26 Aprel 2022 01:01
1978
Mədəniyyət
A- A+
Mədəniyyət beşiyimiz

Mədəniyyət beşiyimiz

 

Qalanın tarixinə dair həqiqətlər

 

Əzəli-əbədi yurd yerimiz Qarabağ Azərbaycan tarixinin dərin qatlarından üzübəri mədəniyyətin, söz sənətimiz ədəbiyyatın, elmin və maarifin, sənətkarlığın beşiyi olub. Bəllidir ki, Qarabağın ədəbi-mədəni keçmişi, ictimai-siyasi həyatı Pənahəli xanın adı ilə bağlıdır.

Bu ecazkar məkanın zümrüd qaşlı tacı olan, 1752-ci ildə əsası Pənahəli xan tərəfindən qoyulan Şuşa ilk çağlardan elə bu adı daşıyıb, xanın şərəfinə Pənahabad adlandırılıb. Şuşa sözünün etimologiyası ilə bağlı mövcud anlayışlar da maraq doğurur. Qədim Roma tarixçisi T.Korneliyə  görə, bu, Qafqaz ərazisində yaşamış dondar türk tayfasına məxsus Sosu şəhəridir. Xalq əfsanəsinə görə, havası can məlhəmi, büllurtək saf olduğu üçün bu füsunkar şəhərə Şuşa (şüşə) adı verilib. Digər tədqiqatçıların fikrincə isə, Şuşa sözünün türk dilində mənası "uc", "yüksək", "şiş" məfhumları ilə bağlıdır.

Şuşa XVIII yüzillikdə öz inkişafı, tərəqqisi ilə qonşu dövlətlərin də diqqətini cəlb edən şəhərlərdən idi. Zaman-zaman başı bəlalar çəkmiş Qarabağın, Şuşamızın tarixi ilə əlaqədar tədqiqatlar aparılıb, çoxsaylı əsərlər yazılıb.

Elmi-bədii əsərlərdə, araşdırma yazılarında yurdumuzun Qarabağ bölgəsinin bəlli bir zaman kəsiyində - XVIII-XIX yüzilliklərdə təşəkkül tapmasından, bu məkanın ədəbi-mədəni mühitinin tərəqqisindən bəhs edilir. Şuşanın tarixi, əslində, Pənah xanın şəhərsalma ilə bağlı müdrik təşəbbüsünün tarixidir. Bu qurucu insan Qarabağda ənənəvi həyatın dəyişməz adət-ənənələrini, milli örnəklərin ilkin nümunələrini formalaşdıran bir şəxsiyyət kimi yaddaşlarda qalıb. "Qafqazın sənət məbədi", "kiçik Paris" adlandırılan Şuşanın tarixinə nəzər salanda Pənah xan XVIII-XIX yüzillliklərdə Qarabağ insanının düşüncəsində "ilk əcdad",  Şuşa isə "ilk məkan" kimi xatırlanır.

Xan Şuşa qalasını Molla Pənah Vaqifin təbirincə desək, "Şişə dağı"nda ucaldır. Mirzə Adıgözəlbəyin araşdırmalarında qeyd edilir: "Hünərli ustalar, sənət sahibi və işbilən memarlar  bürclər tikib, divar çəkdilər. O divarların asarı, yəni nişanəsi bəzi yerlərdə indi də durur. Xanlığın əlahiddə bayrağı, gümüş sikkəsi, damğaları, cəng vaxtı səsləndirilən döyüş nərələri vardı".

Tanınmış tənqidçi, ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, professor Rüstəm Kamalın "Pənah xanın ruhu" adlı əsərində  Qarabağ dövlət kultunun əsasını məhz fövqəltəbii xüsusiyyətlərə malik bu qurucu, yaradıcı insana pərəstişin təşkil etdiyini vurğulayır. XVIII yüzilliyin ortalarından boy verən Şuşanın ilk çağlarında Pənah xan öz əshabələrini, necə deyərlər, qanadının altına almış, adil dövlət adamı kimi, sosial təsisatlar, ədalətli qanunlar yaratmış, fərmanlar imzalamışdır. "Pənah xan xanlıqda, bütün ətraflarda nizam-harmoniyanın qarantı idi. O, Qarabağ xanlığının pozulmuş sahmanını bərpa etmişdi. "Müəllif öz qəhrəmanının fövqəladə bacarığını, fədakarlığını diqqətə çatdırır: "Xorasandan, Nadir şahın əlindən qaçıb Qarabağa gələsən, burada bir dövlətin - xanlığın əsasını qoyasan və düşmənlərlə qalibiyyətlə savaşaraq varlığını qoruyasan, Şuşa kimi möcüzə şəhər salasan". Qarabağın qurucusu toplumun sabitliyinə nail olmaq üçün insanlar arasında tarixən formalaşmış sosial-mədəni münasibətlərin qorunub saxlanmasına da göz qoyur, mühüm əhəmiyyət verirdi.

Pənah xan  qalanın əsasını qoymuş, möhkəm hasar çəkdirmiş, xəndəklər qazdırmış, bazar, hamam, məscid tikdirmişdi. Bütün ailəsini, qohumlarını və el ağsaqqallarının əhli-əyalını oraya toplamışdı. Xanın öz təbəəsi ilə gözəl rəftarını, xanlığın tərəqqisini eşidən, ətraf ərazidə yaşayan camaat qalaya axışırdı. Az qala  əfsanələşdirilmiş bu şəxs barəsində xalq rəvayətləri yaranmışdı.

Mirzə Camal Cavanşirin yazdığına görə, Şuşa cəmiyyətinin tərəqqi etməsinin, qüdrətlənməsinin, varlığının təminatçısı olan Pənah xan Xorasan istiqamətində hərəkət edərək gələn qarabağlıları qarşılayıb onlar üçün qısa müddətdə yaşayış şəraiti yaradır. Nadir şah tərəfindən Xorasana köçürülmüş Cavanşir elləri ...özbaşına bütünlüklə oradan köçüb, vətənlərinə gəlir. "Pənah xan yanında olan adamlarla birlikdə Qarabağ ellərini qarşılamaq üçün İran və Azərbaycan sərhədinə qədər gedir, Qarabağ torpağına daxil olduqdan sonra hər kəs öz əvvəlki yurduna gedib rahatlanır..."

Pənah xanın Şuşanı yurd yeri, vətən kimi seçməsində onun qurub-yaratmaq, mühafizə etmək, tayfaya, boya məxsus olan qutsal ərazini - Şuşa qalasını göz bəbəyi kimi qorumaq missiyası, təbii ki,  öndə olub. Məhz bu səbəbdən Şuşa "uca dağ başında", dəniz səviyyəsindən 1800-2000 metr yüksəklikdə, üç tərəfdən təbii müdafiəsi olan, meşələrlə örtülmüş, bir tərəfdən uçurum, digər tərəfdən sıldırım qayalarla əhatə olunmuş bir məkanda salınmışdı. Xanın bir neçə bilici və məlumatlı adamı qalanın yerini və ətrafını yoxladıqdan, buradakı iki-üç bulağı və digər su mənbələrini, quyular qazmağın mümkünlüyünü müəyyən edəndən sonra qalanın tikilməsinə qərar verilmişdi.

Tədqiqatçılar qala üçün yer seçilərkən mövcud siyasi durumun qeyri-sabitliyinin nəzərə alınması fikrini də istisna etmir, tutarlı dəlillər gətirirlər: Qala  dağların arasında, möhkəm və keçilməz yerdə tikilməliydi ki, onu düşmən mühasirə edə bilməsin. Qalanın bir tərəfi dağlarda yaşayan ellərin üzünə daim açıq olmalı və mahallarla  əlaqə kəsilməməliydi. Sözün bu məqamında Vaqifin məşhur şeirinin bu misraları yada düşür:

 

Noluydu kim, olaydım

qasidin qoynundakı kağız,

Mən də Qələyə

bir yol gedəydim bu gedənlərtək...

 

Bu şeir parçasından bir daha aydın olur ki, Şuşaya xalq arasında qısa şəkildə "Qala" ("Qələ") deyilirdi. Xanın ölümündən sonra onun hakimiyyətini davam etdirən oğlu İbrahimxəlil xan Cavanşir (1763-1806) rusların Qarabağ torpağına müdaxiləsinədək atasının layiqli varisi kimi tanınır, öz hökmranlığı dövründə Qalanı böyüdür, elatı başına cəm edir, təbəəsinin rifahi üçün səylər göstərir.

Qarabağın dirçəlişində böyük əməyi olan tədbirli Pənah xanın fəhmi, uzaqgörənliyi ilə mədəniyyətimizin, sənətkarlığın təməl daşları qoyulan Şuşa tədricən mərkəzə çevrilir, qonşu dövlətlərlə ticarət və iqtisadi əlaqələri genişləndirir. Şuşanın sonrakı dövrünün inkişafı məhz keçmişə bağlı olub. Öncəki inkişaf sonrakı tərəqqi üçün özül rolunu oynayıb. Müəyyən zaman keçəndən sonra isə Şuşada söz ustaları, ədəbi fikir korifeyləri, yazıçılar, şairlər, dramaturqlar, maarifçilər, dahi müsiqiçilər həyat səhnəsinə çıxacaqdı.

Füsunkar təbii gözəlliyinə, zənginliyinə görə tarixin müxtəlif dönəmlərində Qarabağa, Şuşaya yadellilər diş qıcasalar da, müqavimətlə qarşılaşıblar. Lakin aradan uzun bir vaxt keçmiş, zaman qılıncını çəkmiş, xəzan yelləri əsmişdi. Qarabağımıza susayan  erməni millətçiləri Şuşanı işğal etdikdən sonra şəhərin adını dəyişib "Şuşi" qoymuşdular.

 Qarabağın bu gününə qayıdanda qəlbimiz dağa dönür. Müdrik sərkərdə, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, rəşadətli ordumuzun hünəri, şəhidlərimizin al-qanıyla 44 günlük müqəddəs Vətən savaşımız böyük zəfərlə bitmiş, 30 il əsarətdə, düşmən tapdağında qalan torpaqlarımız, o cümlədən gözəl Şuşamız işğaldan azad edilmişdir.

 

Zemfira MƏHƏRRƏMLİ,

Əməkdar jurnalist

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın 2 boksçusu Avropa çempionu olub  

10:40
18 Dekabr

Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub  

10:38
18 Dekabr

İsveç hökuməti seçkiöncəsi məlumatların bloklanmasına görə “Meta”dan izahat tələb edir  

10:03
18 Dekabr

Quterreş ABŞ və Venesuelanı BMT Xartiyasına əməl etməyə çağırıb  

09:47
18 Dekabr

 Miqrantların hüquqlarının müdafiəsində Ombudsman təsisatlarının rolu  

09:39
18 Dekabr

Ağdamda traktor minaya düşüb, xəsarət alan var – BİRGƏ MƏLUMAT

09:33
18 Dekabr

Səssiz təhlükə

09:00
18 Dekabr

Polis Akademiyasında təhsil almaq istəyən abituriyentlər üçün müsabiqə elan edilir

08:55
18 Dekabr

Nakam taleli rəssam

08:50
18 Dekabr

Bir ömrə sığmayan həyat

08:45
18 Dekabr

Ailə hüququnda aliment institutunun müasir tələbləri

08:40
18 Dekabr

İqtisadi inkişaf və rahat həyat abad yoldan başlayır

08:35
18 Dekabr

İşgüzar səfər, strateji hədəf

08:30
18 Dekabr

Ermənilər qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmalarını niyə böyük təhlükə hesab edirlər

08:27
18 Dekabr

Amnistiya təşəbbüsü geniş sosial əhatəyə malikdir

08:25
18 Dekabr

Azərbaycan-Türkiyə strateji müttəfiqliyi gündən-günə möhkəmlənir

08:20
18 Dekabr

Qətər Azərbaycanın Yaxın Şərqdə mühüm tərəfdaşıdır

08:15
18 Dekabr

Azərbaycan nümunəsi

08:10
18 Dekabr

Regiondakı yeni status-kvo Azərbaycanın hərbi-siyasi qələbələrinin nəticəsidir

08:05
18 Dekabr

Strateji tərəfdaşlığa əsaslanan uğurlu əməkdaşlıq

08:00
18 Dekabr

“Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 11 aprel tarixli 177-VIIQD nömrəli Qanununun tətbiqi və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 866 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 7 may tarixli 388 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:23
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!