25 Aprel 2026 09:00
216
İQTİSADİYYAT
A- A+
ARDNF ilk rübün hesabatını açıqlayıb

ARDNF ilk rübün hesabatını açıqlayıb


73,5 milyard dollar aktivlərə malik fondun 3 ayda ümumi gəlirləri 3,2 milyard manat olub


Cari ilin birinci rübü Dövlət Neft Fondu (ARDNF) üçün həm sabitliyin qorunduğu, həm də qlobal risklərin təsirinin hiss olunduğu dövr kimi yadda qaldı. Qurum tərəfindən açıqlanan rəsmi məlumatlar göstərir ki, fond ilin ilk rübündə gəlir və xərclər arasında balansı qoruya bilib.

Hesabata əsasən, ARDNF-nin aktivləri 2026-cı ilin əvvəlinə 73,54 milyard, mart ayının sonuna 73,51 milyard dollar (125 milyard manat) olub. Bu dinamika maliyyə bazarlarında baş verən dalğalanmalara baxmayaraq, fondun aktivlərinin ümumilikdə sabit saxlanıldığını göstərir. 

Cari ilin yanvar-mart aylarında ARDNF-nin ümumi gəlirləri 3,18 milyard, xərcləri 3,22 milyard manat təşkil edib. Gəlirlərin 1,8 milyard manatı neft-qaz sektorundan formalaşıb. Hesabat dövründə "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağı 1,4 milyard, "Şahdəniz" yatağı 359,6 milyon manat gəlir gətirib. Fondun gəlirlərində ikinci böyük mənbə vəsaitlərin idarə olunmasından əldə olunan qazancdır. Ötən dövr ərzində bu sahədən 1,37 milyard manat gəlir əldə edilib. 

Xərclərə gəldikdə, hesabat dövründə fonddan dövlət büdcəsinə 3,21 milyard manat vəsait köçürülüb. Eyni zamanda sosial və insan kapitalına yönəlmiş xərclər də az olmayıb. Xaricdə təhsil proqramları və ali təhsilin rəqabətliyinin artırılması layihələrinə ümumilikdə 7,1 milyon manat vəsait ayrılıb. İdarəetmə xərcləri isə cəmi 6,4 milyon manat olmaqla ümumi büdcə fonunda minimal paya malik olub.

2026-cı ilin ilk rübü qlobal maliyyə bazarları üçün asan keçməyib. Artan geosiyasi gərginliklər, Yaxın Şərqdə baş verən hadisələr və inflyasiya gözləntilərinin güclənməsi investor davranışına ciddi təsir edib, xüsusilə mart ayında istiqraz gəlirlərinin artması qiymətlərə mənfi təsir göstərib. Həmin proseslər ARDNF-nin investisiya portfelində də hiss olunub. Bununla belə, fondun diversifikasiya olunmuş portfeli  - özəl səhmlər, daşınmaz əmlak və infrastruktur investisiyaları ümumi gəlirliyin qorunmasına kömək edib. Ümumiyyətlə, ARDNF-nin bu ilin ilk rübü üzrə nəticələri göstərir ki, fond qısa müddətli bazar dalğalanmalarına baxmayaraq, maliyyə sabitliyini qoruyub. Bunu gəlir və xərclərin balanslaşdırılması, aktivlərin sabit qalması və investisiya portfelinin çevikliyi də təsdiqləyir.


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dnepr şəhərinə raket zərbələri endirilib, dağıntılar və xəsarət alanlar var

10:13
25 Aprel

ABŞ-də federal edam cəzaları bərpa olunacaq

10:12
25 Aprel

ABŞ-nin İrana qarşı əməliyyata xərclədiyi məbləğ açıqlanıb

10:11
25 Aprel

BMT: Körfəz və Hörmüz boğazında gəmilərə 29 hücum qeydə alınıb

09:57
25 Aprel

Bilmək istəyirəm

09:20
25 Aprel

Qlobal çağırışların müzakirə olunduğu dialoq mərkəzi

09:15
25 Aprel

Bakının memarlıq simfoniyası

09:10
25 Aprel

"Xəzər və Mərkəzi Asiya regionlarında neft ticarəti və logistika" məsələləri Bakıda müzakirə olundu

09:05
25 Aprel

ARDNF ilk rübün hesabatını açıqlayıb

09:00
25 Aprel

"Şəfəq"in ilk günəş panelləri quraşdırılıb

08:55
25 Aprel

Əqli mülkiyyət: zənginlik və inkişaf institutu

08:50
25 Aprel

Ustad nasir

08:45
25 Aprel

Sözün gücü ilə insanlığa xidmət göstərən ədib

08:40
25 Aprel

Etibarlı və əlverişli investisiya məkanı

08:35
25 Aprel

Ortaq gələcək naminə: Azərbaycanın sistemyaradıcı rolu

08:30
25 Aprel

Azərbaycanın yaratdığı reallıqlar erməni saxtakarlığını da fiaskoya uğradır

08:25
25 Aprel

Azərbaycanda uşaq hüquqları: qanunvericilik, məhkəmə təcrübəsi və müasir tendensiyalar

08:20
25 Aprel

Qlobal forumlar məkanında davamlı təhsil

08:15
25 Aprel

2026-cı ilin birinci rübünün nəticələri ilə bağlı müşavirə keçirilib

08:10
25 Aprel

Nur saçan ömür: mənəvi dəyərlərin təcəssümü

08:05
25 Aprel

İlham Əliyevin uzaqgörən strategiyası

08:00
25 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!