23 Sentyabr 2026 16:36
560
CƏMİYYƏT
A- A+
Masallı rayon rəhbərliyi Bakı şəhərində şəhid məzarlarını ziyarət edib  

Masallı rayon rəhbərliyi Bakı şəhərində şəhid məzarlarını ziyarət edib  


I və II Qarabağ müharibələrində olduğu kimi, 2023-cü il 19-20 sentyabr lokal antiterror əməliyyatı zamanı da Masallı rayonundan xeyli döyüşçü iştirak edib və araşdırmalarıma görə, son döyüşdə onlardan 8 nəfəri şəhidlik zirvəsinə ucalıb. Onlar aşağıda adlarını qeyd etdiyimiz cəsur Vətən oğullarıdır: 1. Abbasov Mehdi Əmrah oğlu –sıravi əsgər; 2. Babayev Sahil Sarıbaba oğlu – MAHHXHQ hərbi xidmət qulluqçusu; 3. Əhədov Eltac Əjdər oğlu – sıravi əsgər; 4. Həmidli Mikayıl Vüqar oğlu – leytenant; 5. İsayev İsmayıl Çərkəz oğlu – leytenant; 6. Məmmədov Ramil Habil oğlu – sıravi əsgər; 7. Mirzəyev Sənan Vüqar oğlu – sıravi əsgər; 8. Yusifli Şəmistan Şikar oğlu – leytenant. 

Onların hər birinin öz hekayəsi var. Bəzilərinin valideynləri ilə bərabər övladları bizə yadigar qalıb, bəziləri heç ailə qurmağa macal tapmayıblar. Amma onları birləşdirən tərəfləri də az deyil. Bu cəhətlər təkcə Masallı torpağının yetişdirməsi olmaqları deyil, cəsurluqları, Vətən yolunda canlarını sipər etmələri, bu yolda şəhadətə yüksəlmələridir. Ömrün baharında torpağı atadan-anadan, sevgilidən, gül qoxulu övladlarından da uca tutaraq şəhadəti seçdilər və indi də öz boyları boyda bir məzarda uyuyurlar. Məkanları cənnət olsun, qəbirləri nurla dolsu. Bu igidlərdən ikisi – Mikayıl Həmidli və İsmayıl İsayev Bakıda, II Fəxri Xiyabanda dəfn olunublar. 

Leytenant Mikayıl Vüqar oğlu Həmidli 1998-ci ilin 28 dekabrında Masallı rayonunun Ərkivan kəndində dünyaya göz açsa da, təhsilini əsasən Bakıda alıb. Yaxşı idmançı idi, 2017-ci ildə Muay-Tay üzrə Bakı birincisi olmuşdu. II Qarabağ müharibəsində Suqovuşan, Talış kəndi, Ağdərə və Füzuli istiqamətində gedən döyüşlərdə igidlik göstərmiş, “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdi. 

2023-cü il 19 sentyabrda başlayan lokal antiterror əməliyyatı zamanı Ağdərənin Paprəvənd kəndi istiqamətindəki döyüşdə böyük şücaət göstərib, lakin düşmən gülləsinə tuş gələrək qəhrəmançcasına şəhid olub. “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə” görə ordeninə layiq görülüb (ölümündən sonra). Yeganə övladı Davud atasının ölümündən sonra dünyaya gəlib. 

Leytenant İsmayıl Çərkəz oğlu İsayev 24 aprel 2000-ci ildə Masallıda        dünyaya göz açıb. Bakı İslam Universitetində təhsil alıb, 2021-ci ildə universiteti,  eyni zamanda xüsusi atıcılıq kursunu uğurla bitirib. İdmanla xüsusi məşğul olurdu. Budo Döyüş Sənəti üzrə ikiqat dünya çempionu idi. İsmayıl İsayev çox istedadlı və çox cəsur bir gənc idi. “Vətəni sevmək imandandır” deyərmiş. Bu duyğular onu ordu sıralarına çəkmişdi. 2021-ci ilin 6 iyulunda ordu sıralarına yollanan İsmayıl 9 ay “N” saylı hərbi hissədə xüsusi xidmət keçərək post komandiri (çavuş rütbəsilə) təyin olunub. Sonra ona leytenant rütbəsi verdilər. Daha sonra XTQ-nin Komando mənsubu olaraq kəşfiyyat komandiri kimi xidmət edib. O da 2023-cü il sentyabrın 19-da Ağdərənin Paprəvənd kəndi uğrunda gedən qızğın döyüşdə qəhrəmanlıq göstərib, düşmənin xeyli canlı qüvvəsini məhv edib, lakin döyüşdən sağ çıxa bilməyib, cəmi 23 yaşında şəhidlik zirvəsinə qovuşub. Ailə qurmağa macal tapmayıb.  

Masallıda Vətən müharibəsi iştirakçıları, qazilər, şəhidlər həmişə uca tutulur. Rayon icra hakimiyyətinin başçısı Araz Əhmədov müharibə iştirakçılarının, qazilərin və şəhid ailələrinin problemləri ilə həmişə maraqlanır, bu qəbildən olan vətəndaşların problərini həll edir, onların yanında dayanır. Şəhid məzarlarını tez-tez ziyarət etməyi isə özünə mənəvi borc sayır. 20 sentyabr tarixində icra başçısı Araz Əhmədov və Aparatın Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Qəşəm Hadıyev Bakı şəhəri II Fəxri xiyabanda dəfn olunmuş şəhidlərin məzarlarını ziyarət ediblər.

Ziyarət zamanı Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad olunub, məzarları üzərinə gül dəstələri düzülüb və ruhlarına dualar oxunub.

Qeyd olunub ki, Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq şəhidlərimizin keçdiyi şərəfli döyüş yolu və göstərdikləri qəhrəmanlıq Vətənə sədaqətin və milli iradənin parlaq nümunəsidir. 2023-cü ilin sentyabr ayında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası təmin olunub. Bu tarixi nailiyyət Azərbaycan Ordusunun şəxsi heyətinin, o cümlədən Masallıdan olan hərbçilərin göstərdiyi şücaət və fədakarlıqla sıx bağlıdır.

Ziyarət çərçivəsində şəhidlərin ailə üzvləri ilə görüş keçirilib. Görüş zamanı şəhid ailələrinin müraciətləri və onları narahat edən məsələlər dinlənilib, ailələrin qayğıları ilə maraqlanılıb.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov şəhid ailələri ilə söhbət zamanı onların problemlərinin diqqətdə saxlanıldığını, müraciətlərinin həlli istiqamətində müvafiq tədbirlərin görüldüyünü bildirib.

Görüşdə şəhidlərin əziz xatirəsinin daim uca tutulmasının, onların ailə üzvlərinin qayğı və problemlərinə həssaslıqla yanaşılmasının vacibliyi vurğulanıb. Bildirilib ki, şəhid ailələri, müharibə iştirakçıları və qazilər dövlətin diqqət və qayğısı ilə əhatə olunub, bu istiqamətdə həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcək.

Masallı Rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələri və müharibə iştirakçıları ilə mütəmadi görüşlərin keçirilməsi, onların müraciətlərinin dinlənilməsi və qarşılaşdıqları məsələlərin həlli istiqamətində işlərin aparılması diqqətdə saxlanılır. Ziyarə t bir daha göstərib ki, Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi daim ehtiramla yad olunur, onların ailələrinə göstərilən diqqət və qayğı davamlı xarakter daşıyır.

Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər. 


Seyran CAVADOV, 

“Azərbaycan”

 


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub

11:40
07 Noyabr

Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb

11:31
07 Noyabr

Prezident İlham Əliyev Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib

11:27
07 Noyabr

Şuşanın azad edilməsi Prezident İlham Əliyevin qətiyyətli liderliyinin və xalqımızın milli birliyinin təntənəsidir

10:41
07 Noyabr

Bilmək istəyirəm

09:40
07 Noyabr

Respublika Uşaq Kitabxanasında maarifləndirici tədbir

09:35
07 Noyabr

Londonda 8 Noyabr – Zəfər Günü qeyd edilib  

09:32
07 Noyabr

Kiyev şəhəri və bölgəsi ballistik raketlərlə vurulub  

09:30
07 Noyabr

Torpağımızın göz yaşı Zəfərlə silindi

09:30
07 Noyabr

ABŞ, Azərbaycan və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli texniki planlaşdırma qrupları yaradıblar  

09:29
07 Noyabr

"Nida qoyulan tarix"

09:25
07 Noyabr

"Zəfərdən doğan işıq" adlı tədbir keçirilib

09:20
07 Noyabr

Neft sənayesinin inkişafında əvəzsiz rolu olmuşdur

09:15
07 Noyabr

Həm əfsanə, həm həqiqət

09:10
07 Noyabr

Zəfər davam edir

09:05
07 Noyabr

Qalib dövlətin sülh qətiyyəti

09:00
07 Noyabr

Milli birliyin, Vətən sevgisinin və tarixi qürurun təcəssümü

08:55
07 Noyabr

Azərbaycanın tarixi təcrübəsi - dondurulmuş münaqişədən tam qələbəyə 

08:50
07 Noyabr

ZƏFƏR gündəliyi

08:45
07 Noyabr

Zəfər Günü Azərbaycan xalqının birliyinin, dövlətimizin gücünün və milli iradəmizin rəmzidir

08:40
07 Noyabr

Zəfərin Xankəndi imzası

08:35
07 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!