ləğvi, eyni zamanda, reklamla bağlı qadağanın yeni anlayışlara uyğunlaşdırılması aiddir.

Müzakirələrdən sonra qanun layihəsi üçüncü oxunuşda təsdiqlənib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanda 237 dərmanın qiymətləri tənzimlənib

15:51
30 Dekabr

Aİ-92 markalı benzinin və dizelin tarifləri müəyyənləşdirilib

15:50
30 Dekabr

Hər bir azərbaycanlı müstəqil və qalib Azərbaycan dövləti ilə fəxr edir

15:47
30 Dekabr

OPEC+ ölkələrinin gələn il hasilatı sabit saxlaması gözlənilir

15:27
30 Dekabr

Elektrik enerjisi və təbii qaz üçün sabit tariflər müəyyən edilib

15:23
30 Dekabr

Bayramda düzgün qidalanma ilə bağlı tövsiyələr

15:08
30 Dekabr

DİN: Bayram günlərinin təhlükəsiz keçməsi üçün qaydalara əməl edək

14:47
30 Dekabr

Vəkillər bir çox məlumatları real vaxt rejimində əldə edə biləcəklər

14:44
30 Dekabr

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Milli Məclisin müraciəti

14:21
30 Dekabr

Bakı şəhərində 1 saylı Vəkil Bürosunun yeni inzibati binasının açılışı olub

13:39
30 Dekabr

“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” və “Mədəniyyət haqqında” qanunlarda dəyişiklik edilir

13:37
30 Dekabr

Milli Məclisin payız sessiyası başa çatıb

13:34
30 Dekabr

Milli Məclis Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə müraciət qəbul edib

13:33
30 Dekabr

Məişət zorakılığı qurbanları üçün mühafizə orderi üzrə dövlət rüsumu ləğv edilir

13:31
30 Dekabr

Milli Məclis elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri təsdiqlədi

13:30
30 Dekabr

Cəbrayıl və Zəngilan rayonlarında ilk dəfə Yeni il Qış yarmarkası keçirilib

13:28
30 Dekabr

Türkiyədə terrorçularla əlaqədə şübhəli bilinən 127 nəfər saxlanılıb

13:26
30 Dekabr

İşçi hüquqlarının gücləndirilməsi üçün Əmək Məcəlləsinə yeni anlayışlar əlavə olunur

12:51
30 Dekabr

Sabah hava əsasən yağmursuz keçəcək

12:49
30 Dekabr

Parlament Vergi Məcəlləsinə təklif edilən dəyişiklikləri təsdiqləyib

12:47
30 Dekabr

Azərbaycan XİN: Tayvanın müstəqilliyini tanımırıq

12:44
30 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!