19 İyun 2026 15:06
2433
Səhiyyə
A- A+
Səhiyyə Nazirliyi ilə Dövlət Gömrük Komitəsi arasında dərman və tibbi vasitələrə nəzarət sahəsində əməkdaşlıq gücləndirilir

Səhiyyə Nazirliyi ilə Dövlət Gömrük Komitəsi arasında dərman və tibbi vasitələrə nəzarət sahəsində əməkdaşlıq gücləndirilir


Səhiyyə Nazirliyi və Dövlət Gömrük Komitəsinin nümayəndələrinin iştirakı ilə dərman preparatlarının, tibb vasitələrinin və sanitariya nəzarətinə düşən malların idxal-ixrac əməliyyatlarının tənzimlənməsi, dərman vasitələrinin qaçaqmalçılığı ilə mübarizə, psixotrop maddələrin qanunsuz dövriyyəsinə gömrük nəzarətinin səmərəliliyinin artırılması məqsədilə işgüzar görüş keçirilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə səhiyyə naziri Teymur Musayev, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov, hər iki qurumun rəhbər vəzifəli şəxsləri və aidiyyəti struktur bölmələrin rəhbərləri də iştirak ediblər.

Tədbirin məqsədi dərman vasitələri, dərman maddələri və tibb vasitələrinin idxal-ixrac əməliyyatları zamanı həyata keçirilən nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, qurumlararası əməkdaşlığın genişləndirilməsi və məlumat mübadiləsinin daha səmərəli təşkili məsələlərinin müzakirəsi olub.

Səhiyyə Naziri Teymur Musayev qeyd edib ki, əhalinin keyfiyyətli və təhlükəsiz dərman vasitələri ilə təmin olunması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir: “Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əhalinin sağlamlığının qorunması, keyfiyyətli və təhlükəsiz dərman təminatının gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Birinci vitse-prezident Mehriban Əliyevanın səhiyyə sahəsinə göstərdiyi diqqət və qayğı bu sahədə aparılan islahatların uğurla davam etdirilməsinə mühüm töhfə verir. Dərman və tibb vasitələrinin ölkəyə idxalı zamanı əhalinin sağlamlığının qorunmasının vacibliyi nəzərə alınaraq nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, eyni zamanda, proseslərin sadələşdirilməsi və şəffaflığın artırılması üçün aidiyyəti qurumlar arasında səmərəli əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə Dövlət Gömrük Komitəsi ilə əməkdaşlığın və birgə fəaliyyətin daha da genişləndirilməsi vacibdir”

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov vurğulayıb ki, gömrük nəzarətinin effektiv təşkili ilə yanaşı, qanuni ticarətin asanlaşdırılması və rəqəmsal həllərin tətbiqi prioritet məsələlərdəndir: “Qurumlarımız arasında məlumat mübadiləsinin genişləndirilməsi, risklərin düzgün qiymətləndirilməsi və inteqrasiya olunmuş nəzarət mexanizmlərinin tətbiqi həm təhlükəsizliyin təmin olunmasına, həm də sahibkarlıq subyektləri üçün daha əlverişli şəraitin yaradılmasına xidmət edəcək”.

Tərəflər dərman və tibb vasitələrinin gömrük rəsmiləşdirilməsi prosesində idxal icazələrinin verilməsi üçün məlumat mübadiləsinin təkmilləşdirilməsi, elektron inteqrasiya imkanlarının genişləndirilməsi, risklərin qiymətləndirilməsi mexanizmlərinin gücləndirilməsi və aidiyyəti qurumlar arasında operativ koordinasiyanın artırılması istiqamətində fikir mübadiləsi aparıblar.

Müzakirələr zamanı risk dərəcəsi daha yüksək, yüksək və (və ya) orta olan tibb vasitələrinin gömrük eyniləşdirilməsi məqsədilə Dövlət Gömrük Komitəsinə müvafiq reyestrə giriş imkanının yaradılması, idxalı müvafiq dövlət orqanlarının rəyi əsasında həyata keçirilən spesifik malların siyahısında müvafiq dəyişikliklərin hazırlanmasının zəruriliyi vurğulanıb, daha sonra Dövlət Gömrük Komitəsinin əməkdaşı təqdimatla çıxış edib.

Eyni zamanda, bəzi psixotrop maddələrin Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq konvensiyalara uyğun olaraq milli qanunvericilikdə əks etdirilməsi, idxal-ixrac əməliyyatları üzrə verilən icazələrin rəqəmsal inteqrasiyası, eləcə də gömrük nəzarəti altında saxlanılan dərman vasitələrinin müvafiq tələblərə uyğun şəraitdə saxlanması məsələləri nəzərdən keçirilib.

Görüşdə tərəflər qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün əməkdaşlığın daha da genişləndirilməsi və birgə fəaliyyətin əlaqələndirilməsi istiqamətində işlərin davam etdirilməsi barədə razılığa gəliblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram

19:55
18 Oktyabr

Tramp Netanyahuya növbəti seçkilərdə tam dəstəyini elan edib

19:27
18 Oktyabr

Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib

19:07
18 Oktyabr

Azərbaycan gimnastı Dünya Kubokunda qızıl medal qazanıb

18:34
18 Oktyabr

Milli Məclisin sədri Qırğız Respublikasına səfər edib

18:03
18 Oktyabr

Türkiyə partiyasının lideri: Azərbaycanin müstəqilliyi bütün Türk dünyasının qürur mənbəyidir

17:46
18 Oktyabr

Türkiyəli rəsmilər Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə təbriklərini çatdırıblar

17:19
18 Oktyabr

İDMAN Azərbaycan sumoçusu Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb

17:01
18 Oktyabr

Türkiyə Prezidenti Azərbaycanı Müstəqilliyin Bərpası Günü ilə əlaqədar təbrik edib

16:41
18 Oktyabr

“Şahinlərin Görüşü - 2026” təliminin iştirakçıları Hərbi Qənimətlər Parkında olublar

16:21
18 Oktyabr

Bakıda sumo üzrə dünya çempionatının açılışı olub

15:57
18 Oktyabr

Dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

14:41
18 Oktyabr

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

14:38
18 Oktyabr

Sabahın hava proqnozu açıqlanıb

13:21
18 Oktyabr

Türkiyədə Azərbaycanın ünvanına təbriklər göndərilir

13:01
18 Oktyabr

Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb  

12:40
18 Oktyabr

Fransada iğtişaşlar zamanı 855 nəfər saxlanılıb  

11:47
18 Oktyabr

Sankt-Peterburqa dron hücumu nəticəsində bir nəfər ölüb, xəsarət alanlar var 

11:22
18 Oktyabr

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir  

09:31
18 Oktyabr

CENTCOM: ABŞ Hərbi Dəniz Qüvvələri İranla əlaqəli 138 ticarət gəmisini ələ keçirib  

09:08
18 Oktyabr

Birinci vitse-prezident Mehriban Əliyeva Müstəqilliyin Bərpası Günü ilə bağlı paylaşım edib  

09:00
18 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!