07 Aprel 2023 00:57
399
Səhiyyə
A- A+
Koronavirusa yoluxma sayı 100-ü keçdi, ölüm faktı artdı

Koronavirusa yoluxma sayı 100-ü keçdi, ölüm faktı artdı

 

Ramazan ayında ailələrin bir-birini ziyarəti, yığıncaqların təşkil edilməsi infeksiyanın yayılmasını sürətləndirə bilər

 

Dünya ölkələrinin COVID-19-la effektiv mübarizəsinə baxmayaraq, onun qarşısını tamamilə almaq hələ mümkün olmayıb. Son günlərin statistik göstəricilərinə əsasən, dünyada, habelə ölkəmizdə infeksiyaya yoluxanların sayında artım müşahidə olunur.
Ümumdünya  Səhiyyə Təşkilatının məlumatına görə, bu il fevralın 27-dən martın 26-dək dünyada koronavirus infeksiyasına təxminən 3,6 milyon insan yoluxub, onlardan 25 mindən çoxu dünyasını dəyişib. Lakin ötən 28 günlə müqayisədə ölüm hallarının sayı 39 faiz azalıb.
Hazırda ən çox yoluxma və ölüm faktı ABŞ-də qeydə alınıb. Bu siyahıda daha sonra Rusiya, Böyük Britaniya, Koreya Respublikası, Almaniya, Çin və Yaponiya yer alır.

 

COVID-19 yaddaş itkisinə səbəb olur

 

Mütəxəssislər COVID-19-a yoluxmadan sonra yaranan yaddaş itkisinin səbəbini müəyyən ediblər. Araşdırmanın nəticələrinə görə, koronavirus infeksiyasına yoluxmuş bir çox insanlarda postcovıd sindromu inkişaf edir, bu sindromda digər təzahürlərlə yanaşı, idrak qabiliyyətinin və yaddaşın pozulması da müşahidə edilir. 
Bunu müəyyən etmək üçün alimlər koronavirusun ana hüceyrəyə daxil olmasına imkan verən zəhərli SARS-CoV-2 sünbül zülalı laboratoriya siçanlarının beyninə yeridərək eksperiment aparıblar. Nəticədə siçanlarda yaddaşla bağlı problemlər yarandığı müəyyən edilib. Mütəxəssislərin fikrincə, sünbül zülalı COVID-19-dan sonra orqanizmdə koqnitiv dəyişikliklərin inkişafında əsas rol oynayır.

 

Tibbi maskadan istifadə tövsiyə olunur

 

Kliniki Tibbi Mərkəzin həkim-infeksionisti Aişə Kərimova deyir ki, son bir həftə ərzində dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da COVID-19-a yoluxmada artım müşahidə olunur: "Əgər həftənin əvvəlində yoluxanların sayı 60 idisə, indi artıq 100-ü keçib. Bunun ilk səbəbi havaların istiləşməsindən sonra əhalinin bir-birilə daha sıx görüşməsidir. Bu artım hələ ki təhlükəli dərəcədə olmasa da, vətəndaşlar ehtiyatlı davranmalıdırlar".
A.Kərimova qeyd edir ki, kütləvi yoluxmalar olmadığı üçün xəstəxanaya müraciət edənlərin sayında artım hiss olunmur: "Əgər infeksiyaya yoluxmada say 150-ni keçərsə, bu, xəstəxanalarda da hiss ediləcək və onların yükü artacaq. Pandemiya dövründə olduğu kimi, xəstəxanaların yalnız COVID-19-a yoluxmuş xəstələri qəbul etməsi yenidən bir sıra problemləri ortaya çıxaracaq, əhalinin digər xəstəliklərə görə tibbi xidmət alması çətinləşəcək". Qarşıdan gələn bayram günlərində xüsusilə diqqətli olmağı məsləhət görən infeksionist bildirir ki, Ramazan bayramında ailələrin bir-birini ziyarət etməsi, yığıncaqların təşkil olunması yoluxmaların sayına təsir göstərəcək: "Ona görə də hər kəsə tibbi maska taxmaq, gigiyena qaydalarına və sosial məsafəyə riayət etmək tövsiyə olunur. Xəstəliyə yoluxmuş şəxslər isə mütləq qaydada özlərini ətrafdakılardan təcrid etməlidirlər".

Ülkər XASPOLADOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Media: SEPAH Hörmüz boğazını yenidən bağlayıb

18:56
20 İyun

Azərbaycan ilə Özbəkistan arasında müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər müzakirə edilib

18:12
20 İyun

İslam İnkişaf Bankı Qrupunun 14-cü Özəl Sektor Forumunun əsas nəticələri

17:53
20 İyun

İordaniya Haşimilər Krallığı Xalq Məclisinin Nümayəndələr Palatasının sədri Azərbaycana səfərə gəlib

17:43
20 İyun

DİN-in Hərbi İnstitutunda növbəti buraxılışa həsr olunmuş mərasim

16:27
20 İyun

Azərbaycan və Belarus nümayəndələrinin işçi görüşü baş tutub

14:49
20 İyun

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb

14:31
20 İyun

Türk dövlətlərinin ali məhkəmələri Vahid Məlumat Platforması yaradacaq

14:13
20 İyun

Britaniyanın dövlət naziri: Azərbaycan və Qazaxıstanda geniş imkanlar açılır

13:58
20 İyun

DİN: Əvvəlki dövrlərdən bağlı qalan 12 cinayət açılıb

13:45
20 İyun

İrakli Kobaxidze: Bizim Azərbaycan ilə əla münasibətlərimiz var

13:21
20 İyun

Özünü prokurorluq əməkdaşı kimi təqdim edərək dələduzluq edən şəxs həbs edilib

11:41
20 İyun

“AzerGold”da Somali İnkişaf və Yenidənqurma Bankının baş direktoru ilə görüş baş tutub

11:40
20 İyun

Müharibə səbəbindən 5,5 milyondan çox Ukrayna vətəndaşı ölkəni tərk edib

11:14
20 İyun

Azərbaycan-Türkmənistan münasibətləri: Ortaq tarixdən strateji tərəfdaşlığa və regional güc mərkəzinə doğru

11:01
20 İyun

Azərbaycan nefti bahalaşıb

10:31
20 İyun

Birjalarda qızıl və gümüşün ucuzlaşması davam edir

10:27
20 İyun

Dünya birjalarında neft bahalaşıb

10:25
20 İyun

Dünya çempionatı: Türkiyə millisi Paraqvaya məğlub olub

10:01
20 İyun

Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib

09:52
20 İyun

Dünya çempionatı: Braziliya Haiti millisini məğlub edib

08:57
20 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!