27 Noyabr 2026 23:07
105
PARLAMENT
A- A+
İndoneziya numayendeler  

İndoneziya numayendeler  


Milli Məclisdə İndoneziya Nümayəndələr Palatasının üzvləri ilə görüş keçirilib


Noyabrın 27-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvləri İndoneziya Respublikası Nümayəndələr Palatasının Energetika komitəsi sədrinin müavini Suqenq Suparvotonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüblər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə qonaqları salamlayan komitə sədri Sadiq Qurbanov Azərbaycanla İndoneziya arasında diplomatik münasibətlərin tarixindən bəhs edib, ikitərəfli əlaqələrin mövcud vəziyyəti və inkişaf perspektivləri barədə fikirlərini bölüşüb. Qeyd edib ki, dövlətlərarası münasibətlər sistemində parlamentlərarası əlaqələr əhəmiyyətli rol oynayır. Komitə sədri iqtisadi əməkdaşlığın genişləndirilməsinin, enerji, iqlim və şəhərsalma sahələrində qarşılıqlı fəaliyyətin gücləndirilməsinin önəmini qeyd edib. Sadiq Qurbanov Bakıda keçirilmiş COP29 və WUF13 tədbirləri çərçivəsində iqlim məsələləri ilə bağlı İndoneziya tərəfi ilə aparılmış müzakirələri yüksək qiymətləndirib. O, bu sahədə Azərbaycanın zəngin təcrübəsini vurğulayaraq, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” layihələri barədə qonaqlara məlumat verib.

İndoneziya Respublikası Nümayəndələr Palatasının Energetika komitəsi sədrinin müavini Suqenq Suparvoto göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. O, Azərbaycanın regionun enerji təhlükəsizliyinin təmin edilməsində rolunu yüksək qiymətləndirib, ölkəsinin bu sahədə respublikamızla əlaqələri genişləndirməkdə maraqlı olduğunu bildirib. 

Söhbət zamanı edən deputatlar ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafının, eləcə də iqlim və şəhərsalma məsələləri üzrə təcrübə mübadiləsinin davam etdirilməsinin əhəmiyyətini qeyd ediblər. 


“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İndoneziya numayendeler  

23:07
27 Noyabr

Premyer Liqa: “Neftçi” “Zirə”ni məğlub edib

21:19
27 Noyabr

Bakıda “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkası açılıb

20:22
27 Noyabr

Rusiyada “İskəndər” ballistik raketləri üçün yanacaq istehsal edən zavoda zərbə endirilib  

19:59
27 Noyabr

Zelenski: Bu gün müvəqqəti işğal olunmuş ərazilərdən, həmçinin Rusiyadan uşaqlar Ukraynaya qayıdırlar  

19:23
27 Noyabr

Azərbaycan-Qətər münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub  

19:14
27 Noyabr

Özbəkistan nümayəndə heyəti SOCAR-ın fəaliyyətinin müxtəlif istiqamətləri ilə tanış olub  

19:07
27 Noyabr

Azərbaycan ilə BMT arasında yaşıl keçid istiqamətində birgə fəaliyyət imkanları nəzərdən keçirilib  

18:59
27 Noyabr

Slovakiyanın Baş prokuroru Milli Məclisdə olub

18:43
27 Noyabr

Azıx mağarasının ikinci girişində yeni mədəni təbəqələr aşkar edilib 

18:37
27 Noyabr

Səhiyyə naziri Lənkəranda vətəndaşların müraciətlərini dinləyib

18:19
27 Noyabr

MDB ölkələri Moskvada əmək miqrasiyasını və qarşılıqlı investisiyaları müzakirə ediblər 

17:41
27 Noyabr

Pekində Çinin Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu ilə əməkdaşlığın genişləndirilməsi dəyərləndirilib  

17:36
27 Noyabr

Daha 13 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

17:21
27 Noyabr

Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar  

17:18
27 Noyabr

Rusiyadan Azərbaycana qanunsuz dərman gətirilməsinin qarşısı alınıb

17:11
27 Noyabr

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

17:07
27 Noyabr

Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb

17:05
27 Noyabr

İqtisadiyyat nazirinin müavini Şamaxıda vətəndaşların müraciətlərini dinləyib  

16:45
27 Noyabr

ABŞ-nin şərq sahilləri güclü fırtınaya məruz qalıb

16:43
27 Noyabr

Texnologiya nəhəngləri arasında mübahisə yaranıb

16:42
27 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!