23 İyun 2026 12:26
5036
Turizm
A- A+
Mariela Modeva: Bolqarıstan ilə dost Azərbaycan arasında turist axınını artacağına ümid edirik

Mariela Modeva: Bolqarıstan ilə dost Azərbaycan arasında turist axınını artacağına ümid edirik


Bolqarıstanda dost Azərbaycanı sevir və hörmət edirlər. Biz qarşılıqlı səfərlərin artmasına ürəkdən ümid edirik. İnanırıq ki, turizm insanları bir araya gətirmək və bunun vasitəsilə bir-birini daha yaxşı başa düşmək üçün güclü bir alətdir.

Bu barədə AZƏRTAC-a müsahibəsində ölkəsinin turizm imkanlarını təqdim etmək üçün Ankaraya gələn Bolqarıstanın turizm nazirinin müavini, professor Mariela Modeva bildirib.

Nazir müavini bu yaxınlarda Sofiyadakı Azərbaycan səfirliyinə dəvət olunduğunu və orada Azərbaycan qastronomiyasına dair təqdimatın keçirildiyini bildirib. “Çox müsbət, xoş ab-hava var idi”, - deyə Modeva bildirib və dost Azərbaycan sakinlərinin Bolqarıstanın turizm imkanları ilə tam tanış ola bilməsi üçün diplomatik nümayəndəliyə ingilis dilində elektron kitab bağışladığını əlavə edib.

“Bu gün Bolqarıstan, xüsusən də il boyu fəaliyyət göstərən sağlamlıq turizmi sektorunda istirahət üçün hər cür imkanı təqdim edir. Əminəm ki, bu, dost ölkənin sakinləri üçün maraqlı olacaq”, - deyə nazir müavini bildirib.

Viza seçimlərinə gəldikdə, nazir müavini xatırladıb ki, Bolqarıstan elə bu yaxınlarda Şengen zonasına qoşulub. O əlavə edib: “Sofiya Avropa İttifaqının tənzimləyici çərçivəsinə uyğun olaraq bir sıra öhdəliklər götürüb. Buraya, xüsusən də ölkədən gəliş və gediş zamanı biometrik məlumatların toplanması üçün informasiya sistemi də daxildir. Bu sistem bəzən prosesləri ləngidir və bizim Turizm Nazirliyi qonaqların sənədlərinin rəsmiləşdirilməsi prosesini sürətləndirmək məsələsini gündəliyə daxil edib. Artıq Bolqarıstan Xarici İşlər Nazirliyinin nümayəndələrinin də daxil olduğu müvafiq işçi qrupu yaradılıb”, - deyə o qeyd edib.

Nazir müavini qeyd edib ki, turistlərin biometrik məlumatlarının üç il ərzində məlumat bazalarında saxlanıldığını nəzərə alsaq, Bolqarıstana giriş prosesinin zamanla sadələşdiriləcəyinə əmin olmaq mümkündür. “Sistemin tətbiqinin ilkin dövrü çətin ola bilər, amma gələcəkdə vəziyyət yaxşılaşacaq”, - deyə o bildirib.

M. Modeva, həmçinin Azərbaycandan olan turistlər də daxil olmaqla, ölkəyə gələn əcnəbilərin səyahətini asanlaşdıracaq Aİ elektron vizalarının (e-vizalar) tezliklə tətbiqi ilə bağlı planlarını da bölüşüb.

Turizm nazirinin müavini Bolqarıstana çoxdəfəlik, “kaskad” adlanan vizaların verilməsinin turizmə də təsir göstərəcəyini istisna etməyib. Onun sözlərinə görə, əgər turist həqiqidirsə, o, ilkin olaraq 90 gün, daha sonra isə bir il, hətta üç-beş il müddətinə viza ala biləcək. Bu baxımdan, turistlərin özlərinin məsuliyyətlə davranması çox vacibdir.

Balkan yarımadasındakı bir neçə ölkəni əhatə edən regional turizm marşrutlarının inkişafına gəldikdə, nazir müavini qeyd edib ki, Şengen zonasının üzvü olan Bolqarıstan Aİ-yə daxil olmayan ölkələrə səfər etmək təşəbbüslərinin əhatə dairəsindən kənarda qalır. O əlavə edib: “Eyni zamanda, ikitərəfli müqavilələr turizm üçün geniş imkanlar təqdim edir. Məsələn, Bolqarıstanın Türkiyə ilə vizasız rejim müqaviləsi var”.

Qara dənizdəki Bolqarıstan limanlarında kruiz turizminin perspektivlərinə gəldikdə isə, nazir müavini bunun razılıq məsələsi olduğunu qeyd edib. “Bu gün İstanbul ilə Bolqarıstan sahilləri arasında bərə xidməti layihəsi artıq mövcuddur. Əminəm ki, gələcəkdə müxtəlif Qara dəniz təşəbbüsləri də reallığa çevriləcək. Bunun əsas şərti regionda sülhün olmasıdır”, - deyə o vurğulayıb və turizmi xalqlar arasında dialoq üçün vacib alət adlandırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Paytaxtda Zəfər Gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

08:55
04 Noyabr

Kukla Teatrı "Balaca səyyah"la uşaqları sevindirəcək

08:50
04 Noyabr

"Niyyətin hara, mənzilin ora"

08:45
04 Noyabr

Mahnılara köçən ömür

08:40
04 Noyabr

Qarabağın "Fəryad"ı

08:35
04 Noyabr

ZƏFƏR gündəliyi

08:30
04 Noyabr

Qlobal temperatur artır

08:25
04 Noyabr

İşğaldan azad edilmiş ərazilərin məskunlaşması həm də urbanizasiya probleminin həllinə dəstək olur

08:20
04 Noyabr

Makronun uğursuz siyasəti və dərinləşən böhran 

08:15
04 Noyabr

Azərbaycan və Gürcüstan praqmatik tərəfdaşlığa sadiqdirlər

08:10
04 Noyabr

Zəfər Günü Azərbaycan tarixində müstəsna yer tutur

08:05
04 Noyabr

İlham Əliyevə nüfuz qazandıran müstəqil siyasət

08:00
04 Noyabr

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında

00:31
04 Noyabr

S.Ə.Sadıqovun Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin sədri təyin edilməsi haqqında

00:30
04 Noyabr

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) seçilməsi haqqında

00:29
04 Noyabr

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin ƏSASNAMƏSİ

00:27
04 Noyabr

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin STRUKTURU

00:26
04 Noyabr

"Respublika Diaqnostika Mərkəzi" ASC-nin səhmdarlarının nəzərinə

00:24
04 Noyabr

“Qalatasaray” Çempionlar Liqasında növbəti qələbəsini qazanıb

23:57
03 Noyabr

Azərbaycan karateçiləri Sofiyada 7 qızıl medal qazanıblar  

22:54
03 Noyabr

Bolqarıstan Respublikasının Prezidenti Zati-aliləri xanım İliyana Yotovaya

21:27
03 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!