02 İyul 2026 08:15
214
İQTİSADİYYAT
A- A+
Məqsəd üst-üstə düşəndə...

Məqsəd üst-üstə düşəndə...


Dövlətin də, kəndlinin də hədəfi daxili istehsal hesabına ərzaq bolluğu yaratmaqdır


Masallı əhalisinin sayına görə ölkənin iri rayonlarındandır. Əhalisi 228,6 min nəfər, ərazisi 721 kvadratkilometrdir. Rayon üzrə 1 kvadratkilometrə 285 nəfər əhali düşür ki, bu da dünya əhalisinin sıxlığından 7 dəfə çoxdur. 

Masallıda əhalinin 77,2 faizi kənd və qəsəbələrdə yaşayır. Əsasən kənd təsərrüfatı məhsullarının yetişdirilməsi və heyvandarlıqla məşğuldurlar. Beləcə, Masallı kəndlisinin gün-güzəranı torpaqla bağlıdır. Buna görə də Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar gördüyü tədbirləri, o cümlədən çayçılığın, sitrus meyvəçiliyinin, çəltikçiliyin, heyvandarlığın, baramaçılığın və s. sahələrin inkişafı ilə bağlı imzaladığı sərəncamları sevinc və məsuliyyət hissi ilə qarşılayırlar. 

Ölkədə son illər ixracyönümlü məhsulların istehsalının artırılması, idxaldan asılılığın minimuma endirilməsi istiqamətində görülən işlər Masallı rayonunda da kənd təsərrüfatının dinamik inkişafına, məhsul istehsalının artımına stimul vermişdir. 


Kartofçuluq  


indi kəndli fermerlərin başlıca fəaliyyət növünə, gəlir yerinə çevrilib. Əgər 2021-ci ildə Masallıda 893,6 hektar sahədə kartof əkilmişdisə, cari il bu rəqəm 1360 hektar təşkil edib. Əkin sahəsi kimi məhsuldarlıq da ilbəil artıb. Fermerlər bu il ümumilikdə 23 min 936 ton kartof əldə edərək hər hektarın məhsuldarlığını 176 sentnerə çatdırıblar. Yetişdirilən kartof yerli bazarlarla yanaşı, nübar məhsul kimi həm də Rusiya Federasiyasında satılıb.

Bir çox fermer sahələrdən ümumi rayon səviyyəsindən xeyli çox məhsul götürüb. Təklə, Təzə Alvadı, Köhnə Alvadı, Banbaşı, Çaxırlı və digər kəndlərdə yaşayan təcrübəli fermerlər bu baxımdan xüsusi qeyd edilməlidirlər. Onlar kartofçuluğu həm də digər bitkilər üçün yaxşı sələf hesab edirlər. Bilirlər ki, növbəli əkinin tətbiqi nəticəsində torpaq daha məhsuldar olur, xəstəliklərə az tutulur. 


Taxıl 


istehsalı əkinçilikdə həmişə prioritet olub və bu gün də belədir. Prezident İlham Əliyev  mayın 25-də keçirdiyi müşavirədəki çıxışında və təsdiq etdiyi  "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda hər hektardan taxıl istehsalını 50 sentnerə çatdırmağı qarşıya məqsəd qoymuşdur. 

Qayıdaq Masallıya. Rayonda keçən ilin payızı bu ilin məhsulu üçün 7 min 391 hektara buğda, 2 min 952 hektara arpa toxumu səpilib. Payızda və yazda havaların yağmurlu keçməsi sahələrdə normal çıxış alınmasına və bitkilərin inkişafına müsbət təsir göstərib. Torpaq mülkiyyətçiləri, sahibkarlar işlərinə məsuliyyətlə yanaşaraq hər hektardan daha çox məhsul götürmək üçün aqrotexniki tədbirləri yubatmayıblar. Yemləməni, ziyanvericilərə və alaq otlarına qarşı mübarizə tədbirlərini, suvarmanı vaxtında həyata keçiriblər. Arpa sahələrində biçin başa çatıb. Hər hektardan 22,6 sentner məhsul götürülüb. Buğda sahələrində də biçin tamamlanmaq üzrədir. Məhsuldarlıq isə hər hektardan 24,7 sentnerdir. 


Ənənəvi bitkiçilik 


sahələrinin inkişafı da rayonda diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə təsdiqlənmiş kənd təsərrüfatının inkişafı üzrə uzunmüddətli yol xəritəsinə müvafiq olaraq, ənənəvi bitkiçilik sahələrinin inkişafı üçün təxirəsalınmaz tədbirlər həyata keçirilib. 

Rayonda ümumilikdə 24 min 907 hektar kənd təsərrüfatına yararlı torpaq sahəsi mövcuddur və onun təqribən 10 min hektarı suvarılan ərazilərdir. Bunun 250,2 hektarı çiyələk, 133,8 hektarı çay plantasiyaları və 34 hektarı yeni salınmış sitrus bağlarıdır. 


Çəltikçilik


sahəsinə bir sıra çətinliklərə baxmayaraq maraq çoxdur. Bu il rayon üzrə 180 hektarda çəltik əkilib. Bu da keçən ildəkindən çoxdur. Xıl, Boradigah, Şıxlar, Tüklə, Hişkədərə və Türkoba kəndləri bu sahədə daha çox fərqlənirlər. 

Hazırda bazarlarda, mağazalarda cənub bölgəsində yetişdirilən düyü satılır. Yerli düyü keyfiyyətinə görə xaricdən gətirilən düyülərdən üstündür. Yeri gəlmişkən qeyd edək ki, Masallıda kiçik çəltik zavodu fəaliyyət göstərir. Zavodun avadanlıqları Çindən gətirilib. Sutkalıq gücü 20 ton olan müəssisənin açılışında Prezident İlham Əliyev iştirak edib. 


Tərəvəzçilik


Hələ sovet dövründə buradan Moskvaya, Sankt-Peterburqa, SSRİ-nin ən ucqar şəhərlərinə pomidor, xiyar, kələm və s. tərəvəz məhsulları göndərilib. Sovet İttifaqının süqutundan sonra iqtisadi əlaqələrin bir müddət zəifləməsi üzündən bu sahə üzrə ixrac imkanları məhdudlaşmışdı. Lakin aqrar sahəyə dövlət tərəfindən göstərilən diqqət və qayğı nəticəsində digər sahələr kimi, tərəvəzçilik də inkişaf etdi. Hazırda Masallıda yetişdirilən bostan-tərəvəz məhsulları həm daxili bazarlarda satılır, həm də xarici ölkələrə ixrac olunur. Tərəvəz istehsalı sahəsində Qızılağac, Lürən, Xıl, Təklə, Çaxırlı, Öncəqala kəndlərinin fermerləri, torpaq mülkiyyətçiləri daha yüksək nəticələr əldə edirlər. 


Çayçılıq 


Masallının kənd təsərüfatının gəlirli sahələrindəndir. Bu sahənin inkişafı ilə bağlı Prezidentin imzaladığı sənədlərin icrası çərçivəsində rayonda müəyyən işlər görülüb. Uzun illər baxımsız qalmış plantasiyalar təmir edilib, yeni çay sahələri salınıb. 

Hazırda rayon ərazisində 105,5 hektar çay plantasiyası mövcuddur ki, onun da 50 hektarı məhsuldar, 55,5 hektarı təzə əkilmiş plantasiyalardır. Keçən il rayon üzrə 26 ton məhsul tədarük olunub. Ötən il Mahmudavar və Tüklə kəndlərində sahibkarlar tərəfindən emal müəssisələri yaradılıb. 


Çiyələk 


əkinlərinə son vaxtlar xüsusi maraq var. "Çiyələkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı"ndan sonra rayonda çiyələk sahələri 180 hektara çatıb. Fermerlər, sahibkarlar daha məhsuldar sortlar əkib-becərərək yüksək nəticələr əldə edirlər. Rayon üzrə orta məhsuldarlıq 35,7 sentner təşkil edir. Çiyələk həm açıq, həm də istixana şəraitində yetişdirilir. 


Tütünçülük


Masallı üçün nisbətən yeni sahədir. Cari təsərrüfat ilində rayonda 15 hektarda tütün becərilir. Keçən il 26,7 ton quru tütün tədarük olunub. Tütünçülük gəlirli sahə olmaqla bərabər, həm də əməktutumludur. Mövsüm ərzində 1 hektarı əkib-becərmək üçün 3 nəfər işçi qüvvəsi tələb olunur. 


Baramaçılıq


kənd təsərrüfatında ənənəvi sahələrdən biridir. Baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illəri əhatə edən dövlət proqramı bu sahəyə dövlət dəstəyinin gücləndirilməsini təmin etdi. Sonra rayonun ayrı-ayrı ərazilərində ÇXR-dən gətirilmiş 60 min və yerli sortlardan olan 31 mindən çox ting əkildi. 

Keçən il rayonda 1 ton 155 kiloqram yaş barama istehsal olunub. Cari ildə isə rayona 90 qutudan artıq ipəkqurdu toxumu gətirilərək kümçülərə təhvil verilib. Hazırda yaş barama tədarükü hələ başa çatmayıb. Kümçülər yetişdirdikləri məhsulu mərhələli şəkildə qəbul məntəqələrinə təhvil verirlər. Həmin məntəqələrdə toplanılan ilk məhsullar Şəkidəki emal müəssisələrinə göndərilib. 

Prezident İlham Əliyevin aqrar sahənin inkişaf etdirilməsi barədə imzaladığı sərəncamların icrası ilə bağlı qarşıda duran vəzifələr rayonun ayrı-ayrı zonalarında geniş müzakirə olunur. Rayon rəhbərliyinin təşkilatçılığı ilə keçirilən müzakirələrdə aidiyyəti qurumların rəhbərləri, ərazi nümayəndələri, bələdiyyə sədrləri, fermerlər, sahibkarlar və mütəxəssislər iştirak edirlər. Həmin müşavirələrdə mövsümi işlər təhlil edilir, ortaya çıxan nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər müəyyənləşdirilir. Rayonda kartofyığan texnikanın, keyfiyyətli çəltik toxumunun, kartofun saxlanılması üçün soyuducu kameraların və anbarların sayının azalması, bəzi çəltik sahələrinə əkin suyunun lazımi səviyyədə verilməməsi qeyd olunur.

 

Seyran CAVADOV, 

 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tofiq Musayev: Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qətiyyətlə pisləyir

09:48
02 İyul

Avropa İttifaqına girişin yeni qaydaları hava limanlarının fəaliyyətində problemlərə səbəb olub

09:34
02 İyul

Günəş, toz, hovuz və ekranlar gözümüzün işığını alır

09:00
02 İyul

Yaratdığı obrazları tamaşaçıya sevdirməyi bacarırdı

08:55
02 İyul

Universitet yeni zirvələr fəth edir

08:50
02 İyul

"Süni intellekt vasitəsilə yaradılan dəyər ümumi qlobal iqtisadi artımdan daha yüksəkdir"

08:45
02 İyul

Azərbaycanın rəqəmsal transformasiyası

08:40
02 İyul

Türk dünyası birliyi qlobal miqyasda mövqeyini möhkəmləndirir

08:35
02 İyul

Türk dünyasının yeni əsri - gələcəyə hesablanan sarsılmaz birlik

08:30
02 İyul

Gübrələrin çeşidinin artırılması dövrün tələbidir

08:25
02 İyul

Aqrar sığortanın əhatə dairəsi daha da genişlənəcək

08:20
02 İyul

Məqsəd üst-üstə düşəndə...

08:15
02 İyul

Yüksək etimad nümunəsi

08:10
02 İyul

Sənayeləşmə prosesi regionlara keçir

08:05
02 İyul

Dövlətə və xalqa xidmətin şərəfli salnaməsi

08:00
02 İyul

Kiyev ballistik və qanadlı raketlərlə vurulub, ölənlər və yaralananlar var YENİLƏNİB

07:21
02 İyul

QDİƏT Parlament Assambleyasının 67-ci Baş Assambleyasında süni intellektlə bağlı tövsiyələr qəbul edilib  

06:59
02 İyul

Dünya çempionatı: ABŞ millisi Bosniya və Herseqovinanı məğlub edərək 1/8 finala yüksəlib

06:52
02 İyul

Dünya çempionatı: Belçika millisi qələbə qazanıb

06:49
02 İyul

“Mədəniyyət sahəsində layihələrin qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

02:50
02 İyul

“Ayrı-ayrı ixtisaslar üzrə peşə təhsili müəssisələrində dövlət sifarişi ilə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı”nın və “Yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı dövlət sifarişi ilə peşə təhsili müəssisələrində kadr hazırlığının maliyyələşdirilməsi və hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarına artım əmsalının tətbiq edilməsi qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 14 iyun tarixli 192 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

02:49
02 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!