05 Oktyabr 2026 14:54
556
CƏMİYYƏT
A- A+
Masallıda “Vətəndaş müraciətlərinə həssas yanaşma” mövzusunda tədbir  

Masallıda “Vətəndaş müraciətlərinə həssas yanaşma” mövzusunda tədbir  


Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovun rəhbərliyi ilə dövlət qurumlarında xalqa təyinatlı xidmətin təşkili, dövlətin müsbət imicinin təbliği və dövlət qulluqçularının etik davranış qaydalarına riayət olunması məsələlərinə həsr edilmiş “Vətəndaş müraciətlərinə həssas yanaşma” mövzusunda tədbir keçirilib. Tədbirdə Masallı RİH-nin kollektivi, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların, hüquq-mühafizə orqanlarının rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak ediblər.

Tədbirin əsas məqsədi dövlət qurumları ilə vətəndaşlar arasında qarşılıqlı etimadın daha da möhkəmləndirilməsi, dövlət xidmətlərinin vətəndaş məmnunluğuna uyğun təşkili, müraciətlərə diqqətlə və operativ yanaşılması, vətəndaşlarla ünsiyyətdə etik davranış qaydalarına riayət olunması, eləcə də dövlət qurumlarının fəaliyyətində şəffaflığın və məsuliyyətin artırılması ilə bağlı məsələlərin müzakirə edilməsindən ibarət olub.

Tədbirdə çıxış edən Masallının icra başçısı Araz Əhmədov bildirib ki, dövlət idarəçiliyində əsas prinsiplərdən biri vətəndaşlara layiqli və keyfiyyətli xidmət göstərilməsi, onların müraciətlərinə həssaslıqla yanaşılması və problemlərinin qanunvericiliyin tələblərinə uyğun şəkildə həllinə nail olunmasıdır. Qeyd olunub ki, dövlət qurumlarının fəaliyyətinin səmərəliliyi vətəndaşların dövlətə olan münasibətində mühüm rol oynayır. Vurğulanıb ki, hər bir dövlət qulluqçusu və dövlət qurumunun əməkdaşı öz fəaliyyəti ilə dövlət idarəçiliyinin nüfuzuna təsir göstərir. Bu baxımdan vətəndaşlarla ünsiyyətdə nəzakətli, diqqətli və obyektiv davranılması, müraciətlərə qanunvericiliyin tələblərinə uyğun münasibət göstərilməsi, vətəndaşların hüquq və qanuni mənafelərinə hörmətlə yanaşılması mühüm əhəmiyyət daşıyır. Dövlət qurumlarının müsbət imicinin formalaşdırılmasında əməkdaşların peşəkarlığı, davranış mədəniyyəti və xidməti vəzifələrə məsuliyyətli yanaşmasının xüsusi əhəmiyyət daşıdığı qeyd edilib. Bildirilib ki, dövlət orqanlarının fəaliyyəti barədə ictimaiyyətə düzgün, obyektiv və dolğun məlumatların çatdırılması, həyata keçirilən tədbirlərin və görülən işlərin şəffaf şəkildə təqdim olunması dövlət-vətəndaş münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edir.

Çıxışlarda etik davranış qaydalarına riayət edilməsinin dövlət xidmətində mühüm prinsiplərdən biri olduğu diqqətə çatdırılıb. Dövlət qulluqçularının xidməti fəaliyyət zamanı qanunçuluq, obyektivlik, qərəzsizlik, nəzakətlilik, məsuliyyətlilik və şəffaflıq prinsiplərini rəhbər tutmasının vacibliyi bildirilib. Həmçinin xidməti vəzifələrin icrası zamanı vətəndaşlara ayrı-seçkiliyə yol vermədən, onların müraciətlərinə bərabər və ədalətli münasibət göstərilməsinin zəruriliyi vurğulanıb.

Tədbirdə vətəndaş müraciətlərinə baxılması, onların qəbulu və dinlənilməsi, müraciətlərdə qaldırılan məsələlərin aidiyyəti üzrə araşdırılması və nəticəsi barədə vətəndaşların məlumatlandırılması ilə bağlı məsələlərə də toxunulub. Bildirilib ki, hər bir müraciətin arxasında konkret insanın problemi və gözləntisi dayanır. Buna görə də müraciətlərə formal yanaşmaya yol verilməməli, onların həlli istiqamətində qanunvericiliyin imkanlarından maksimum istifadə edilməlidir. Eyni zamanda dövlət qurumlarının əməkdaşlarının xidməti fəaliyyətlə yanaşı, davranışları ilə də dövlətin nüfuzunu təmsil etdikləri qeyd olunub. Əməkdaşların həm iş yerində, həm də ictimai mühitdə yüksək davranış mədəniyyəti nümayiş etdirmələri, xidməti intizama və müəyyən edilmiş etik normalara ciddi əməl etmələri qarşıya mühüm vəzifə kimi qoyulub.

Tədbirdə yerli icra hakimiyyəti orqanları, ərazi nümayəndəlikləri və bələdiyyələr arasında əlaqələrin daha da gücləndirilməsinin, vətəndaşların qarşılaşdıqları məsələlərin birgə və çevik şəkildə araşdırılmasının əhəmiyyəti də vurğulanıb. Qeyd edilib ki, rayon ərazisində fəaliyyət göstərən dövlət və yerli özünüidarəetmə qurumlarının əlaqəli fəaliyyəti vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə imkan yaradır.

Daha sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların təklifləri dinlənilib və qarşıda duran vəzifələr müəyyənləşdirilib.

Tədbirin sonunda dövlət qurumlarında vətəndaş məmnunluğunun təmin edilməsi, dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, etik davranış qaydalarına ciddi riayət olunması və dövlətin müsbət imicinin daha da möhkəmləndirilməsi istiqamətində fəaliyyətin bundan sonra da ardıcıl şəkildə davam etdirilməsinin vacibliyi qeyd olunub. 


Seyran CAVADOV,

 “Azərbaycan”

 


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kəlbəcər və Ordubadın dağlıq ərazilərinə qar yağıb  

12:13
25 Oktyabr

Brüsseldə azərbaycanlı itkin ailələrinin daha bir dinc aksiyası  

12:09
25 Oktyabr

Prezidentin sosial media hesablarında Bakıda keçirilən futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb 

12:02
25 Oktyabr

Qubadlıda yaradılan müasir infrastruktur əhalinin dayanıqlı məskunlaşmasına xidmət edir  

11:56
25 Oktyabr

“Turandot” – Heydər Əliyev Sarayında çoxdan gözlənilən premyera

10:44
25 Oktyabr

Qubadlının azad edilməsi dövlət müstəqilliyinə sarsılmaz sədaqətin təntənəsi idi

10:37
25 Oktyabr

Qubadlıya öz sahibləri qayıdıb

09:43
25 Oktyabr

Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib YENİLƏNİB 2

22:55
24 Oktyabr

Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının açılış mərasimi keçirilib - YENİLƏNİB-1

20:41
24 Oktyabr

Samir Şərifov: FIFA-nın Azərbaycana göstərdiyi etimadı yüksək qiymətləndiririk

19:47
24 Oktyabr

İntellekti yüksək olan cəmiyyət manipulyasiyaya qarşı daha dayanıqlı olur   

18:07
24 Oktyabr

YAP Mərkəzi Aparatında görüş təşkil edilib

17:58
24 Oktyabr

Ukrayna ordusu Oryolda fabrikləri və Yeysk aerodromundakı təyyarəni vurub

15:55
24 Oktyabr

Sabah Bakı və Abşeronda leysan yağacaq - XƏBƏRDARLIQ

14:54
24 Oktyabr

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:03
24 Oktyabr

Rusiyanın Bryansk və Belqorod vilayətlərinə hücumlar zamanı iki nəfər ölüb

12:37
24 Oktyabr

BMT qlobal əməkdaşlığın 81-ci ildönümünü qeyd edir

12:01
24 Oktyabr

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

11:57
24 Oktyabr

Ər-Riyad üzərində husilərə məxsus ballistik raket vurulub

11:01
24 Oktyabr

Zəngəzur Milli Parkında Qafqaz bəbiri üç balası ilə kameralara düşüb

10:46
24 Oktyabr

Diqqəti cəmləmək qabiliyyətini yaxşılaşdırmaq üçün gündə neçə addım atmaq lazımdır?

10:44
24 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!