24 Aprel 2024 08:45
715
SİYASƏT
A- A+
Meşəli faciəsi

Meşəli faciəsi

 

Ermənilər zaman-zaman azərbaycanlılara qarşı qırğınlar, soyqırımları törədiblər. Ötən əsrin axırlarında SSRİ-nin süqutundan sonra keçmiş sovet məkanında yeni geosiyasi şərait yarandı. Bu tarixi şəraitdən də istifadə edən Ermənistan növbəti dəfə Qarabağa göz dikdi. Ermənistanın ordu hissələri Qarabağdakı separatçılar və terrorçularla birləşərək Azərbaycanın əbədi-əzəli torpaqlarının işğalına başladılar. 
Təpədən-dırnağadək silahlanmış ermənilər xarici havadarlarına güvənərək min illərdən bəri Qarabağda azərbaycanlılar yaşayan kəndlərə hücum edir, evləri yandırır, insanları amansızcasına qətlə yetirirdilər. Onlar Qarabağın bütün yaşayış məntəqələrinə eyni vaxtda hücum edirdilər. 1991-ci ilin sonlarında ermənilərin ərazilərimizə, kəndlərimizə terror hücumları daha da genişləndi. Dünya ictimaiyyəti Qarabağ hadisələrində erməni vəhşiliyinin əsl simasını 1991-ci il dekabrın 23-də Xocalı rayonunun Meşəli kəndində daha aydın gördü.
Terrora köklənmiş erməni işğalçıları 23 dekabr 1991-ci ildə səhər saatlarında  Xocalı rayonunun Meşəli kəndinə iki zirehli transportyor, bir piyadaların döyüş maşını, üç "Qaz-66" və dörd "UAZ" avtomobilindən istifadə etməklə hücuma keçdi və dünyanı sarsıdan qətliam törətdilər. Silahsız, köməksiz qalmış kənd sakinləri erməni qəsbkarları tərəfindən amansızlıqla öldürüldü. Bu qanlı  hadisədən bir neçə gün əvvəl bölgədəki komandanlıq kənd camaatının ov tüfənglərini belə əllərindən almışdı. Ona görə də silahsız qalmış camaat ermənilərə müqavimət göstərə bilmirdi. Kənd sakinləri sağ qalmaq ümidi ilə yaxınlıqdakı meşəyə qaçdılar. Amma ermənilər arxalarınca düşüb meşədə də onları yaxalayıb öldürdülər. Müdafiəsiz qalan kəndi ermənilərin "Böyük Tiqran" və "Sasunlu David" quldur dəstələri asanlıqla işğal etdilər. Kənd sakinləri gizləndikləri meşədən geri dönəndə evlərinin və tövlələrinin ermənilər tərəfindən qarət edilib yandırıldığını gördülər. İşğalçılar meşəyə qaça bilməyən sakinləri kənddə öldürmüşdülər. Ermənistan tərəfi isə həmişəki kimi yenə də yalan danışır, Meşəlidə qətliam törətdiklərini inkar edirdi.
Meşəli qırğınının şahidi olan Alış Musa oğlu Alışov deyir ki, ermənilər kəndə hücum edəndə qadınlar və azyaşlılar məktəbin zirzəmisində gizlənmişdilər. Təəssüf ki, işğalçılar onların da yerini müəyyənləşdirib öldürmüşdülər. Quldurlar evlərə, içərisində heyvanlar olan tövlələrə, ot tayalarına, çəpərlərə od vurub yandırmışdılar. Həmin gün daşnaklar 25 kənd sakinini amansızcasına qətlə yetirmişdilər. Öldürülənlərdən 8-i qadın, 3-ü isə uşaq idi. Döyüşlər zamanı 14 nəfər isə ağır yaralanmışdı. 
Kəndə hücum edən quldurlar Novruzovlar ailəsindən bir nəfər azyaşlının əl-ayağını bağlayıb yük maşınının arxasına qoyub girov apararkən uşaq özünü maşından ataraq, qaçmağa çalışmışdı. Təəssüf ki, uşaq terrorçuların gülləsindən yayına bilməmişdi. 
Meşəli kənd sakini Kamran Rəcəbov xatırlayır ki, erməni hücumları nəticəsində evi tərk edərkən oğlu 1 yaş 7 aylıq Mərhəmət Rəcəbov yolda şaxtaya düşərək ölmüşdür. Kəndə hücum zamanı ermənilər Novruzovlar ailəsindən 5, Quliyevlər ailəsindən 4 nəfəri qətlə yetirmişdilər. İşğalçılar meyitləri təhqir edərək tanınmaz hala salmışdılar.
Daşnakların hücumları qarşısında köməksiz qalan 358 nəfər kənd sakini doğma ocaqlarını tərk etməyə məcbur  olmuşdu. Kənd camaatını öldürməklə, didərgin salmaqla kifayətlənməyən ermənilər evləri də yandırmışdılar. Bu yerlərdən azərbaycanlıların izlərini silməyə çalışmışdılar. Meşəlidə kənd sakinlərinə məxsus əmlakın məhv edilməsi və zədələnməsi nəticəsində onlara külli miqdarda maddi ziyan vurulmuşdu.
"Memorial" təşkilatı Birinci Qarabağ müharibəsi zamanı Xocalı rayonunun Meşəli kəndinin azərbaycanlı sakinlərinin erməni işğalçıları tərəfindən məcburi olaraq qovulması barədə geniş material hazırlamışdı. Həmin materialda ermənilərin Meşəli kəndinin mülki əhalisinə qarşı ağır zorakılığın göstərildiyi xüsusilə vurğulanmışdır. Qəsbkarların bu vəhşi hücumları qətiyyətlə pislənmişdi.
29 iyul 2023-cü ildə Meşəli qətliamında iştirak etməkdə ittiham olunan, əli Qarabağda yaşayan azərbaycanlıların qanına batmış Vaqif Xaçaturyan Beynəlxalq Qırmızı Xaç Komitəsinin avtomobilində Qarabağdan Ermənistana qaçmaq istəyərkən  Laçın sərhəd-keçid məntəqəsində Azərbaycan Sərhəd Xidmətinin hərbçiləri tərəfindən saxlanılmışdır. Xatırladaq ki, V.Xaçaturyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin  103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilmişdi və beynəlxalq axtarışa verilmişdi. Axır ki, uzun illərdən sonra bu cinayətkar həbs edilmiş, V.Xaçaturyanın törətdiyi qətliamlar məhkəmə zamanı şahidlərin dedikləri ilə tam təsdiqini tapmışdır. 

Vahid MƏHƏRRƏMOV, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər  

17:15
07 Dekabr

XIII Qlobal Bakı Forumuna hazırlıq məqsədilə Çində toplantı keçirilib  

17:12
07 Dekabr

Premyer Liqa: “Şamaxı” səfərdə qalib gəlib  

16:26
07 Dekabr

AFFA rəhbərliyi cənub bölgəsində futbol infrastrukturunun vəziyyəti ilə tanış olub  

16:10
07 Dekabr

HƏMAS tərksilah olmaq üçün şərtini açıqlayıb  

15:48
07 Dekabr

Türkiyəli professor: Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülhün davamlı olması üçün zəruri şərtdir  

14:08
07 Dekabr

Sabah Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir  

14:05
07 Dekabr

Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib 

13:50
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər  

13:16
07 Dekabr

Ukrayna ordusu Dnepropetrovsk vilayətinin kəndini azad edib  

11:47
07 Dekabr

Qırğızıstan nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

11:33
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

Timişoarada Azərbaycan Rumıniya münasibətləri barədə müzakirə aparılıb  

20:20
06 Dekabr

Almaniya Kansleri İordaniya və İsrailə səfər edib  

19:51
06 Dekabr

Misli Premyer Liqasında XIV tura start verilib  

19:21
06 Dekabr

Cənubi Afrikada bir otelə basqın nəticəsində 11 nəfər qətlə yetirilib  

17:53
06 Dekabr

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib YENİLƏNİB  

17:48
06 Dekabr

 Xalq artisti Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edilib

17:41
06 Dekabr

Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

16:59
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!